İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İslam Şurası Məclisinə XII çağırış seçkilərinin 2-ci mərhələsində iştirak etmək üçün səsvermə mərasiminin ilk dəqiqələrində Tehran şəhəri İmam Xomeyni (r.ə) adına hüseyniyəyə gedərək seçkilərin elektron formada təşkil edilən bu mərhələsində səs verdi.
İslam İnqilabının Rəhbəri seçkilərdə iştirak etdikdən sonra seçkilərin birinci mərhələsi ilə ikinci mərhələsinin bir-birindən fərqlənmədiyinə işarə edərək vurğuladı: “İkinci mərhələnin əhəmiyyəti birinci mərhələnin əhəmiyyətindən az deyil. Xalq seçkilərin bu mərhələsində iştirak etməklə parlamenti təkmilləşdirməlidir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, seçkilər xalqın iştirakı, iradəsi və qərarının əlamətidir: “Ölkənin inkişafını, onun böyük məqsədlərə yaxınlaşmasını istəyən hər bir fərdin milli vəzifəsi seçkilərdə iştirakdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Nə qədər çox səs olsa, parlament bir o qədər güclü olar. Parlament nə qədər güclü olsa, ölkədə iş imkanı daha çox olar”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir