Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilərdə iştirak İran xalqının cihadı idi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra ağac əkimi günü münasibətilə 3 ağac əkdikdən sonra İran xalqına 11 isfənd tarixində seçki məntəqələrinə getdiyi üçün təşəkkür etdi: “İran xalqının seçkilərdəki iştirakı sosial və mədəni vəzifənin yerinə yetirilməsi və bir cihad idi”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmənlər təqribən bir il təbliğat apararaq xalqı seçkilərdə iştirakdan çəkindirməyə, seçkilərdəki aktivliyi azaltmağa çalışdılar. Amma xalq 11 isfənddə özünün böyük və qəhrəmanlıq yaradan hərəkəti ilə düşmənlərin səylərinə müqavimət göstərmək üçün getdi. Buna görə də sözügedən hərəkət bir cihaddır”.

Həzrət Ayətullah Xamenei seçkilərin bütün təşkilatçılarına – məsul şəxslər, təbliğatçılar və təhlükəsizliyi təmin edən hər kəsə təşəkkür etdi.

İslam İnqilabının Rəhbəri Sistan və Bəluçistanın cənub bölgələrində baş vermiş sel nəticəsində xalqa dəymiş ziyandan danışdı: “Hökumət və qeyri-hökumət qurumları tərəfindən həyata keçirilməkdə olan kömək və yardımlar davam etdirilməlidir. Yardımlarda iştirak etmək imkanı olan şəxslər yardım üçün bu kompaniyaya qoşulmalıdırlar”.

Həzrət Ayətullah Xamenei öz çıxışı zamanı ağac əkimi gününə işarə edərək ağac əkiminin sərfəli və faydalı bir investisiya olduğunu dedi: “Ağacın havada oksigenin artması və çirkləndiricilərə qarşı mübarizə kimi çox səmərələri var. Buna görə də ağac əkimi günümüzdə, təəssüf ki, çirkləndiricilərin artdığı avtomobilli həyat şəraitində çox faydalı bir investisiyadır”.

İnqilabın Rəhbəri İslamın insanla təbiətin əlaqəsinə və təbiətin qorunmasına əhəmiyyət verdiyini dedi. O, ağac əkiminə çox əhəmiyyət verdiyini göstərmək üçün biri zeytun olmaqla üç ağac əkdiyini dedi: “Fələstinin məzlum, eyni zamanda müqavimətçi əhalisinin yanında və dərdinə şərik olduğumuzu göstərmək üçün əkdiyimiz ağaclardan biri zeytun oldu. Bu simvolik addım, əslində, onlara salamımızdır. Demək istəyirik ki, həmişə, hətta ağac əkəndə də Fələstin xalqını unutmuruq”.

İslam İnqilabının Rəhbəri bir zeytun ağacı ilə yanaşı, bir lavson sərvi və daxildə yetişdirilən bir dəmirağacı əkdi.

Dəmirağacı Mazandaran meşələrində bitən yerli ağacıdır. Bu ağacın möhkəm ağacından müxtəlif sahələrdə istifadə edilməklə yanaşı, kökü və yarpaqlarından dərman kimi istifadə edilir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /