İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri cənab İsmail Həniə və onu müşayiət edən nümayəndə heyəti bu gün günün birinci yarısı İslam İnqilabının Rəhbəri ilə görüşərək Həzrət Ayətullah Xameneiyə, İran xalqına və dövlətinə öz başsağlıqlarını dilədilər və bu dərdə şərik olduqlarını bildirdilər.
İslam İnqilabının Rəhbəri Fələstin xalqına, xüsusilə Qəzza əhalisinə bu dərdə şərik olduqları üçün təşəkkür etdi və ardınca cənab Həniəyə övladlarının şəhadəti münasibətilə təbrik və başsağlığı diləyərək HƏMAS-ın siyasi bürosunun rəhbərinin səbrini yüksək qiymətləndirdi.
Həzrət Ayətullah Xamenei Qəzza əhalisinin dünyanı təəccübləndirən fövqəladə müqavimətinə işarə edərək dedi: “Kim inanardı ki, bir gün ABŞ universitetləri Fələstinin xeyrinə şüar verəcək, Fələsitnin bayrağını dalğalandıracaq? Kim inanardı ki, bir gün Yaponiyada Fələstinin xeyrinə yürüş keçiriləcək və fars dilində “İsrailə ölüm olsun” şüarı səslənidiriləcək”.
O vurğuladı: “Gələcəkdə də Fələstin məsələsi ilə bağlı bu gün inanılmaz görünən hadisələr baş verə bilər”.
İslam İnqilabının Rəhbəri Allahın Həzrət Musanın (ə) anasına verdiyi vədin gerçəkləşəcəyindən bəhs edən Quran ayələrinə işarə edərək dedi: “Bu gün Allahın Fələstin xalqı ilə bağlı verdiyi birinci vəd artıq gerçəkləşib. Bu, sayca az olan Qəzza əhalisinin ABŞ, NATO, İngiltərə və bəzi digər ölkələrin daxil olduğu böyük və qüdrətli bir güc qarşısındakı qələbəsidir. Bu əsasla ikinci vəd, yəni sionist rejimin məhvi də gerçəkləşəcək. Allahın lütfü sayəsində dənizdən çaya qədər olan Fələstin dövlətinin qurulacağı gün gələcək”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Konstitusiyaya əsasən, dövlətin idarəçiliyi vəzifəsini icra edən cənab Müxbir mərhum prezidnetin Fələstinlə bağlı siyasətlərini və strategiyalarını eyni ruhiyyə və motivasiya ilə davam etdirəcək”.
Fələstin xalqına verdiyi daimi dəstəklərə görə İran xalqı və dövlətinə təşəkkürünü bildirən cənab İsmail Həniə cənab Rəsinin Fələstini və müqaviməti sevən bir şəxsiyyət olduğunu dedi və əlavə etdi: “Mərhum xarici işlər naziri cənab Əmir Abdullahiyan da bütün beynəlxalq səhnələrdə və təşkilatlarda daim Fələstini və müqaviməti müdafiə etdi. Mən ona dəfələrlə demişdim ki, siz müqavimətin xarici işlər nazirisiniz”.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Qəzzadakı son vəziyyətə aydınlıq gətirərək vurğuladı: “Bu gün regiondakı müqavimət cəbhəsi və Fələstindəki müqavimət qüvvələri ən yaxşı vəziyyətdə, düşmən sionist isə ən pis vəziyyətdədir. Bu, Allahın lütfləridir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir