Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam idarəçiliyi əhatəli, həlledici, cəlbedici və heyrətamiz bir proqramdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Xübriqan Məclisinin VI dövr fəaliyyətə başlaması münasibətilə ünvanladığı müraciətdə bu məclisi İslam demokratiyasının simvolu adlandırdı. O, Quran və İslam maarifinin şəriət və rasionallığı, gizlilik və aşkarlığı ağıllı şəkildə eyniistiqamətli çərçivəyə salma tədbirinə işarə edərək bütün dünyanın oyaq vicdanlarını dindən qaçan və ya dinfob sistemlərin acı gerçəklərinə diqqətlə baxmağa, eyni zamanda İslamın əhatəli, möhkəm, həlledici, habelə cəlbedici və heyrətamiz idarəçiliyik proqramını düşünməyə dəvət etdi.

İslam İnqilabının Rəhbəri bu müraciətində əziz və mərhum prezidnti, habeləTəbirizin izzətli İmam cüməsini də hörmətlə yad etdi.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

والحمدلله رب العالمین والصلاة والسلام علی سیّدنا محمدٍ المصطفی و آله الطیبین و صحبه المنتجبین و مَن تبعهم باحسانٍ الی یوم الدین

İzzət və hikmət sahibi olan Allaha şükürlər olsun ki, VI dövr Xubriqan Məclisini təşkil etmək uğurunu böyük İran xalqına lütf etdi. Bu məclis müəyyən zaman fasilələrində xalqın qüdrətli əlləri ilə möhkəmlənən, dövlətin sağlamlığını və davamlılığını təmin edən Demokratik İslam Dövlətinin əsas sütunlarından biridir.

Bu məclisin möhtərəm və seçilmiş üzvləri Allahın istəyi və xalqın qətiyyəti sayəsində dövlətin poladdan olan rəhbərlik zəncirini möhkəmləndirmək kimi ən üstün rollardan birini öz üzərlrinə götürmək fürsəti qazanıblar. Bu nemətə görə Allaha şükür, xalqa təşəkkür etmək lazımdır.

Xubriqan Məclisi İslam demokratiyasının simvoludur. İslam meyarlarlarına uyğun rəhbər seçmək özü xalq tərəfindən seçilən məclisin öhdəsindədir. Meyarlar İslamdan, seçim xalqdandır. Bu, İran İslam Respublikasını tanıtdıran ən parlaq göstəricidir.

İslam dövlətində hakimiyyət bəşəri və ilahi məqsədlərə əsaslanır.

Məqsədlər ədalət, insanın ləyaqəti, yerin abadlığı, zamanın səmərəliliyi, sonda tövhid əsaslı həyat və insanın ilahi yaxınlıq dərəcəsinə ucaldılmasıdır. Üsullar kollektiv ağıl və təcrübədən isitfadə etmək, xalqın hər tək-təkinin düşüncələri, dilləri, işə yararlı biləklərindən və mətin addımlarından istifadədir.

Bu, İslam və Quran maarifinin öz ardıcıllarına hədiyyə etdiyi, şəriət və rasionallığı, gizlilik və aşkarlığı bir-birinə çulğalaşdırmış, eynicəhətli şəkilə salmış ağıllı bir tədbirdir.

Bu, makrosiyasətlər arealında heyrətamiz və cəzbedici bir fenomendir. Dindən qaçan və ya dinfob sistemlərin acı gerçəkləri onun cazibədarlığını günbəgün artıracaqdır.

Biz dünyanın bütün ayıq vicdanlarını ədalət və azadlıq iddiası edən, amma dini mənəviyyatdan uzaq olan sistemlərin iflasa uğramış təcrübəsini, artmaqda olan zülm, ayrıseçkilik və fəsadi, əxlaqi təhlükəsizliyin məhvini, ailə təməlinin zəiflədilməsini, qadının şərəfinin alçaldılması, onun həyat yoldaşı və analıq mövqeyindən endirilməsini, medialarda qərəzli mövqelərin dürüst məlumatlandırmanı üstələməsini, bu münafiq, riyakar və zülmkar sistemlərin nüfuz etdiyi miqyasdakı digər kor düyünləri görməyə, sonra da İslam hökumətinin əhatəli, mətin və həlledici proqramı haqqında düşünməyə çağırırıq.

Bu gün Qəzza faciəsi və qəsbkar sionist rejimin qəddar soyqırım cinayəti, minlərlə uşaq, qadın, müdafiəsiz və silahsız kişi və qadınları qətlə yetirməsi, sonra da Qərbin sözdə liberal olan dövlətlərinin bu qaniçmiş canavarı himayə edib dəstəkləməsi Qərbin insan azadlığı və hüquqlarının mənasını oyaq vicdanlara açıb göstərir.

Bu gün İslam dövlətinin xidmətçiləri və ona bağlı olan hər kəsin bu böyük fenomenin həqiqətini sözdə və əməldə dünyanın bütün həqiqət müştaqlarına göstərməsi üçün yeni fürsət yaranıb.

Bir daha bu möhtərəm məclisə Allah-taaladan uğurlar diləyirəm.

Bu məclisin üzvləri olmuş əziz və mərhum perzidenti, habelə izzətli İmam Cüməni hörmətlə anmağı, mərhəmətli Allahdan onlara uca dərəcələr arzulamağı lazım bilirəm.

Allahın salamı və rəhmti üzərinizə olsun!

Seyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /