Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhid Rəisi İnqilabın şüarlarının məzhəri idi, yorulmaq bilmirdi

İslam İqnilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər xidmət şəhidlərinin ailələri ilə görüşdə xalq üçün işləmək, xalqa xidmət etmək və xalqla olmağın bu şəhidlərin ən bariz xüsusiyyətləri olduğunu dedi: “Mərhum şəhid cənab Rəisinin gecəsi-gündüzü yox idi, sözün həqiqi mənasında yorulmaq bilmirdi”.

İslam İnqilabının Rəhbəri bu şəhidlərin ailələrinə başsağlığı verərək mərum şəhid cənab Əmir Abdullahiyanın da yorulmaq bilmədiyini dedi: “Cənab Rəisi və cənab Əmir Abdullahiyanın həm daxili cəbhədə, həm də xarici cəbhədəki xidmətləri və səylərinin təfsilatı geniş və müfəssəldir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mərhum şəhid Ali Haşimin ən üstün cəhətlərindən biri Cümə namazının mənasını dəyişmək olmuşdur: “Mərhum Ali Haşim Təbrizin imam cüməsi təyin edildikdən sonra bu namazı quru ibadi bir əməldən əhatəli bir ibadi, mənəvi, xidməti və xalqa məxsus olan bir əmələ çevirdi”.

Ali Rəhbər qeyd etdi ki, xalq üçün iş görmək və çalışmaq şəhid Musəvi, şəhid Rəhməti və uçuş heyətində olan şəhidlərin üstün xüsusiyyətlərindən idi: “Bu ruhiyyə və xüsusiyyətlər Allahın onları İran xalqının qürur mənbəyinə çevirməsinə səbəb oldu”.

İslam İnqilabının Rəhbəri Təbriz, Tehran, Rey, Bircənd, Məhşəd, Marağa, Zəncan və Nəcəfabadda xalqın bu şəhidlərlə vida mərasimindəki hərəktinə işarə edərək dedi: “Bu əzəmətli vida mərasimi göstərdi ki, İran xalqı diridir”.

Həzrət Ayətullah Xamenei xalqın İslam Respublikasından ayrı olması ilə bağlı aparılan düşmən təbliğatları və iddialarına işarə edərək dedi: “Bu hadisə dünya əhalisinin gözləri önündə İran xalqının prezidentə və İnqilabın şüarlarının məzhəri olan şəxslərə nə qədər bağlı və vəfalı olduğunu əməli şəkildə sübut etdi”.

O, mərhum Rəisinin İnqilabın şüarlarının məzhəri olduğunu dedi: “Cənab Rəisi seçki kompaniyasına daxil olduğun ilk gündən İnqilabın şüarları və İmamın sözləri üzərində dayandı. Bütün dünya onu İnqilabın prezidenti adı ilə tanıdı”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Xalq bu kişini belə əzəmətlə dəstəkləyib yüksək qiymət verirsə, bu, İnqilabın şüarlarına dəstək deməkdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /