İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük və əzəmətli Həcc konqresinə ünvanladığı müraciətdə “insan izdihamı” və “İslamın mənəvi amilinin gücü” prinsiplərinin vacib Həcc ayininin iki yönü olduğunu dedi və müasir tarixdə misli olmayan Qəzza faciələrinə işarə edərək vurğuladı: “Sionist rejim və onun himayədarlarına, xüsusilə ABŞ-a nifrət şüarı Həcc ayinləri və miqatlarını aşaraq bütün müsəlman ölkələri, şəhərləri və bütün dünyada davam etdirilərək bütün insanlara sirayət etdirilməlidir”.
İslam İnqilabının Rəhbəri bu müraciətində Həccin mürəkkəb ayinlərinin ayrı-ayrı yönlərinə işarə edərək onun müsəlmanların qəlbini gücləndirən, bədxahları qorxuya salan əzəmətli bir ayin olduğunu dedi: “Quran Həccin mürəkkəb ayinlərinin sirlərinə aydınlıq gətirərkən onun müsəlmanların əxlaqi rahatlığı və uzlaşmasının simvolu, düşmənlərin qarşısında nifrət ifadəsini və qüdrətli bir cəbhəyə malik olmasını simvolizə etdiyini bildirir. Hacılar öz düşüncələrini və əməllərini bu işıqlı maariflərə daha da yaxınlaşdırmalı, bu ilahi anlayışlar əsasında təkrar formalaşmış və onlara qarışmış kimliklərini Həcc səfərinin qiymətli sovqatı kimi evlərinə qaytarmalıdırlar”.
Həzrət Ayətullah Xamenei qəddar və əlbəttə ki, Qəzzada süqut etməkdə olan sionist rejimin ciayətlərinə işarə edərək dedi: “Nifrət şüarı bu il keçən ilkindən daha qabarıq olmalıdır. Çünki Qəzza faciələri heç bir fərdə, partiyaya, dövlətə və müsəlman firqəsinə heç bir tərəddüd və mülahizəyə yer qoymamışdır. Bu nifrət ifadəsi özünü xalqların və dövlətlərin söz və əməllərində göstərməli, cəlladlar və onların himayədarlarına dünyanı dar etməlidir”.
İslam İnqilabının Rəhbəri müraciətinin sonunda Fələstinin polad müqavimətini, Qəzzanın məzlum və səbirli əhalisini öyərək vurğuladı: “Bu müqavimətə hərtərəfli dəstək verilməlidir”.
İslam İnqilabının Rəhbərinin Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətin tam mətni:
Bağışlayan və Mərhəmətli Allahın adı ilə
و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی خیر البریّة سیّدنا محمّدٍ المصطفی و آله الطّیّبین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.
Allahın göstərişi ilə bütün dövrlərin həcc mövsümlərində insanları Kəbəyə səsləyən ürəkoxşayan ibrahimi səs bu il də bir qrup müsəlmanın qəlbini dünyanın dörd bir yanından tövhid və vəhdət ocağına cəzb etmiş, bu əzəmətli və rəngarəng izdihamı yaratmış, İslamın mənəvi amilinin gücünü və insan izdihamını doğmalara və yadlara nümayiş etdirmişdir.
Böyük insan izdihamına və Həccin mürəkkəb ayinlərinə dərin düşüncə ilə baxılarsa, onun müsəlman üçün qəlbi gücləndirən və rahatladan bir mənbə, düşmən və bədxah üçün qorxu və heybət yaradan bir amil olduğu görünər.
Heç də təəccüblü deyil ki, İslam ümmətinin düşmənləri və bədxahları Həccin bu iki yönünü həm dini və siyasi ziddiyyətləri qabartmaqla, həm də mənəvi və müqəddəs yönləri dəyərdən salmaqla şübhə altına almaq və sıradan çıxarmaq məqsədi güdürlər.
Quran Həcci bəndəlik, zikr və təvazökarlığın, bərabərliyin, maddi və mənəvi həyatın nizama salınmasının, bərəkət və hidayətin, əxlaqi rahatlıq və qardaşlar arasında əməli sazişin, düşmənlərin qarşısında müqtədir cəbhə qalınmasının və nəfrət ifadəsinin simvolu kimi təqdim etmişdir.
Həccə aid olan ayələr, habelə bu misilsiz vacib əməlin ayinləri üzərində dərindən düşüncə qeyd edilənləri və Həccin mürəkkəb ayinlərinin ehtiva etdiyi sirləri bizə göstərir.
Həcdə olan siz bacı və qardaşlar! Hal-hazırda siz bu işıqlı həqiqətləri və maarifi təmrin edirsiniz. Düşüncənizi və əməlinizi ona yaxınlaşdırın, daha da yaxın edin. Bu ilahi anlayışlar əsasında yenidən formalaşmış və onlara qarışmış kimliyinizi evə qaytarın. Bu sizin Həcc səfərinizin həqiqi və qiymətli sovqatıdır.
Bu il nifrət məsələsi keçən ilkindən daha aktualdır. Müasir tarixdə misli olmayan Qəzza faciələri, qəddar rejimin həyasızlığı, süquta uğramaqda olan sionist rejimin qəddarlığı və bədbəxtliyi heç bir fərdə, partiyaya, dövlətə və müsəlman firqələrinə heç bir mülahizə və sözə yer qoymur. Nifrət şüarı Həcc ayinləri və miqatlarını aşaraq dünyanın bütün müsəlman yaşayan ölkələri və şəhərlərində davam etdirilərək bütün insanlara sirayət etdirilməlidir.
Sionist rejim və onun himayədarları, xüsusilə ABŞ-a qarşı nifrət ifadəsi özünü xalqların və dövlətlərin söz və əməllərində göstərməli, dünyanı cəlladlara dar etməlidir.
Səbirləri və müqavimətləri dünyanın təqdir və təşəkkürünü qazanmış Fələstin və Qəzzanın məzlum və səbirli əhalisinin polad müqaviməti bütün cəhətlərdən dəstəklənməlidir.
Allahdan onlara tez və tam qələbə arzulayır, siz hacılara qəbul olunmuş həcc diləyirəm. Həzrət Bəqiyyətullahın (ruhumuz ona fəda) qəbul olunmuş duası dayağınız olsun
Seyid Əli Xamenei
4 zilhiccə 1445
22 xordad 1403
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir