Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqəddəs Müdafiə ilə bağlı mədəni işlərin görülməsinə ehtiyac var

İslam İnqilabının Ali Rəhbərinin 5 esfənd 1402-ci il (24 fevral 2024) tarixində şənbə günü keçirilmiş “Xuzistanın 24 min şəhidi” konqresinin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün Əhvazda konqresin keçirildiyi məkanda yayımlandı.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu görüşdə vurğuladı ki, Xuzistan böyük Müqəddəs Müdafiə sınağında ön səngər rolunu oynadı: “Xuzistan İran xalqı üçün unudulmaz mədəniyyət və kimlik dərslərinin istehsal edildiyi mənbədir. Xuzistanla bağlı böyük bir mədəni işin görülməsinə ehtiyac var”.

O, şəhidlərin anılmasının dərs, stimullaşdırıcı və haqqın ödənilməsi xüsusiyyətlərinə malik olduğunu dedi: “Müqəddəs Müdafiə dövründə Xuzistanın Abadan, Dezful, Əhvaz, Şadqan, Həmidiyyə, Susəngərd və Xürrəmşəhr kimi müxtəlif şəhərlərinin heyrətamiz müqaviməti müqavimətin ürəyi kimi bu şəhərlərin adını əbədiləşdirən mislisiz bir fenomen oldu. Bu müqavimətlər İran xalqının böyük sınağının aqibətini təyin etdi”.

İslam İnqilabının Rəhbəri İranın ayrı-ayrı yerlərindən olan İslam mücahidlərinin Xuzistandakı qəhrəmanlıqları, Məhəmməd Cahanara, Əli Haşimi və Seyidhüseyn Ələmülhüda kimi qəhrəman simaların və şəhidlərin şücaət və müqavimətinə işarə edərək dedi: “Xuzistan Müqəddəs Müdafiə dövründə milli birliyin, düşüncələrin və qəlblərin bir-birinə bağlılığının simvolu oldu. Bu da ölkənin bu günü və sabahı üçün böyük bir dərsdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Xuzistan k/t, neft və sənaye kimi təbii sərvətlərin mənbəyidir: “Xuzistan təbii mənbələrlə yanaşı, İran xalqı üçün unudulmaz mədəniyyət və kimlik dərslərinin verildiyi mədəni istehsal mənbəyidir”.

O əlavə etdi: “Xusitanın ayrı-ayrı yerlərində baş verən hadisələr, həyata keçirilən əməliyyatlar və müqavimətlərin hər biri səhnə arxası film, serial və kitablar kimi yüzlərlə böyük mədəni və incəsənət işləri üçün material ola bilər”.

İslam İnqilabının Rəhbəri dedi: “Xuzistandakı hadisələrin təfərrüatına daha çox vardıqca insan böyük bir mədəni hərəkətin yerinin boşluğunu hiss edir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Xuzistan möcüzəsinin əsas amili xalqın qətiyyəti və İslam imanının vəhdəti oldu”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /