Hicri-qəməri 1445-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi qaydası
Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadır:
1- Okeaniyada, Asiyanın şərqində, Orta Asiyada, Rusiyada və Avropanın şimal ölkələrində 2024-cü il 11 mart bazar ertəsi günü ayın hilalının müşahidəsinə cəhd edilsin.
Dünyanın digər ərazilərində isə 10 mart bazar günü ayın hilalının müşahidəsinə cəhd edilsin. Əgər hilalı müşahidə edə bilsələr, bazar ertəsi günü onlar üçün Ramazan ayının əvvəli olacaqdır.
2- İranda 2024-cü il 12 mart çərşənbə axşamı günü Ramazan ayının əvvəli elan olunduğu təqdirdə, Asiyanın qərb ölkələri, Afrikanın, Avropanın, Şimali və Cənubi Amerikanın bütün ölkələri bu elan əsasında hərəkət etməli və Ramazan ayının əvvəli olduğunu qəbul etməlidirlər. Əlbəttə, Şimali və Cənubi Amerikanın bəzi ölkələri və bölgələri istisna təşkil edir, belə ki, onlar 10 mart bazar günü ayın hilalını görə bildikləri təqdirdə, 11 mart bazar ertəsi günü onlar üçün Ramazan ayının əvvəli olacaqdır.
3- Ayın hilalının müşahidəsi ekspertləri belə proqnozlaşdırırlar ki, ayın hilalı 11 mart bazar ertəsi günü qürub vaxtı bütün dünyada asanlıqla müşahidə olunacaqdır. Amma bazar günü qürub vaxtı ayın hilalı Venesuela, Kolumbiya, Ekvador, Perunun şimal yarım hissəsi, Braziliyanın bütün şimal-qərb hissəsi, Mərkəzi Amerikanın bütün ölkələri, Amerika Birləşmiş Ştatları (şimal-şərqində yerləşən ştatlar istisna olmaqla), Kanadanın qərbində və cənub-qərbində ay müşahidə oluna biləcəkdir.