İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün çərşənbə günü səhər Tehran universitetində cənazə namazına gələn böyük kütlə arasında başıuca "xidmət şəhidləri" Prezident Höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi və onun yoldaşları Xarici İşlər Naziri Doktor Abdullahiyan, Şərqi Azərbaycan üzrə Vəliyyi-fəqihin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Ali-Haşim, komandir Seyid Mehdi Musəvi, pilot Seyid Tahir Mustəfəvi, mühəndis Behruz Qədimi və pilot Möhsin Dəryanuşun cənazəsinə namaz qıldı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir