Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İstehsal sıçrayışı üçün xalqın maddi və intellektual potensialı işə cəlb edilsin

İslam İnqilabının Ali Rəhbəri bu gün qüvvələrin rəhbərləri, dövlətin rəhbər və məsul şəxsləri, sosial, siyasi və mədəni simalardan bir qrupu ilə görüşdə ölkənin təbii və insani potensiallarının xalqın haqlı gözləntilərinin gerçəkləşməsi üçün münasib olduğunu dedi. O, bütün insanların ilin şüarının həyata keçirilməsi istiqamətinə yönəldilməsi yollarını müəyyən etmək üçün fikir və düşüncə sahiblərindən ibarət bir elit qrup təşkil edilməsinin zəruriliyini vurğuladı: “Xalqın rifahı və ölkənin inkişafı üçün göstərilən hər bir səy Allah üçün görülən işdir”.

Həzrət Ayətullah Xamenei habelə “Əl-Əqsa fırtınası və Qəzzaya hücumun məqsədlərinin gerçəkləşməsi” hadisəsində cinayətkar sionist rejimin iki məğlubiyyət yaşadığına işarə edərək vurğuladı: “Builki “Qüds günü”, inaşallah, İran xalqının parlaması, müsəlman və azadlıq istəyən xalqların iştirakı ilə qəsbkar rejimə qarşı beynəlxalq bir hayqırtıya çevriləcək”.

O, sözün həqiqi və geniş mənasında Ramazan ayının oruc, Quran tilavəti, dualar, insanın mənəvi və daxili potensiallarını inkişaf etdirən Qədir gecələri kimi müxtəlif üsullarla inkişaf etdirən, nəticədə cəmiyyəti yüksəldən mübarək bir ay olduğunu bildirdi.

Həzrət Ayətullah Xamenei Ramazanın ehsan, yaxşılıq və başqalarına yardım sayəsində sosial bir ay olduğunu vurğuladı: “Ramazan il boyu edilmiş günahlar nəticəsində ruha və cana dəymiş yaraların sağaldılmasında fövqəladə bir fürsətdir. Təbii ki, bu sağaltma Allahdan bağışlanma diləmək və tövbə vasitəsilə mümkündür”.

O, tövbənin fərdi və sosial bir anlayış olduğunu qeyd etdi: “Tövbənin həqiqi mənası günah və xətadan dönmək, onun təsirlərini və nəticələrini aradan qaldırmaqdır. Buna görə də kimsə hər hansı səbəbdən, o cümlədən qəflət, tənbəllik və ya diqqətsizlik üzündən sosial, siyasi, mədəni və digər sahələrdə hər hansı günaha, yaraya və problemə səbəb olubsa, bağışlanma diləyib tövbə etməklə yanaşı, həmin problemin nəticələrini ortadan qaldırmalı, dəymiş yaranı sağaltmalıdır”.

İnqilabın Rəhbəri məsul şəxslərin səhvlərinin sadə insanların səhvlərindən çox olduğunu dedi: “Əgər biz məsul şəxlərin davranışı, danışığı, qərarları və tutduğu mövqelər səbəbindən ölkədə və cəmiyyətdə hər hansı problem yaranıbsa və səhvə yol açılıbsa, səhvi tanımalı, məsuliyyətini qəbul etməli, təsirlərini və nəticələrini ortadan qaldırmalıyıq”.

Həzrət Ayətullah Xamenei çıxışının əsas hissəsini ilin şüarı mövzusuna həsr etdi. O, bu görüşün əvvəlində çıxış edən ölkə başçısının gözəl nitqinə, hökumətin problemləri həll etmək üçün, insafən, dayanmadan və intensiv şəkildə çalışdığını dedi: “Təbii ki, gözləntilər böyükdür. Düyünləri açmaq üçün ikiqat çalışmaq lazımdır. Bu hökumət, inşallah, bacaracaq”.

İnqilabın Rəhbəri ölkənin acı və şirin iqtisadi gerçəkliklərinə işarə edərək dedi: “Bahalıq, bazarın qeyri-sabit vəziyyəti, milli valyutanın dəyərinin aşağı düşməsi, sinfi təbəqələşmələr, həqiqətən, acı iqtisadi gerçəklikdir”.

O əlavə etdi: “Digər tərəfdən, bir çox şirin hadisələr də var. Hal-hazırda üzərində iş gedən geniş infrastrukturlar, yarımişlək və fəaliyyətini tamamilə dayandırmış müəssisələrin böyük bir hissəsinin işə salınması, minlərlə motivasiyalı və ümidli gənc kollektivlərin elm təməlli şirkətlərdə fəaliyyət göstərməsi, özəl sektorda qüdrətli və məhsuldar müəssisələrin formalaşması bunlardandır”.

Həzrət Ayətullah Xamenei xalqın məsul şəxslərdən olan mühüm və haqlı gözləntisi olduğunu qeyd edərək dedi: “Xalq məsul şəxslərin səy və fəaliyyətlərinin onların həyatlarında hiss oluna biləcək həddə olmasını gözləyir. Bu haqlı gözləntinin gerçəkləşdirilməsi istiqamətində çalışmaq və hərəkət etmək lazımdır”.

O bildirdi ki, ölkənin fövqəladə imkanlarının olduğunu nəzər alsaq, xalqın iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı gözləntisi gerçəkləşə bilər: “Əhalisinin sayının dünya əhalisinin 1%-ni təşkil etdiyini nəzərə alsaq, 64 mühüm mədən ehtiyatı ilə dünyanın təbii ehtiyatlarının 7-%-nə malik olması İran üçün çox əlverişli imkan və fürsətdir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, əkinə yararlı 37 milyon hektar əraziyə malik olması, bu çox mühüm k/t imkanından tam şəkildə istifadə etmək üçün suyun idarə edilməsi imkanı, polad və sement kimi məhsulların beynəlxalq miqyaslı istehsalında üst sıralarda yer alması İranın digər təbii imkanlarındandır.

O, humanitar imkanların təbii imkanlardan daha mühüm əhəmiyyət kəsb etdiyini dedi: “İran xalqının beynəlxalq orta həd göstəricisindən daha üstün istedad və zəkaya malik olması, 36 milyon gənc, 14 milyon ali təhsilli insan, 3 milyon tələbə, yüz mindən artıq elmi heyət, 150 mindən artıq həkim sayı İranın misilsiz insani potensiallarındandır”.

Həzrət Ayətullah Xamenei habelə mühüm coğrafi mövqe və yüksək iqlim müxtəlifliyinə işarə edərək dedi: “Bütün bu imkanlar göstərir ki, xalq və rəhbərliyin iqtisadi gözləntiləri əldə edilə biləndir”.

O, iqtisadi vəziyyətin yaxşılaşdırılmasına mane olan xarici və daxili amillər haqqında danışarkən dedi: “İranın lazım olan imkanları əldə etməsinə mane olan təhdidlər, sanksiyalar, ardı-arası kəsilməyən sabotajlar ən mühüm xarici maneələrdir. Əlbəttə, bu maneələri azaltmaq və təsirlərini minimuma endirmək olar. Yeri gəlmişkən, yüksək dərəcəli sahibkarlar bildirirlər ki, sanksiyalar fürsətlər də yarada bilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Az işləmək, diqqətsilzik, istəksizlik, sevgi qazanmağa çalışmaq və yüksək mənsəblərə qalxmaq fikrində olmaq daxili maneələrdəndir, ölkənin geniş potensialları və fürsətlərindən düzgün istifadə edilməsində durğunluq və pozuntu yaradır”.

İslam İnqilabının Rəhbəri çıxışının mühüm bir hissəsində xalq və xalqın rifahı üçün işləməyin, ölkənin inkişafı yolunda çalışmağın Allah üçün işləmək olduğunu vurğuladı: “Xalqın işlərinin düyününü açmağa çalışmaq, yəni ilahi niyyətdə olmaq Allah tərəfindən mütləq mükafatladırılar. Allah bu səyə mütləq bərəkət verər”.

İnqilabın Rəhbəri “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı” şüarının gerçəkləşməsinin olmalıları və olmamalıları məsələsinə aydılıq gətirərkən dövlət və hökumət müdaxilələrinə işarə etdi. O bu müdaxilələrin azaldılmasının zəruruliyini vurğulayaraq dedi: “Xalqın maliyyə və intellektual imkan və təşəbbüslərinin ölkə üçün çox böyük xeyirləri var”.

O, bəzilərinin “xalq iqtisadiyyat sahəsinə girəcəyi və idarəetmə sistemində yer alacağı təqdirdə hökumətin əl-qolunun bağlanacağı” kimi fikirlərinin yanlış olduğunu dedi: “Xalq və hökumətin hər birinin özünəməxsus vəzifələri var. Bu vəzifələrin tənzimləyici və əməli cəhətdən ayrılmalı olduğunu nəzərə alsaq, hökumət torpaqdan istifadənin planlaşdırılması, nəzarət, vəzifəyə əməl edilməməsinin qarşısının alınması kimi tənzimləyici məsələlərdə öz vəzifəsinə əməl edir. Xaql isə işin əməli cəhətlərini yerinə yetirir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın iqtisadiyyat sahəsindəki iştirakı və rolu İranın güclənməsinə və iqtisadi sabitliyə səbəb olacaq: “Konstitusiyaya əsasən, tənzimlənmiş 44-cü maddənin siyasətləri əməli xarakter almalıdır. Keçmişdə bu sahədə çoxlu zəifliklər olmuşdur”.

O qeyd etdi ki, ekspertlər yeddinci proqram vasitəsilə 8%-lik iqtisadi inkişafın gerçəkləşəcəyini, bunun davamlılığının xalqın həyatında arzuolunan açılış yaranmasına səbəb olacağını hesab edirlər: “Əlbəttə, iqtisadi inkişaf təklikdə xalqın, zəif təbəqələrin həyatı və məişətinin dəyişməsi üçün kifayət etmir. Müxtəlif səviyyələrdəki imkanlara yiyələnmək üçün ədalətli və bərabər fürsətlər kimi digər kateqoriyalar da lazımdır. Bu sahədə təhsil və gənclərin bacarıqlarının artırılması açar rolunu oynayır. Yüksək idarəedicilər bunun üçün proqram tərtib etməlidirlər”.

Kiçik sərmayələrlə xalqın istehsal və iqtisadiyyatda  iştirakına istiqamət verrmək İslam İnqilabının Rəhbərinin vurğuladığı, hökuməti və parlamenti bu xüsusda düşünmək üçün seçkin düşüncə sahiblərindən ibarət bir qrup yaratmağa çağırdığı digər bir nüans oldu.

O, məsul şəxslərə verdiyi başqa bir tövsiyəsində yeddinci proqrama diqqət yetirilməsi və əməl edilməsinin zəruri olduğunu bildirdi: “Verilən məlumatlara əsasən, əvvəlki altı proqrama əməl edilməsi orta hesabla təqribən 35% təşkil edir. Bu, ölkə üçün ziyandır. Hazırki hökumət, xoşbəxtlikdən, fəaldır, fikir, iş və fəaliyyət səciyyəsinə malikdir. Hökumət yeddinci proqramın əməli şəkildə gerçəkləşməsinə çalışmalıdır”.

Həzrət Ayətullah Xamenei qiymətli bir sərmayə kimi zaman fenomeni və bu günün işinin sabaha saxlanmasından çəkinməyin əhəmiyyətli  bir məsələ olduğunu vurğulayaraq məsul şəxslərə dedi: “Zaman sürətlə keçir, təsdiqini tapmış işlər və proqramlarla bağlı zaman bölgüsü aparmalı və onların təyin edilmiş vaxtda başa çatdırılması üçün səy göstərməlisiniz”.

O, diplomatiya və xarici siyasətin iqtisadiyyatda çox mühüm rola malik olduğunu bildirdi: “Bizim çoxlu qonşularmız var, bir çox beynəlxalq müqavilələrdə də pay sahibiyik. Fövqəladə dinamikliklə iqtisadiyyat sahəsindəki bu fürsətlərdən istifadə etməliyik”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində hicab məsələsinə işarə edərək dedi: “Bu gün hicab məsələsi məcburi problemə çevrilmişdir. Bundan əvvəl yox idi. Müəyyən insanlar planlı şəkildə onu məcburi problemə çevirdilər”.

O qeyd etdi ki, hicab məsələsi fiqhi, qanuni və kənar mülahizələr aspektlərindən diqqət mərkəzində olmalıdır: “Şəriət cəhətindən hicab qəti şəriət hökmüdür. Üz, və iki əl istisna olaqla qadınların bədəninin tam şəkildə örtülməsi şəri cəhətdən vacibdir və buna göz yümmaq yolverilməzdir. Xalqımız, qadınlarımız müsəlman, əqidəli və dinə bağlı olduqları üçün bu şəriət hökmünə əməl etməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qanun cəhətindən hicab qanuni bir hökmdür. Dinə etiqadı olub olmamasından asılı olmayaraq qanuna tabe olmaq hər kəsə vacibdir: “Kənar mdaxilələrə gəlincə, yadların müxtəlif media vasitələri ilə hicab məsələsinə müdaxilələr etməsi məlum məsələdir. Əlbəttə, daxildə bir qrup adam onlara kömək edir. Amma hicaba qarşı çıxma planı və bu istiqamətə yön verilməsi ölkə xaricindən həyata keçirilir. Bizim ağıllı və dərrakəli xanımlar bu gerçəyin fərqindədirlər”.

O dildirdi ki, hicabın hörmətini sındırmaq məqsədilə müəyyən insanların exzam edilməsi, onların cəmiyyətdəki normaları pozmaq missiyası daşıdıqları ilə bağlı etibarlı məlumatlar var: “Biz işin içində yad əl gördükdə mövqeyimizi bu gerçəyə uyğun şəkildə tənzimləməliyik”.

İnqilabın Rəhbəri qeyd etdi ki, xanımların hicabdan çıxması üçün plan  hazırlanması bədxahların birinci işidir: “Onların son məqsədi ölkənin vəziyyətini tədricən tağut rejimi dövründəki rüsvayçı vəziyyətə qaytarmaqdır. O dövrdə qadınlar savad və idarəetmə sistemində oynadıqları rol baxımından bu günkündən fərqli olaraq zəif, geyim və sosial normalar baxımından çox rüsvayçı vəziyyətdə idilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əminəm ki, ölkəmizin qadınları, hətta hicab məsələsinə səhlənkar yanaşan adamlar da İslama və dövlətə ürəkdən bağlıdırlar. Buna görə də mövzuya bu gözdən baxmq laızmdır. Eyni zamanda hicab normalarına da hər kəs riayət etməlidir”.

O, hökumət və məhkəmə sisteminin hicabla bağlı öz şəri və qanuni öhdəliklərinə əməl etmək vəzifəsi daşıdıqlarını dedi: “Əlbəttə, qadınlar özləri bu sahədə hamıdan çox məsuliyyət daşıyılar. Onlar İslam qanunlarına riayət etməlidirlər”.

İnqilabın Rəhbəri çıxışının sonunda qeyd etdi ki, mühüm Qəzza məsələsinin dünya ictimaiyyətinin gündəmindən çıxmasına imkan vermək olmaz. O bildirdi ki, sionist rejimin soyqırım, qətli-am, qadınlar, uşaqlar, xəstələr və xəstəxanalara hücum kimi cinayətləri son dövrlərin tarixində misilsizdir: “Cinayətlər elə bir həddədir ki, hətta Qərb mədəni mühitində, Avropa və ABŞ-da tərbiyə almış insanlar da etiraz səsini ucaldırlar”.

O, altı aylıq müharibənin bir növ ümumi xülasəsini verərək bildirid ki, sionist rejim iki cəbhədə məğlubiyyətə uğradı: “Onların birinci məğlubiyyəti 15 mehr “Əl-Əqsa fırtınası” günü baş verdi. İnformasiya və media sahəsində üstünlüyə malik olduğunu iddia edən bir rejim məhdud imkanları olan bir müqavimət dəstəsi tərəfindən informasiya məğlubiyyətinə uğradı. Sionist rejimin itmiş abrı heç vaxt bərba olunmadı və olunmayacaq da”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sionistlərin ikinci məğlubiyyəti Qəzza üzərinə hücum edərkən elan etdikləri məqsədlərə yetişməmələri baş verdi. O, sionistlərin amerikalılar tərəfindən hərtərəfli hərbi-maliyyə və siyasi dəstək almasına, o cümlədən qətnamələrə veto qoyulmasına, qətnamələrin məcburiyyət yaratmaması yalanına işarə edərək dedi: “Bütün bu dəstəklərə baxmayaraq, sionistlər, elan etdikləri məqsədlərin hətta birinə də nail ola bilmədilər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Onlar müqaviməti, xüsusilə HƏMAS-ı tamamilə məhv edib etibardan salmaq istəyirdilər. Halbuki bu gün HƏMAS, İslami Cihad və Qəzza Müqavimət Qruplaşması çətinliklərə sinə gərərk qəsbkar rejimə zərbə endirməkdədir”.

O, yırtıcı davranışların, günahsız uşaqların və qadınların qətlə yetirilməsinin sionistlərin müqavimət döyüşçüləri qarşısındakı acizliyindən qaynaqlandığını dedi: “Sionistlərin məğlubiyyəti mütləq şəkildə davam edəcək. Suriyada etdikləri və etdiklərinin silləsini də yedikləri ümidsiz səyləri problemlərini həll etməyəck”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, sionistlərin öz əlləri ilə düşdükləri tələdən xilas olmaları mümkün deyil: “Sionist rejim gündən-günə daha da zəifləyəcək, məhvə daha da yaxınlaşacaq. Ümidvarıq ki, gənclərimiz Qüdsün müsəlmanların ixtiyarında olduğu günü görəcək, orada namaz qılacaqlar və İslam dünyası qəsbkar rejimin məğlubiyyətini bayram edəcək”.

O, İslam Respublikasının yaradımasının İslam dünyası üçün bir fürsət olduğunu dedi və vurğuladı ki, İslam dövləti günbəgün güclənməkdə, düşmənləri isə zəifləməkdərir: “Regionla bağlı hesablamalar, müqavimət cəbhəsi və onun əks cəbhəsinin vəziyyəti “Əl-Əqsa fırtınası”ndan sonra dəyişdi. Gələcəkdə bundan da artıq dəyişəcək, İslamın, müqavimətin və İran İslam Respublikasının düşmənləri bu dəyişikliyə boyun əyməklə yanaşı bilməlidirlər ki, regionda müsəlmanlara hökmranlıq edə bilməyəcəklər”.

Bu çıxışın sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə məğrib və işa namazları qılındı. O, iki namazın arasında qarşıdan gələn “Qüds günü”nə işarə edərək builki “Qüds günün”ün qəsbkar sionist rejiminə qarşı beynəlxalq bir hayqırtı olacağını dedi: “Ötən illərdə “Qüds günü”nü İslam ölkələri keçirirdilərsə, bu il böyük ehtimalla qeyri-İslam ölkələrində də Qüds günü əzəmətli keçiriləcək. Ümidvarıq ki, İran xalqı bütün sahələrdə olduğu kimi, bu gün də parlayacaq”.

Bu görüşün əvvəlində prezident hökumətin fəaliyyətləri və proqramları haqqında hesabat verdi: “Hökumət bütün səyi ilə digər sahələr və qüvvələrlə əməkdaşlıq edərək məişət və iqtisadi vəziyyəti yaxşılaşdırmağa və qaydasına salmağa çalışır”.

Cənab Rəisi istehsal sahəsinə 45 milyard dollar maliyyə ayrılması, 6%-dən artıq inkişafın gerçəkləşdirilməsi, balanslaşdırılmış büdcənin reallaşdırılması, likvidliyin artmasının 25%-dən aşağı salınması, bank sisteminin idarə edilməsi və Qeyri-işlək maliyyə institutlarının ləğv edilməsi, məşğulluq yaradılması sahəsində qarşıya qoyulmuş məqsədin gerçəkləşdirilməsi, elm təməlli sahələrdə ixracatın artırılması və iki milyondan çox mənzil tikintisinin davam etdirilməsinin hökumətin 1402-ci ildə atdığı mühüm addımlardan olduğunu dedi: “Keçən il illik və aylıq inflyasiya azalsa da, hökumət xalqın razılığını qazanmaq və arzuolunan inflyasiya qiymətini gerçkləşdirmək üçün öz səylərini davam etdirir”.

Cənab Rəisi öz hesabatında qeyd etdi ki, əməkhaqlarının uyğunlaşdırılması, elektrik-neft-qaz və neft-kimya məhsullarının istehsalının artırılması, kəndlərə su çəkilməsi, kommunikasiya infrastrukturlarının inkişaf etdirilməsi, əmtəə təminatı, tibbi sığorta və aşağı gəlirli desillərə ünvanlı dəstək verilməsi sahəsində əsaslı işlər görülməsi hökumətin keçən il gördüyü işlərdəndir.

Prezident habelə çıxışının sonunda terrorçuların Dəməşqdəki hücumu nəticəsində iranlı generallar və zabitlərin şəhadətə yetişməsi ilə bağlı başsağlığı verdi: “Gələcək Fələstin xaqlının və müqavimət cəbhəsinindir, sionist rejim məhv olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /