Ali Məqamlı Rəhbərin informasiya bloku

Qadının bəzənməsi

Sual: Qadının qaş alması və üzünü iplə alması günahdırmı?
Cavab: Bunun iradı yoxdur və günah deyildir. Amma əgər qaş və üz aldırmaq ürfə görə zinət və bəzək sayılarsa, onu naməhrəmdən örtməlidir.

Sual: Əgər qadın nəfsi istəyinə görə dırnaqlarını uzadırsa və onun dırnaqlarını naməhrəmlər görürsə, bunun hökmü nədir? Qadına günah yazılırmı? 
Cavab: Əgər uzun dırnaqlar bəzək sayılarsa və naməhrəmin diqqətini cəlb edərsə, bu dırnaqları naməhrəmdən örtməlidir. Əgər örtməzsə, günah etmişdir.

Sual: Qadın, zinət əşyası kimi deyil, sadəcə saat olaraq, saat taxa bilərmi? 
Cavab: Qadının saat taxmasının maneəsi yoxdur. Amma əgər ürfə görə zinət hesab olunarsa, naməhrəmin qarşısında onu örtməlidir.

Sual: Qadın naməhrəmin qarşısında dini və ya adi üzük, qolbaq və boyunbağı taxa bilərmi? Ümumiyyətlə, qadın hansı zinət əşyalarından istifadə edə bilər?
Cavab: Əgər ürfə görə zinət və bəzək sayılarsa, naməhrəmdən örtməlidir. Ümumiyyətlə, ürfə görə zinət və bəzək sayılan hər bir şey naməhrəmdən örtülməlidir.

Sual: Naməhrəmin görəcəyi təqdirdə qadının gözlərinə sürmə çəkməsinin hökmü nədir? 
Cavab: Qadının sürmə çəkməsinin öz-özlüyündə maneəsi yoxdur. Amma əgər bu, ürfə görə zinət və bəzək sayılarsa, yaxud hansısa bir fəsadı olarsa, naməhrəmdən örtməlidir. 

Sual: Qadın nişan üzüyünü (ağ qızıldır, üzərində qaşlar var və az da olsa, diqqəti cəlb edir) taxa bilərmi? 
Cavab: Qadın ürfə görə, yəni insanların nəzərində zinət və bəzək sayılan hər bir şeyi naməhrəm kişilərin qarşısında tam şəkildə örtməlidir.

Sual: Kamil hicabda olan qadın zinət olaraq deyil, Günəşdən qorunmaq niyyətilə sadə, bəzəksiz gün eynəyi taxa bilərmi? Qeyd edim ki, o, gün eynəyi taxmasa belə, gözünə ciddi ziyanı yoxdur, amma Günəş narahat etdiyi üçün gün eynəyi taxır. Bunun şəri baxımdan iradı varmı?
Cavab: Suala əsasən, əgər gün eynəyi taxmaq ürfə görə qadının naməhrəm qarşısında bəzənməsi hesab olunmursa, yaxud hansısa bir fəsadı yoxdursa, gün eynəyi taxmağın öz-özlüyündə maneəsi yoxdur.

Sual: Naməhrəmi cəlb etməyəcək şəkildə makiyaj etmək olarmı?
Cavab: Hər halda, naməhrəmin qarşısında makiyaj və bəzək örtülməlidir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər