Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq və İslam Respublikasına arxalanmaq möcüzəsi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günörtadan qabaq “Xuzistan əyalətinin 24 min şəhidi” konqresinin təşkilatçıları ilə görüşdə qeyd etdi ki, Xuzisatan əhalisinin Müqəddəs Müdafiə dövründəki qəhrəmanlığı və möcüzəsi xalqın qətiyyəti və İslam inancının vəhdətinin nəticəsidir. O, böyük İmamın “İslam Respublikası” ifadəsinin seçimindəki dəqiqliyinə işarə edərək dedi: “İslam dövlətinin davamlılığı və inkişafına, bir çox maneələrin və məkrli planların öhdəsindən gəlməsinə İslam və xalq cümhuriyyətinə etimad prinsipi səbəb oldu. Gələcəkdə də problemlərin öhdəsindən gəlmək üçün qeyd edilən təfəkkürün davam etməsi lazımdır”.

İslam İnqilabının Rəhbəri hər kəsi mübarək “Nimeti-Şəban” bayramı münasibətinə təbrik etdikdən sonra İmamın xalqı dəqiqi tanıdığını, İslama əhatəli və mütərəqqi baxdığını vurğuladı: “İmam (r.ə) İslam hərəkatının ilk günlərindən İslamın qələbəsinə və ondan sonrakı vaxtlara qədər daim xalqa etimad etdi, siyasət və cəmiyyətin idarəçiliyi üçün İslamın effektiv bir məktəb və təfəkkür olduğunu bildirdi. Bu səbəbdən İranın inkişafı və böyük hərəkətlərin davamlılığına zəmin yarada bildi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Respublikasının düşmənlərinin ən böyük problemi İran xalqını və İslam Respublikasını tanımamaları olmuşdur: “İran xalqının düşmənləri öz hesablamaları və planları ilə İslam Respublikasının özünün qırx illiyini görməyəcəyinə əmin idilər. Amma onların acığına İranın inkişafı dayanmadı. Allahın lütfü ilə, xalqın iradəsi, qətiyyəti və dini inancına əsasən, bu inkişaf davam edəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində xalqa və dini inanca arxalanmanın yaratdığı möcüzə nümunələrindən birinin Qəzzanın bu günkü şəraiti olduğunu dedi: “Müqavimət qüvvələrinin dirənişi, düşmənlərdə onları məhv edə bilməyəckləri ilə bağlı məyusluq yaratması, habelə Qəzza əhalisinin bombalar və müsibtlər qarşısındakı səbri bu xalqın güclü imanının göstəricisidir”.

Həzrət Ayətullah Xamenei Qərb mədəniyyətinin insan hüquqları ilə bağlı yalan iddialarının aşkara çıxmasına, qərblilərin Qəzza hadisəsindəki riyakarlığı və ikiüzlülüyünə işarə edərək dedi: “Bir nəfər cinayətkarın edamı vaxtı hay-həşir qoparan qərblilər Qəzzada 30 min günahsız insanın qətlinə göz yumdular. ABŞ Qəzzanın bombalanmasının dayandırılması ilə bağlı qəbul edilmiş qətnaməyə həyasızcasına dəfələrlə veto qoyur”.

O vurğuladı: “Bu, Qərbin mədəniyyəti, sivilizasiyası və liberal demokratiyasının gerçək simasıdır. Bu mədəniyyətin təçsilçiləri üzdə təbəssüm edən, ütülü paltarlar geyinmiş, batini isə yırtıcı itlər və canavarar olan siyasətçilərdir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda dedi: “Biz əminik ki, Qərb mədəniyyəti və bu əyri yük mənzil başına çatmayacaq. İslamın haqq mədəniyyəti və düzgün məntiqi bütün bunlara qalib gələcək”.

İslam İnqilabının bu görüşdə verdiyi bəyanat “Xuzistanın 24 min şəhidi” konqresi ilə eyni vaxtda yayımlandı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /