İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Qətərə bu acı hadisəyə şərik və həmdərd olduğu üçün təşəkkür edərək iki ölkə arasındakı əməkdaşlıqların inkişaf xəttinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
O, cənab Rəisi kimi hərtərəfli bir prezidentin itkisinin ağır olduğunu dedi: “Bu itkiyə rəğmən, ölkənin hərəkətində heç bir dəyişiklik olmayacaq, prezidentin həyatda olduğu dövrdə İranla Qətər arasında mövcud olmuş əlaqə və etimad ruhu cənab doktor Müxbir tərəfindən eyni şəkildə davam etdiriləcək”.
İslam İnqilabının Rəhbəri regiondakı şəraitdən və düşmənlərin sabitliyi pozmağa çalışdıqlarından söz açaraq dedi: “Region dövlətlərinin birdən artıq seçimləri yoxdur, bu da birgə və həmrəy olmaqdır”.
Qətərin əmiri cənab Təmim Həməd Ali Sani görüşdə prezident və yoldaşlarının vəfatı münasibətilə başsağlığı verərək dedi: “İranla Qətərin əlaqələri həmişə möhkəm olub və bu xətt davam edəcək”.
O qeyd etdi ki, regionda mövcud olan təhdidlərə qarşı yeganə mübarizə yolu region ölkələrinin əməkdaşlığı və bir-birinə sıxı bağlılığıdır: “Biz İranla əlaqələrin genişlənməsində həç bir sərhəd tanımırıq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir