Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

1403-cü il "Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı" ilidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 1403-cü ilin gəlişi münasibətilə ünvanladığı müraciətində İran xalqını, xüsusilə şəhid ailələrini və “Novruzu” bayram edən bütün xalqları “Novruz bayramı” münasibətilə təbrik etdi. O, yeni ili “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı” ili adlandırdı.

İslam İnqilabının Rəhbəri şəhidlər və şəhidlərin imamının adı və xatirəsini əziz tutduqdan, İran xalqına təbiət və mənəviyyat baharından faydalanmağı arzu etdikdən sonra 1402-ci ilin şirin və acı hadisələri ilə bağlı ümumi xatırlatma etdi: “Keçən ilin şirin və gözəl hadisələrinə elmi və texnoloji sahələrdə böyük nailiyyətlər əldə edilməsini, infrastruktur istehsalatını, xalqın müxtəlif aksiyalarda, xüsusilə Qüds və 22 bəhmən günlərindəki yürüşlərini, isfənd ayındakı seçkilərin sağlam və təhlükəsiz şəkildə keçirilməsini, hökumətin ayrı-ayrı iqtisadi və siyasi sahələrdəki beynəlxalq dinamikliyini misal göstərmək olar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın iqtisadi və məişət problemləri 1402-ci ilin acı hadisələrindən oldu: “Şəhid Süleymaninin ildönümü günü Kermanda baş vermiş acı hadisə, Bəlicistandakı sel və daşqınlar, son aylarda təhlükəsizlik orqanlarının işçilərinə qarşı törədilmiş hadisələr keçən ilin acı hadisələrindəndir. Amma Qəzza hadisəsini ən acı hadisə hesab etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri keçən ilin şüarına işarə edərək inflyasiyanın idarə edilməsi və istehsalın artırılması istiqamətində həyata keçirilən işlərin yaxşı olsa da, arzuolunan həddə olmadığını dedi. O vurğuladı ki, belə bir mühüm məsələnin bir il ərzində tam şəkildə gerçəkləşəcəyini gözləmək olmaz: “Yeni ildə də ölkənin əsas məsələsi iqtisaidyyat olaraq qalır. Çünki ölkənin əsas zəif nöqtəsi bu sahədir, bu istiqamətdə aktivlik göstərilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İqtisadiyyat üzrə ekpertlərimizin qənaətlərinin ümumi nəticəsinə əsasən, deməliyik ki, ölkənin iqtisadi problemlərinin, o cümlədən inflyasiya, məşğulluq, milli valyutanın dəyəri problemlərinin həllinin açarı istehsaldır. Buna görə də keçən illər ərzində istehsal məsələsinə köklənmişik”.

O əlavə etdi: “Bu əsasla yeni ildə istehsal məsələsini əsas götürəcəyik. İstehsal sahəsində sıçrayışın baş verəcəyinə ümidvarıq”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, istehsal sahəsində sıçrayış xalqın iqtisadiyyat və istehsal sahələrindəki iştirakı olmadan mümkün deyil: “İstehsal sahəsində xalqın qarşısında duran maneələr aradan qaldırılmalı, əhalinin böyük imkanları aktivləşdirilməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Buna əsasən, 1403-cü ilin şüarı “Xalqın iştirakı ilə müşayiət olunan istehsal” təyin edilir. Ümidvarıq ki, ölkənin layihəçilərinin münasib proqram və layihələri, ekspertlərin əməkdaşlığı, iqtisadi fəalların əməli iştirakı bu şüarın gerçəkləşməsinə ən yaxşı şəkildə zəmin yaradacaq”.

O, Həzrət Bəqiyyatullaha (əf) təvazökar şəkildə salam göndərərək Allah-taaladan böyük və əziz İran xalqına uğurlar dilədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /