Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraq dövləti və xalqı İnqilabın Rəhbərinə və İran xalqına başsağlığı dilədi

İraqın baş naziri cənab Muhəmməd Şiya əl-Sudani bu gün günün birinci yarısı İslam İnqilabının Rəhbəri ilə görüşərək İraq dövləti və xalqı adından mərhum prezident, xarici işlər naziri və yoldaşlarının vəfatı münasibətilə Həzrət Ayətullah Xameneiyə və İran xalqına başsağlığı verərək bu dərdə şərik olduqlarını bildirdi.

Cənab Sudani İnqilabın Rəhbərinə dedi: “Bu hüznlü vaxtda İraq dövləti və xalqının hüznü, kədəri və matəm diləklərini çatdırmaq üçün zat alinizlə görüşə gəldim. Biz İranın şəhid prezidentindən sədaqət, ixlas, paklıq, işgüzarlıq, səy  və xalqa xidmətdən başqa heç nə görmədik”.

Baş nazir İranın şəhid prezidentinin vida mərasimində milyonlarla insanın iştirak etdiyinə işarə edərək dedi: “Mənim televizorda gördüyüm görüntülərin açıq-aşkar mesajları var. Bu mesjlardan ən mühüm bütün təzyiqlərə, sanksiyalara və bu acı hadisəyə rəğmən, xalqın İslam Respublikasının rəhbər şəxlsərinə möhkəm və dərin bağlılığının olması mesajıdır”.

Cənab Sudani vurğuladı: “Milyonlarla insanın bu vida mərasimində iştirak etməsinin digər mesajı budur ki, xalqa ximdət etmək lazımdır. Bu əzəmətli vida mərasimi xalqa xidmətin nəticəsidir. Bu dərs bizə də İraqda sərlövhə olmalıdır”.

Həzrət Ayətullah Xamenei dərdimizə şərik olduqlarını bildirmək üçün Tehrana səfər etmiş İraqın baş nazirinə təşəkkür etdi: “Biz böyük bir şəxsiyyəti itirdik. Cənab prezident çox yaxşı qardaş, işbilən, layiqli, səmimi və ciddi bir rəhbər idi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Hal-hazırda konstitusiyaya əsasən, cənab Müxbir üzərinə çox ağır bir məsuliyyət götürüb. İnşallah, İraq dövləti ilə olan əməkdaşlıqlar və sazişlər xətti eyni qaydada davam etdiriləcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /