İslam İnqilabının Ali Rəhbəri bu gün günorta respublika və beynəlxalq səviyyəli şagird və tələbə olimpiadalarında medal qazanmış bir qrup gənclə səmimi görüşdə elit gənclərin zəngin, dərin və həqiqi ümid səbəbi olduğunu dedi: “Ölkənin bir elmi yüksəlişə ehtiyacı var. Gənc elitlər bu milli ehtiyacı təmin edən əsas amildir”.
Həzrət Ayətullah Xamenei iş və fəaliyyətə hazır olan elit gənclərlə görüşün sevindirici olduğunu dedi: “Son onilliklərin bəzi məsul şəxslərindən fərqli olaraq gənclərə və gənclik motivasiyasına tam inanır, sizin dəyəri qürurverici medallarınızdan daha üstün olan böyük bir sərvət olduğunuzu düşünürəm”.
O qeyd etdi ki, ölkənin, hətta tarixin dəyişdirilməsi, arzuolunan yüz faizli bir mühitin yaradılması imkanı gənc elitlərin çox mühüm potensialıdır: “Son onilliklərdə siyasətçi və rəhbər deyil, fikri, əxlaqi və mənəvi amillər mənasında başa düşülən insan faktoru İrana nümunə olacaq bir əzəmət bəxş etmişdir”.
İnqilabın Rəhbəri əvvəlcə İngiltərə, sonra da Amerika siyasətinin ölkəmizi 200 il əsarətdə saxlamasına işarə edərək dedi: “O dövrdə bizim mədəniyyətimiz və elmi inkişafımız məhv oldu, siyasi cəhətdən İranı ən aşağı səviyyədə saxladılar. Amma İnqilab əsasən gənclərdən ibarət olan insan qüvvəsinə əsaslanaraq o sistemi darmadağın etdi, müxtəlif siyasi, elmi, texniki, sosial əxlaqi və s. sahələrdə sıçrayışa nail oldu”.
O, gənc elitləri müxtəlif problemlərin həlli yolunun tapılmasında ortaq fikrə gəlməyə və əməkdaşlıq etməyə çağırdı: “Medal qazanmaq və ya müsabiqədə yüksək dərəcə kəsb etmək elitlik cərəyanının başlanğıcıdır. Müxtəlif elmi və texnoloji sahələrdə, habelə əxlaqi dəyərlərin təbliğində intellektual və elmi kreativliklə elitlik yolunu davam etdimrək və irəliləmək lazımdır. Əlbəttə, bu sahədə aidiyyəti qurumların da üzərinə vəfizəfələr düşür. Bu istiqamətdə institutlaşmaq və cərəyan yaratmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei 2000-ci illərdə məhsuldar bir elmi hərəkətin formalaşmasına və ölkənin elmi inkişafının sürətlənməsinə işarə edərək dedi: “2010-cu illərin sonlarında bu hərəkət bir qədər yavaşladı. Əlbəttə, son iki ildə bu yavaşlama bir qədər aradan qaldırıldı. Amma yetərsizdir. Hal-hazırki şəraitdə bizim beynəlxalq səviyyədə ilk elmi sıralarda yer almağımız üçün bir elmi yüksəlişə ehtiyacımız var. Gənc elitlərin səyləri və ümimu mühiti hazırlamaqla bu məsələ mümkün olacaq”.
İnqilabın Rəhbəri ölkənin siyasi müstəqilliyinin hiss olunan bir reallıq olduğunu dedi: “İslam Respublikasının dünyanın mühüm məsələləri ilə bağlı mövqeyi, məntiqi, hətta müxaliflərimizin üzərində hesab-kitab apardıqları dinləniləcək sözləri vardır”.
O vurğuladı: “Bu siyasi müstəqillik zədələnməməlidir. Hakimiyyət başına gələn hər bir hökumət onu qorumalıdır”.
Həzrət Ayətullah Xamenei gənc elitlərdən birinin ünvanladığı bir suala cavab verərkən dedi: “Qarşıdan gələn çox mühüm seçkilərdə ilk növbədə iştirak mühümdür. Buna görə də tələbə və ailələrlə iş mühitlərində bu istiqamətdə mümkün qədər səy göstərilməlidir”.
İnqilabın Rəhbəri seçki meyarlarına aydınlıq gətirərkən dedi: “Yaxşı seçki üçün baxın görün kim İnqilab meyarlarına daha yaxındır və bu meyrlar istiqamətində iş görmək gücündədir”.
Görüşün sonunda olimpiadaların medalçıları öz medallarını İnqilabın Rəhbərinə hədiyyə etdilər. Həzrət Ayətullah Xamenei bu addımlarına görə onlara təşəkkür edərək dedi: “Medalları siz övladlarımdan qəbul edirəm, amma düşünürəm ki, özünüzdə qalması lazımdır. Buna görə də qürur səbəbiniz olan medallarınızı özünüzə qaytarıram”.
O, habelə elmlər nazirinə və prezidentin elmlər üzrə müavininə gənc elitlər sahəsindəki zəhmətlərinə görə təşəkkür etdi.
Bu görüşdə müxtəlif tələbə və şagird olimpiadlarının medalçılarından 8 nəfəri elitliyin müxtəlif məsələləri ilə bağlı görüşlərini açıqladılar. İnqilabın Rəhbəri aidiyyəti şəxslərə bu məsələləri araşdırmalarını göstəriş verdi.
Bu görüşdən əvvəl gənc elitlər zöhr namazını İnqilabın Ali Rəhbərinin imamətliyi ilə qıldılar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir