İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Paksitanın baş naziri cənab Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qardaş Pakistan xalqı və dövlətinə dərdimizə şərik olduqlarını bildirdikləri üçün təşəkkür etdi: “İran İslam Respublikası üçün Pakistanla əlaqələr çox əhəmiyyətlidir, bu ölkəyə tam bir qardaş gözü ilə baxır. Amma geridə qoyduğumuz illər ərzində iki ölkə arasındakı əlaqələr enmələr və yüksəlmələrlə müşayiət olunub. Pakistanın yeni hökumətinin simasında bu əlaqələrin yenidən yüksələ biləcəyinə inanırıq”.
İslam İnqilabının Rəhbəri mərhum prezident cənab Rəisinin Pakistanla əlaqələrə əhəmiyyət verdiyini vurğulayaraq dedi: “Cənab Rəisinin Pakistana etdiyi son səfər iki ölkə arasındakı əlaqələrin dönüş nöqtəsi ola bilər. Cənab doktor Müxbir əməkdaşlıqlar və sazişlər xəttini davam etdirəcək”.
Həzrət Ayətullah Xamenei dedi: “Qardaş ölkələr arasındakı dost münasibətləri həmişə asan olmayıb. Maneələri dəf etmək, əməkdaşlıqların inkişafını ciddi və əməli şəkildə diqqət mərkəzində saxlamaq lazımdır”.
Pakistanın baş naziri cənab Şahbaz Şərif bu görüşdə cənab Rəisinin bir müddət bundan əvvəl Pakistana etdiyi səfərin çox faydalı, əlaqələr üçün əvvəlkindən daha çox zəmin yaradacağını, gələcəyin yol xəritəsi olduğunu vurğulayaraq müxtəlif sahələrdəki əlaqələrin inkişaf edəcəyinə ümidvar olduğunu dedi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir