Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı bu son acı hadisədən fürsət yaradacaq

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Livan parlamentinin sədri cənab Nəbih Berri ilə görüşdə Livan dövləti və xalqına bu acı və ağır hadisəyə şərik və həmdərd olduğu üçün təşəkkür edərək dedi: “Livanda ümumi matəm elan edilməsi iki ölkənin yoldaşlığını tam şəkildə göstərir. Biz livanlı qardaşlarımızı və cənab Seyid Həsən Nəsrullahı özümüzə qohum və qardaş hesab edirik”.

O, son hadisənin üstün bir şəxsiyyətin itkisinə səbəb olduğunu bildirdi: “Bu, bizim üçün ağırdır. Amma Allahın lütfü ilə İran xalqı keçən illərdə ağır hadisələrdən fürsətlər yaratdığı kimi, bu acı hadisədən də bir fürsət kimi istifadə edəcək”.

İslam İnqilabının Rəhbəri İran xalqının mərhum prezident və yoldaşlarının vida mərasimindəki hərəkətinə işarə edərək dedi: “Bizim xalqımız, Allaha həmd olsun ki, ayaqda və ayıq xalqdır. Bizim Allah-taalaya etimadımız və təvəkkülümüz çoxdur. İnşallah, İran xalqı bu hadisədən faydalanacaq”.

Həzrət Ayətullah Xamenei habelə Livandakı müqavimət qrupları arasında mövcud olan həmrəylikdən məmnun olduğunu bildirərək cənab Nəbih Berrinin regiondakı müharibənin “olum” məsələsi olması ilə bağlı fikirlərini təsdiq etdi: “Regiondakı şərait elə bir şəkildədir ki, həm düşmən sionist, həm də haqq cəbhəsi üçün ölüm-dirim məsələsidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Livanın son Fələstin və Qəzza hadisələrinə müdaxiləsinin dərin təsiri oldu. Əgər belə bir addım olmasaydı, mütləq ən çox zərər görən tərəf Livan olacaqdı”.

Livan parlamentinin sədri cənab Nəbih Berri görüşdə Livan dövləti və xalqının son hadisəyə görə çox narahat olduğunu və kədərləndiyini dedi: “Biz iranlı qrdaşlarımızın yarasını öz yaramız bilirik. Buna görə də Livan dövləti və xalqı adından Tehranda olmaq bizim vəzifəmiz idi”.

Cənab Nəbih regiondakı mövcud şəraitə işarə edərək Qəzza müharibəsinin “olum” məsələsi olduğunu dedi: “Livan Qəzza əhalisinə qarşı törədilən qırğına susa bilməzdi. Buna görə də Livan müqaviməti Qəzza əhalisinə kömək etmək üçün meydana atıldı. Biz hesab edirik ki, mövcud şəraitin dəyişməsinin birinci şərti Qəzza müharibəsinin dayandırılmasıdır”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /