Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mənfur sionist rejim tənbeh olunmalıdır və tənbeh olunacaq da

Bu gün əziz vətənimizin bütün nöqtələrində iranlılar bir yerə toplaşıb vahid və sıxı sıralar yaradaraq mübarək Fitr bayramının namazını qıldılar; iman sevinci və bəndəlik şövqü ilə aşıb-daşan qəlbləri ilə kərəm sahibi olan Allahdan öz fərdi, ailə, ictimai və milli ehtiyaclarını dilədilər. Paytaxtda əzəmətli Fitr bayramının namazı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi, mömin və müvəhhid insanların izdihamlı iştirakı ilə Tehranın müsəllası və ətraf küçələrdə qılındı.

Həzrət Ayətullah Xamenei namazın birinci xütbəsində İslam ümmətini və İran xalqını mübarək Fitr bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, Ramazan ayı ilahi rəhmət yağışının yağdığı bir aydır: “İran xalqı bu il öz imkan və qüdrəti daxilində ilahi nemətlərlə dolu olan ziyafətdən maksimum dərəcə istifadə etdi, yeni ilin ilk bayramlarını Ramazan ayının mənəviyyatı ilə bərəkətləndirdi”.

İnqilabın Rəhbəri ölkənin hər yerində Quran tilavətlərinin nəzərə çarpacaq dərəcədə artmasının builki Ramazanın ən üstün cəhətlərindən olduğunu dedi və bu parlaq həqiqətin işıqlandırılmasında milli medianın rol oynadığını vurğuladı: “Xüsusilə Qədr gecələrinin zikr, dua, çağırış və minacat məclisləri builki Ramazanı daha gözəl və arzuolunan etdi”.

İnqilabın Rəhbəri bütün xalqa, xüsusilə gənclərə Ramazan ayının mənəvi ehtiyatını qorumağı israrla tövsiyə etdi: “Allahın lütfü ilə gənc nəsil dindarlığa meyillidir və bu, ölkə üçün böyük bir fürsətdir”.

Orucluğun çox mühüm bir məsələ olduğunu deyən Həzrət Ayətullah Xamenei zaman-zaman bəzi keçidlərdə bu məsələyə riayət edilməməsinə işarə edərək bildirdi: “İslam dövləti kimisə oruc tutmağa vadar etmək niyyətində deyil. Amma təbii ki, normaların pouzlmasına etinasızlıq göstərilməyəcək. Məsul şəxslər, xalqın hər tək-tək nümayəndəsi, Allahın əmrlərinə çağırış edib qadağaları ilə bağlı xəbərdarlıq edənlər öz vəzifələrinə əməl etməlidirlər”.

İnqilabın Rəhbəri xütbəsinin ikinci hissəsində qanlı Qəzza hadisələrinin Ramazan ayında müsəlman xalqların ovqatını təlx etdiyini vurğuladı və sionist rejimin cinayətlərinin mübarək Ramazan ayında da davam etdirildiyini vurğuladı: “Mənfur rejimin müqavimətə gücü çatmadığı üçün anasının qucağındakı uşağı və xəstəxanadakı xəstələri öldürür, otuz mindən çox qadın, kişi, uşaq və gənci dünya əhalisinin gözləri önündə qətlə yetirir”.

O, Qərb dövlətlərinin, xüsusilə ABŞ və İngiltərənin sionist cinayətkarlara hərbi, siyasi və iqtisadi dəstəklər verməsini şiddətlə qınadı: “Bu dövlətlər Qəzza hadisəsində Qərb mədəniyyətinin çirkin zatını dünyaya nümayiş etdirdi. Əlbəttə, biz və qərb mədəniyyətini tənqid edənlər dəfələrlə demişdik ki, bu mədəniyyətin zatı mənəvi və bəşəri dəyər və fəzilətlərlə düşməndir. Qondarma sionist rejimə dəstək verən dövlətlər altı aylıq Qəzza hadisələrində bu gerçəyi aşkara çıxardılar”.

Həzrət Ayətullah Xamenei qərb iddiaçılarının insan hüquqlarının müdafiəsi ilə bağlı hay-həşirlərinə işarə edərək belə bir sual ünvanladı: “Qəzzanın otuz mindən çox günahsız və pənahsız şəhidi məgər insan deyilmi? Bəs nə üçün qərblilərdən bir səs çıxmır?”

İnqilabın Rəhbəri yırtıcı rejimin Dəməşqdəki İran konsulluğuna etdiyi hücuma işarə edərək vurğuladı: “Beynəlxalq diplomatiyada hər hansı ölkənin konsulluğu və səfirliyinə hücum həmin ölkənin ərazisinə hücum hesab edilir. Başdan ayağa qədər çirkab olan sionizm bu cinayətinə görə tənbeh edilməlidir və ediləcək də”.

O, sionist rejimin hücumu nəticəsində şəhid edilmiş Zahidi, Rəhimi və yoldaşlarının qətlinə görə İran xalqının yasa batdığını dedi: “Əlbəttə, bu əzizlər uzun illər şəhadət arzusu ilə cihad etdilər. Allah-taala onların zəhmətlərinin mükafatını verib arzularına çatdırdı”.

İnqilabın Rəhbəri habelə İran xalqının Sistan və Bəlucistandakı təhlükəsizlik işçilərinin şəhadətinə görə yas tutduğunu dedi: “Bu gənclər canlarını xalqın təhlükəsizliyi və ölkənin sərhədlərinin qorunması yolunda fəda etdilər. Ümidvarıq ki, Allah-taala bütün böyük milli sınaqlarda xalqımıza başıucalıq nəsib edəcək”.

Vəhdət İnqilabın Rəhbərinin Fitr bayramı namazaının xütbələrindəki son vəsiyyəti oldu. O dedi: “Bütün xalq, gənclər, siyasi-sosial fəallar və media fəalları bilsinlər ki, xalqın uğuru vəhdətdədir. Təbii ki, siyasi və qeyri-siyasi fikir ayrılqlarının olmasının problemi yoxdur. Amma qarşıdurma, yaxalşama və saxta ikitirəlik yaratmaq xalqın dini və dünyasının ziyanınadır və ölkəni zəiflədir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /