Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq prezident və yoldaşlarının salamat qurtarmasına dua etsin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Rzanın (ə) mövludu münasibətilə bu gecə Mühafizəçilər Korpusunun üzvlərindən bir qrupunun ailələri ilə ilə təşkil edilmiş görüşdə bu gün günortadan sonra möhtərəm prezident və yoldaşlarının başına gəlmiş narahatedici hadisədən mütəəssir olduğunu dedi: “Ümidvarıq ki, Allah-taala möhtərəm və qiymətli prezidenti və yoldaşlarını xalqımızın ağuşuna geri qaytaracaq. Hər kəs bu xidmətçi heyətə dua etsin”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ümidvarıq ki, Allah-taala möhtərəm prezident və yoldaşlarının xidmət nemətini ölkədən əsirgəməyəcək. Amma əziz xalqımız əmin olsun ki, məsul şəxslər bir neçə dəfə artıq ciddiyyətlə öz işlərini görürlər. Biz də onlara lazımi tövsiyələrimizi vermişik”.

Həzrət Ayətullah Xamenei bildirdi: “İran xalqı narahat və məyus olmasın, ölkənin işində heç bir axsama olmayacaq”.

O əlavə etdi: “İnşallah, bütün işlər görüləcək, ölkənin və sərhədlərin təhlükəsizliyi qorunacaq, icraçı qüvvələrə aid işlər sistemli və nizamlı şəkildə həyata keçiriləcək”.

O, çıxışının sonunda möhtərəm prezident və yoldaşlarının İran xalqının ağuşuna dönəcəyinə, işlərin daha yaxşı şəkildə yerinə yetiriləcəyinə əmin olduğunu bildirdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /