İslam İnqilabının Ali Rəhbərinin 03 bəhmən 1402-ci il tarixində təşkil edilmiş “Böyük Tehranın 24 Min Şəhidi” adlı konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün Tehranın şəhərində adıçəkilən toplantının keçirildiyi məkanda yayımlandı.
Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, Tehran İran xalqının bütün bariz xüsusiyyətlərinin simvoludur. O, Tehran əhalisinin son 150 ildə baş vermiş hadisələrdə aparıcı rol ifa etdiyini, habelə İslam İnqilabı və ondan sonrakı hadisələrin ilhamvericisi olduğunu vurğulyaraq dedi: “Qabaqcıl və inqilabçı olması Tehran şəhərinin həqiqi şəhadətnaməsidir. Bu şəhərin hadisələri və hadisələrin incəlikləri yazıya alınaraq gənc nəsilə çatdırılmalıdır”.
İslam İnqilabının Rəhbəri İran xalqının şücaət, qeyrət, dindarlıq, müstəqillik və düşmənə qarşı mübarizlik xüsusiyyətlərinə işarə edərək dedi: “Bütün bu xüsusiyyətlər Tehran şəhərində müşahidə edilə bilər. Tehran əhalisi ən azı son yüz əlli ildə zülm, istibdad və müstəmləkəçiliyə qarşı aparılmış bütün siyasi mübarizələrin önündə yer almışdır”.
Həzrət Ayətullah Xamenei pəhləvilər dövründə Tehranın milli və islami kimliyini dəyişdirmək üçün həyata keçirilmiş genişmiqyaslı fəaliyyətlərə işarə edərək dedi: “Bütün bu səylərə baxmayaraq, Tehran İslam İnqilabı və İnqilabın qələbəsindən sonra baş vermiş hadisələrdə həlledici rol oynayaraq bütün ölkə üçün ilhamverici oldu”.
O vurğuladı: “Tehran və əhalisi gənc nəsilə bu xüsusiyyətləri ehtiva edən inqilabçı şəhadətnaməsi ilə tanıtdırılmalıdır”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabı şəhidlərinin ən üstün şəhidlər olduğunu dedi: “Şəhidlərin xatirəsinə həsr edilmiş mərasimlərdə diqqət yetirilməsi vacib olan nüanslardan biri İnqilab şəhidlərinin mövqeyidir. Çünki bunlar İranın və İslam dünyasının küfr və imperilizm mədəniyyəti içərisində həzm olunmasının qarşısının alınması yolunda şəhid oldular. Günümüzdə bunun İslam dünyasında qoyduğu dərin təsirlərin şahidiyik”.
O vurğuladı ki, İslam dövlətinin İnqilabın ixracı ilə bağlı heç bir təlimatı yoxdur: “İnqilab baharın xoş havası və gülün ətri kimidir. Onun qarşısını almaq olmaz. O, təbii şəkildə yayılır”.
İnqilabın Rəhbəri şəhidlərin qanının İnqilabın sabitliyinin zəmanətçisi olduğunu dedi: “Bu gün də şəhidlər bizi İnqilab xəttində saxlayıb. Süstlük hiss edildiyi hər zaman bir şəhidin adı, hərəkəti və ya şəhadəti xalqın qüvvəsinin yenilənməsinə səbəb olur. Bunu Sərdar Süleymaninin şəhadəti vaxtı İran xalqının sərgilədiyi ümummilli hərəkatda gördük”.
Həzrət Ayətullah Xamenei sonda dedi: “Şəhidlərin xatirəsinin əziz tutulması onların yolunun gələcək nəsillər tərəfindən davam etdirilməsini təmin edir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir