Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

O mərhumun böyüklüyü ondadır ki, müqavimətin seyidi o pak xanımın oğludur

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullahın əziz anasının vəfatı münasibətilə başsağlığı verdi.

İslam İnqilabının başsağlığı mesajının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Livan müqavimət hərəkatının rəhbəri böyük mücahid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah cənablarına

Salam aleykum!

Əziz ananızın vəfatı münasibətilə sizə səmimi qəlbdən başsağlığı diləyirəm. O mərhum xanımın nə qədər böyük olduğunu demək üçün müqavimətin yorulmaz seyidinin ondan tərbiyə aldığını demək kifayətdir. Allah ananıza rəhmət etsin, Allah ondan razı olsun. Allahın salamı və bərəkəti sizə və böyük müqavimət cəbhəsindəki mübariz yoldaşlarınıza olsun.

Seyid Əli Xamenei
07 xordad 1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /