Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Builki həcc sionistlər və onların himayədarlarına nifrət nümayişi həccidir

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həcc İdarəsinin məsul şəxsləri, işçiləri və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə Allahın yad edilməsi, müsəlmanların vəhdəti və qarşılıqlı əlaqələrinin Həcc ayininin iki çox mühüm mənəvi və sosial komponenti olduğunu dedi.

O, böyük Qəzza faciəsi və qana susamış sionist rejimin cinayətlərinə işarə edərək vurğuladı: “Builki Həcc mərasimi Qurani-Kərimin ayələri və Həzrət İbrahimin (ə) mübarək adının işığında həmişəkindən daha yüksək səviyyədə təşkil edilməli, müsəlmanların cinayətkar düşmənləri və onların dəstəkçilərinə nifrət mərasimi hər il olduğundan daha nümayişkaranə şəkildə həyata keçirilməlidir”.

İslam İnqilabının Rəhbəri Həccin maddi və mənəvi cəhətdən bir neçə hissədən ibarət olduğunu dedi: “Həccin daxili və batini yönünə əsasən, fərdi, sosial və milli həyatın, əzmkarlığın, iradə və qəbul edilən qərarların həqiqi mənşəyi olan Allahın yad edilməsi Həccin bütün mərhələləri və ayinlərinin ən üstün tərəfidir”.

O, Allah evinin ziyarətçilərinə səsələndi: “Həcdə heç yerdə görə bilməyəcəyiniz Kəbə, Məscidül-həram, təvaf, əziz Peyğəmbərin (s) ziyarəti kimi məsələlərə diqqət ayırın. Çünki bazar və digər məhsullar hər yerdə var”.

İnqilabın Rəhbəri Həccin ən üstün sosial yönünün müsəlmanların vəhdəti və qarşılıqlı münasibətlərindən ibarət olduğunu dedi: “Allahın bütün insanları müəyyən bir vaxtda bəlli bir məkana dəvət etməsinin fəlsəfəsi müsəlmanların bir-biri ilə tanışlığı, həmfikirliliyi və ortaq qərara gəlməsi məsələlərini ehtiva edir. Qeyd olunan cəhətdən Həccin mübarək və konkret nəticələri İslam dünyası və bütün bəşəriyyət üçün faydalı olur. Bu gün İslam dünyasında ortaq qərar qəbul edilməsi məsələsində böyük boşluq var”.

O, milli, məzhəb və etnik fərqliliklərin görməzdən gəlinməsinin vəhdət üçün lazımi bir müqəddimə olduğunu vurğuladı: “Bütün İslam məzhəbləri və firqələrinin ayrı-ayrı xalqlardan olan mənsublarının əzəmətli və eyniformalı toplantısı Həccin siyasi-ictimai yönünün bariz təzahürüdür”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qeyd etmək lazımdır ki, fərqliliklər və təfriqə yaradan cəhətlərə göz yumulması zərurəti təkcə Həccə məxsus deyil. Quranın ayrı-ayrı ayələrində müsəlmanların vəhdəti və birliyi zərurəti vurğulanmışdır”.

İnqilabın Rəhbəri Həcc ayininin Həzrət İbrahimin (ə) mübarək adı və o böyük peyğəmbərin təlimləri ilə müşayiət olunmasının zəruriliyinə işarə edərək Allahın dininin düşmənlərinə nifrət nümayişinin İbrahim peyğəmbərin (ə) qiymətli təlimlərindən olduğunu dedi: “İnqilabın ilk günlərindən başlayaraq Allah düşmənlərinə nifrət Həcdə icra edilən bir rükn olmuşdur. Amma bu il Qərb mədəniyyətindən qaynaqlanan bir sistemin qaniçmiş simasını həmişəkindən daha çox aşkara çıxaran böyük və heyrətamiz Qəzza hadisələri nəzərə alınaraq builki həcdə nifrət nümayişi xüsusi bir formada təzahür etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, hal-hazırda Qəzzada baş verən hadisələr tarixin silinməz səhifəsidir: “Quduz sionist itinin vəhşicəsinə hücumları bir tərəfdən, Qəzzanın məzlumiyyəti və müqaviməti digər tərəfdən tarixdə qalacaq və bəşəriyyətə yol göstərəcək. Bunun qeyri-müsəlman cəmiyyətlər, ABŞ və digər ölkələrin universitetlərində yaratdığı misilsiz və heyrətamiz rezonans bu tarixin və indeksləşdirmənin əlamətlərindəndir”.

O, İbrahim peyğəmbərdən (ə) qalan həcc fürsətində İslam ümmətinin Qəzza faciələri qarşısındakı vəzifələrindən danışarkən Quranda həzrət İbrahimin (ə) həyat tərzindən bəhs edən ayələrdəki nümunələrə işarə etdi: “İbrahim (ə) mehriban və şəfqətli peyğəmbərlərdəndir. Amma məhz elə bu peyğəmbər zalım və döyüş axtaran düşmənlərə qarşı nifrət izhar etmiş və onlarla düşmən olduğunu açıq şəkildə elan etmişdir”.

İnqilabın Rəhbəri Qurani-Kərimin zalım düşmənlərlə dostluq edilməsini qadağan edən Quran ayələrinə işarə edərək sionist rejimin müsəlmanlarla düşmənçiliyin kamil nümunəsi olduğunu və ABŞ-ın bu rejimlə əlbirliyini qeyd etdi: “Əgər Amerikanın köməyi olmasaydı, sionist rejimin müsəlmanlara, qadın və uşaqlara qarşı belə vəhşicəsinə davranmağa qüdrəti və cürəti çatardımı?”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müsəlmanları qətlə yetirən, onları evlərindən didərgin salan ünsür və onun himayəçisi zalımdır. Qurani-Kərimin aşkar ayələrinə əsasən, onlara dostluq əlini uzadan hər kəs də zalım, zülmkar və Allahın lənətlədiyidir”.

O, İslam dünyasının hazırkı şəraitinə əsasən, Həccin İbrahimə (ə) xas olan strategiyasının, yəni düşmənlərə açıq şəkildə nifrət bildirilməsinin həmişəkindən daha zəruri olduğunu dedi: “Buna görə də iranlı və qeyri-iranlı hacılar Fələstin xalqına dəstək məsələsindəki Quran məntiqini bütün İslam dünyasına ötürməyi bacarmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, İslam Respublikası başqalarını gözləməyib və gözləməyəcək.Amma müsəlman xalqlar və İslam ölkələrinin güclü əlləri köməyə gəlsə və həmrəylik göstərsə, Fələstin xalqının ürəkləri riqqətə gətirən vəziyyəti davam etməz”.

O, Həcc İdarəsi və nümayəndəliyinə, habelə digər xidmət sektorlarına həcc mərasiminin təşkilində göstərdikləri xidmətlərə və fəaliyyətlərə görə təşəkkür edərək dedi: “İranlı hacıların asayişini, məqbul və gözəl həcc ayininin təşkilini elə proqramlaşdırın ki, mövcud vəziyyətlə arzuolunan vəziyyət arasındakı fasilə ortadan qalxsın”.

Bu görüşün əvvəlində çıxış edən Vəliyyi-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Əbdül-fəttah qeyd etdi ki, builki həccin şüarı Quranmərkəzli həcc, İslam ümmətinin həmrəyliyi və iqtidarı, məzlum Fələstin xalqının müdafiəsidir: “İbrahim peyğəmbərdən (ə) yadigar qalan həcc özünüdüzəltmə, habelə xarici tağutlarla mübarizə və məzlumları müdafiə təlimi üçün bir bazadır”.

Həcc və Ziyarətlər İdarəsinin müdiri cənab Seyid Abbas Hüseyni bu il 87 min 550 nəfərin Həcc ziyarətinə gedəcəyini qeyd edərək bu idarənin səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, ziyarətçilərin yerləşdirilməsi, qidalandırılması, daşınması, habelə 9 ildən sonra müfrədə ümrəsinin həyata keçirilməsi, Allah evinin ziyarətinə müştaq olanların bu imkandan isitfadə edə bilməsi sahəsindəki proqramları və fəaliyyətləri haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /