İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərhum prezident cənab Höccətül-İslam vəl-müslimin Rəisi, mərhum xarici işlər naziri cənab doktor Əmir Abdullahiyan, Təbrizin mərhum imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim, Şərqi-Azərbaycan əyalətinin mərhum valisi cənab doktor Malik Rəhməti, prezidentin mühafizə dəstəsinin və uçuş heyətinin mərhum komandiri general Seyid Mehdi Musəvi, ikinci briqada generalı pilot Seyid Tahir Mustəfəvi, ikinci briqada generalı pilot Mohsin Dəryanuş və texniki polkovnik-leytenant Behruz Qədiminin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
Xalqın ayrı-ayrı təbəqələrindən olan minlərlə insanın, şəhid ailələri, qüvvələrin rəhbərləri, ölkənin və ordunun məsul şəxsləri, xarici qonaqlar, xüsusilə İraqın prezidenti və digər rəsmiləri, habelə ayrı-ayrı ölkələrin səfirlərinin iştirak etdiyi bu mərasimdə beynəlxalq Quran qariləri Quran ayələrindən tilavətlər etdilər, Əhli-beyt (ə) məddahları mədhiyyə və zikri-müsibtlər oxudular.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin cənab Rəfii xalqa xidmət, ixlas və təvəssülün xidmət şəhidlərinin, xüsusilə Höccətül-İslam vəl-müslimin Rəisinin üç əsas xüsusiyyəti olduğunu dedi: “İlahi vədə əsasən, saleh əməl edib xalqa ixlas və sədaqətlə xidmət edən insanların sevgisini Allah xalqın qəlbinə salar. Bu həqiqəti bu şəhidlərin əzəmətli vida mərasimində gördük”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir