Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranla Tunis arasındakı mövcud həmrəylik meydan əməkdaşlıqlarına çevrilməlidir

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tunisin prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə cənab Qeys Səidə son hadisə ilə bağlı göstərdiyi səmimi və qardaşcasına münasibətlərə görə təşəkkür edərək dedi: “Prezident, bir qrup rəhbər şəxs və onlarla birlikdə olan insanların itirilməsi ağırdır. Amma İslam Respublikası tarixi boyu Allahın hikməti, xalqın səbri və əzmkarlığı sayəsində acı hadisələrin inkişaf və hərəkətlərin mənşəyi olduğuna şahildik edib”.

İslam İnqilabının Rəhbəri Tunisin prezidentinin səfərindən sonra İranla Tunisin əlaqələrinin yenidən formalaşacağından məmnun olduğunu bildirdi: “Cənab Qeys Səid kimi alim və elm adamının Tunis dövlətinin başında olması bu ölkənin uzun illər müstəbid hökumətin hakimiyyətindən və İslam dünyası ilə əlaqələrin kəsilməsindən sonra özünü yaxşı və yeni bir simada göstərməsi üçün bir fürsətdir”.

Həzrət Ayətullah Xamenei Tunis xalqının bir neçə il bundan əvvəl Şimali Afrikada böyük bir hərəkətə zəmin yaradan addıma imza atmasına işarə edərək dedi: “Tunis xalqı inkişaf və irəliyə doğru hərəkət etmək üçün çox böyük potensiala malikdir. Cənab Qeys Səidin idarəçiliyi ilə Tunisdəki müxtəlif cərəyanlar arasında lazım olan vəhdətə və inkişafa daha böyük zəmin yaradılacaq”.

İslam İnqilabının Rəhbəri Tunisin prezidentinin anti-sionist mövqelərinə işarə edərək dedi: “Bu qəbildən olan mövqelər ərəb dünyasında yayılmalıdır. Çünki, təəssüflər olsun ki, ərəb dünyasında bu cür məsələlərə əhəmiyyət verilmir. Hesab edirik ki, uğur və müvəffəqiyyətin yeganə yolu qətiyyət və dirənişdir”.

Həzrət Ayətullah Xamenei İran və Tunis arasında əlaqələrin inkişafına yaxşı imkanların olduğunu dedi: “Mərhum prezidentimizin hökuməti iş, hərəkət və əlaqəyə əsaslanan bir hökumət idi. Bu gün də cənab doktor Müxbir ixtiyarında olan bütün səlahiyyətlərindən istifadə edərək əlaqələrin inkişaf xəttini eyni qaydada davam etdirəcək”.

O, iki ölkə arasındakı birlik və həmrəyliyin meydan əməkdaşlıqlarına çevriləcəyinə ümidvar olduğunu dedi.

Görüşdə Tunisin prezidenti cənab Qeys Səid Tunis dövləti və xalqının son acı hadisə ilə bağlı səmimi və xalis başsağlığını çatdırdı: “Bizim İranın mərhum prezidenti ilə olan son görüşümüz bir müddət əvvəl Əlcəzairdə baş tutmuşdu. Orada mənim Tehrana səfər etməyimlə bağlı razılığa gəldik. Amma heç vaxt təsəvvür etməzdim ki, Tehrana onun ölümü münasibətilə başağlığı vermək üçün gələcəyəm”.

Tunisin prezidenti əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin, əldə edilən sazişlərin əməkdaşlıqların daha da irəli aparılması fonunda əməli şəkildə realaşacağının hər iki ölkənin ortaq iradəsi olduğuna ümidvar olduğunu dedi.

Cənab Qeys Səid regiondakı şəraitə və Qəzza əhalisinin sionist rejim tərəfindən qətlə yetirilməsinə işarə edərək vurğuladı: “İslam dünyası indiki passiv vəziyyətindən çıxmalı, Fələstin xalqının bütün Fələstin əraziləri üzərindəki haqlarının bərpa edilməsi, paytaxtı Qüds olan müstəqil dövlətin yaradılması məsələsində bir və həmrəy olmalıdır”.

O dedi: “Bu gün dünyada insan cəmiyyəti beynəlxalq cəmiyyətdən önə keçib. Ayrı-ayrı ölkələrdə insan cəmiyyəti Qəzza cinayəti və zülmü qarşısında səs-səsə verib meydanlara çıxıb”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /