Ali Məqamlı Rəhbərin informasiya bloku

Vəzifəsinə zidd olaraq oruc tutan müsafir şəxs

Məsələ 950. Əgər oruc tutmamalı olan müsafir şəxs bilərəkdən öz vəzifəsinə zidd olaraq oruc tutsa, orucu düzgün deyildir. Əgər Ramazan ayı olsa, orucun qəzasını tutmalıdır. Amma əgər o, hökmün özünü bilmədiyi üçün1 oruc tutubsa, orucu düzgündür.
Məsələ 951. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, hökmün təfərrüatını bilmədiyi üçün oruc tutsa, orucu düzgün deyildir. Məsələn, səfərdə orucun düzgün olmadığını bilir, amma bilmir ki, əgər on gün müəyyən bir yerdə qalmaq niyyətində olan şəxs bir dördrəkətli namazı qılmamışdan qabaq orada qalmaq niyyətindən dönərsə, orada qalan şəxs hökmündə deyildir və oruc tutmamalıdır.
Məsələ 952. Əgər müsafir şəxs müəyyən bir yerə getmək istəsə və bu yerədək məsafə əslində, şəri məsafə ölçüsündə olsa, amma o, qət etmək istədiyi yolun ölçüsünü bilmədiyinə görə oruc tutsa, orucu düzgün deyildir.
Məsələ 953. Əgər bir şəxs müsafir olduğunu və ya müsafirin orucunun düzgün olmadığını unutsa və səfərdə oruc tutsa, orucu düzgün deyildir.

_________________________

(1) Yəni səfərdə oruc tutmağın düzgün olmadığını bilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər