Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimin həyat arteriyalarını kəsmək lazımdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Böyük Tehranın Min Şəhidi” adlı 24-cü konqresin təşkilatçıları ilə görüşdə İslam ölkələrinin rəhbərlərinin çox mühüm əhəmiyyət kəsb edən Qəzza məsələsində göstərdikləri fəaliyyətləri tənqid etdi: “Bəzən İslam ölkələrinin məsul şəxslərinin nümayiş etdirdikləri mövqelər və verdikləri açıqlamalar səhvdir. Çünki onların ixtiyarı xaricində, xəbis düşmənin əlində olan Qəzzada atəşkəs əldə edilməsi kimi bir mövzu haqqında danışırlar. İslam ölkələrinin məsul şəxsləri ixtiyarları çatan istiqamətlərdə işlər görməlidirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İslam ölkələrinin rəhbərlərinin ixtiyarında olan məsələ sionist rejimin həyat arteriyalarını kəsməkdir. İslam ölkələri sionist rejimlə olan iqtisadi və siyasi əlaqələrini kəsməli, bu rejimə kömək etməməlidirlər”.

O dedi: “İslam ölkələrinin rəhbərlərinin yerində olmayan fəaliyyətlərinə və çətinliklərin olmasına baxmayaraq, Quranda qeyd edildiyi kimi, Allah mömin insanlarladır. Harada Allah olarsa, orada qələbə olacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəzza əhalisinin qələbəsi qətidir. Allah-taala bu qələbəni yaxın gələcəkdə İslam ümmətinə göstərəcək, başda Fələstin və Qəzza əhalisi olmaqla bütün müsəlmanlar sevinəcəklər”.

İslam İnqilabının Rəhbərinin bu görüşdə verdiyi bəyanatın tam mətni “Böyük Tehranın Min Şəhidi” adlı 24 konqresinin keçirildiyi bir vaxtda yayımlandı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /