Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimi bu cinayətinə görə peşman edəcəyik

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei qəsbkar və mənfur sionist rejim tərəfindən şəhid edilmiş İslamın yüksək dərəcəli generalı, Keşikçilər Korpusunun generallaırndan olan general-mayor Məhəmmədrza Zahidi və onun döyüş yoldaşları ilə bağlı verdiyi başsağlığı mesajında vurğuladı: “Allahın gücü və qüvvəsi sayəsində onları bu və bənzər cinayətlərinə görə peşman edəcəyik”.

İslam İnqilabın Rəhbərinin mesajının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslamın yüksək rütbəli fədakar generalı Keşikçilər Korpusunun general-mayoru Məhəmmədrza Zahidi möhtərəm döyüş yoldaşı general Məhəmmədhadi Rəhimi ilə birlikdə qəsbkar və mənfur sionist rejimin törətdiyi cinayət nəticəsində şəhadətə yetiblər. Allah və övliyalarının salamı və rəhməti onlara və bu hadisənin digər şəhidlərinə, lənət və nifrini zalım və təcavüzkar rejimin rəhbərlərinə olsun.

Şəhidlərimiz özlərinin uzunmüddətli cihadlarının qəbulluq nişanını öz mehriban Rəblərindən alaraq övliya və saleh bəndələr ilə bilrikdə Allahın nemətləri ilə mükafatlandırılırlar.

General Zahidi 60-cı ildən təhlükə və cihad meydanlarında şəhadət gözləyir. Onlar heç nə itirməyiblər, mükafatlarını alıblar. Amma onların itgisi İran xalqı üçün, xüsusilə onları tanıyanlar üçün ağırdır.

Xəbis rejim bizim igid kişilərin əli ilə cəzalandırılacaq. Allahın gücü və qüdrəti sayəsində onları bu və bənzər cinayətlərinə görə peşman edəcəyik.

Saleh bəndələrə salam olsun
Seyid Əli  Xamenei
14 fərvərdin 1403

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /