Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fars poeziyası media müharibəsinin misilsiz və güclü media vasitəsidir

Dünən gecə, yəni Əhli-beytin kərəm və səxavət simvolu olan Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi şairlər, mədəniyyət işçiləri və fars ədəbiyyatı nümayəndələrindən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.

Bu görüşdə gənc və qabaqcıl şairlərdən 40 nəfəri özlərinin dini, sosial və siyasi məzmunda yazdıqları şeirlərini oxudular.

Həzrət Ayətullah Xamenei şairlərin şeirlərini dinlədikdən sonra fars poeziyasının inkişafı və yüksəlişi xəttinin davam etməkdə olmasından məmnunluğunu ifadə edərək media müharibəsi dövründə şeirin ən mühüm və effektiv media vasitəsi olduğunu dedi: “Bu sahədə ən güclü, effektiv və təsiredici media vasitəsi kimi fars ədəbiyyatı və poeziyasının misilsiz mirasından ən yaxşı şəkildə istifadə etmək lazımdır. İranı, müqaviməti və şücaəti ehtiva edən, dini və mədəni mesajlar dünya ictimaiyyətinə ötürülməlidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əlbəttə, şeirin media təsirinə malik olmasının şərti onun bədii mahiyyətidir. Bədii mahiyyət isə möhkəm və qətiyyətli ifadələr, uyğun mövzuların tapılması və mövzunun çatdırılma keyfiyyətindən asılıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, münasib və faydalı mesajın seçilməsi də şeirin effektivliyi və qalıcılığındakı başqa bir şərtdir: “Poeziya mühiti din, əxlaq, mədəniyyət və irançılıq mesajını ötürməlidir”.

O bildirdi ki, İran xalqının qlobal hegemoniya və onu tərənnüm edən güclərin, yəni ABŞ və sionistlərin zülmü və ardı-arası kəsilməyən tələblərinə qarşı cəsarətli müqavimət mesajı ən üstün mesajlardandır: “İran xalqının müqavimət mesajı və imperialistlər qarşısındakı mövqelərinin açıq-aşkar ifadə edilməsi çox mühümdür və dünya əhalisini şövqə gətirir. Bu mövqelərin yaxşı qarşılandığını prezidentlərin xarici səfərlərində və onların kütlə qarşısındakı çıxışlaırnda görmək olar”.

Həzrət Ayətullah Xamenei şairlərlə olan illik görüşün yaxşı və bərəkətli olduğunu dedi, amma ardınca vurğuladı: “Bu, formal bir iclas deyil, davamlılığı olan bir zərurət olmalıdır. Şeirin ehtiva etdiyi məzmun poeziyanın yüksəlişi fonunda nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kömək etməlidir”.

O, çıxışının davamında şairlərə, fars ədəbiyyatı və poeziyası sahəsinin aparıcı şəxslərinə bir neçə tövsiyə verdi. Birinci tövsiyəsində o, fars dilində olan güclü və gözəl şeirlərin digər dillərə tərcüməsində zəifliyin olduğunu vurğulayaraq dedi: “Gözəl şeir dünya ictimaiyyəti tərəfindən istifadə edilməlidir. Buna görə də tərcümə hərəkatı yaradılmalıdır ki, şeirlər güclü, bədii və poetik nəsrlə oxucuların ixtiyarına verilsin. Bu mühüm və ağır iş hökumətin işidir”.

İslam İnqilabının Rəhbəri uşaqlıq dövründən yeniyetməlik və gənclik dövrünə qədər şeirlə ünsiyyətin bir zərurət olduğunu vurğuladı. O qeyd etdi ki, şeirlərin mədəniyyət və maarifin təbliğini ehtiva edən bir vasitə kimi dərsliklərə salınması əvvəlkindən daha çox Təhsil və Təlim-Tərbiyə Nazirliyinin vəzifəsidir.

Xalqın ədəbi hafizəsinin gücləndirilməsi, şeirlərdən düzgün və yerində istifadə edilməsi istiqamətində gənclərin düşüncülərinə yaradıcı yön verilməsi, görkəmli şairlərin poetik əsərlərinin mütaliəsi və onlardan dərs çıxarılması zəruriliyi Həzrət Ayətullah Xameneinin iki digər tövsiyəsi oldu.

O, fars dilinin yad dillərin hücumu qarşısında zülmə məruz qaldığını təəssüf hissi elə qeyd edərək növbəti tövsiyəsində bu cazibədar və inkişaf edə biləcək dilin qorunmasının zəruri olduğunu vurğuladı: “Bu hücümlar qarşısında bəzən çox gözəl və istifadəsi də asan olan farsca ekvivalentlərdən istifadə edilməli, xarici dillərdən alınma sözlərin azaldılması ilə fars dilinin saflığı artırılmalıdır”.

Bu görüşün əvvəlində şairlərdən bir neçəsi çapdan çıxmış şeir kitablarını İnqilabın Rəhbərinə təqdim etdilər.

Görüşdə oxunan şeirlər arasında İmam Həsən Müctəba (ə) və İmam Zamana (ə.f) həsr edilmiş, Qəzza əhalisinə, xüsusilə qadınlara və uşaqlara edilən zülmlərdən bəhs edən, ata və anaya aid, bəzi siyasi və sosial məzmunları ehtiva edən şeirlər oxundu.

Görüşün əvvəlində İslam İnqilabının Rəhbərinin imamətliyi ilə məğrib və işa namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /