Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmamın strateji siyasəti xalqı səhnəyə gətirməkdən ibarət olmuşdur

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Qum əhalisinin 19 dey 1356-cı il tarixli qiyamının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdü. O bu görüşdə xalqın misilsiz həlledici gücünə işarə edərək xalqın hər bir arena və meydandakı varlığı və bayraqdarlığının İmam Xomeynin (r.ə) və İslam dövlətinin effektiv və həlledici strategiyası, xalqda laqeydlik yaradılması və onun səhnədən xaric edilməsinin pak İran torpağının düşmənlərinin, xüsusilə ABŞ və sionizmin strategiyası olduğunu dedi: “Hər kəsin dinləyicisi, sözünün kəsərli və effektiv olduğu bir yer var. Maarifləndirmə apararaq xalqı müxtəlif siyasi, iqtisadi, mədəni və digər sahələrdə iştiraka çağırmaq lazımdır”.

Qumun qiyam, maarif və cihad şəhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei bu şəhərin mömin əhalisinin 19 dey 1356-cı il tarixindəki spontan qiyamının qalıcı dərslərinə işarə edərək vurğuladı: “Asılı rejimin İmam Xomeyniyə (r.ə) qarşı nəşr etdirdiyi təhqiramiz məqaləyə etiraz məqsədilə həyata keçirilən bu böyük qiyam xalqın böyük hadisələrdə həlledici gücə malik olduğunun sübut edir”.

O qeyd etdi ki, Qəzza xalqın bu böyük gücünün əyani nümunəsidir: “Xalqın kiçik bir hissəsi kiçik bir ərazidə çox böyük iddiaları olan ABŞ-ı və Amerikadan asılı olan sionist rejimi öz səbri və mətanəti hesabına aciz qoydu”.

İnqilabın Rəhbəri bildirdi ki, Qum əhalisinin cərəyan yaradan qiyamından sonra, bir il ərzində asılı və qəddar diktatura rejiminin devrilməsi xalqın səhnədə olmasının əyani nəticəsidir: “Bu böyük dərsi böyük İmam 41 və 42-ci illərdə şifahi və əməli şəkildə öyrətdi. O göstərdi ki, xalqın meydanda olması möcüzə yaradır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ayrı-ayrı xalq kütlələrinə arxalanmaq İmamın geniş yayılmış müxtəlif siyasi metodlar, o cümlədən partiyalar və siyasi simalarla yaxın əlaqələr təşkil edilməsi kimi metodlar qarşısındakı strateji seçimi idi: “İmam 12 xordad 1342-ci il tarixində Feyziyyədə meydana çıxaraq xalqı da özü ilə meydana çıxardı; bayrağı da xalqa verdi. Xalqın 12 xordad 1342-ci il tarixli Tehran, Qum, Veramin və digər şəhərlərdəki qiyamı bu çağırışa cavab oldu”.

O, Qum əhalisinin 19 dey tarixli spontan qiyamının da İmamın daim meydanda olmaq dərsinə bir cavab olduğunu dedi: “Xalqa arxalanmaq Əmirəl-mömininin dərsidir. O, “Nəhcül-bəlağə”də buyurur ki, xalq kütlələri dinin söykənəcəyi, cəmiyyətin əsas orqanı və düşmənlə qarşıya-qarşıya gəlinən günün ehtiyatıdır”.

Həzrət Ayətullah Xamenei prezidentin xalq arasında görünməsinin populizm olduğunu deyən adamları tənqid edərək dedi: “Xalqla olmaq dövlətin siyasətlərinin əsas cəhətidir. Təbii ki, xalq kütlələri ilə işləmə forması düşüncə və dərinlik tələb edən böyük bir bacarıqdır”.

İnqilabın Rəhbəri dəqiq istiqamətləndirmə və maarifləndirmə aparılması işinin gücləndirilməsinin xalqı mübarizə və müqavimət meydanına çəkmək üçün lazım olan iki əsas şərtdir: “Xalqı iştiraka çağırmaqda məqsəd İslam hakimiyyəti, İslamın izzəti, mənafelərin tam təmin edilməsi, xalqın yüksəlişi və imperializmlə mübarizədir”.

O qeyd etdi ki, xalqı maarifləndirmək alimlərin, müəllimlərin, ziyalıların, tələbələrin və ictimai rəydə söz sahibi olan digər siniflərin vəzifəsidir: “Amerikalılar heyranları ilə birlikdə bəsit düşüncələrinə və səhv hesablamalarına əsaslanaraq 45 ildən sonra 22 bəhmən 1357-ci il tarixində xalqın təpikləyərək bu pak torpaqdan qovub çıxardığı asılı və mənfur rejimin simasını təmizə çıxarmağa çalışırlar”.

İnqilabın Rəhbəri İngiltərənin birbaşa müdaxiləsi ilə Rza xanın hakimiyyət başına gətirildiyini qeyd edərək dedi: “Bu kukla bir neçə ildən sonra ingilis agentlərinin köməyi ilə xalqın mədəni transformasiyasına başladı. Hicabın açılması, məktəblərin fəaliyyətinin dayandırılması, matəm mərasimlərinin keçirilməməsi, habelə oxşar tədbirlərə bu aspektdən baxmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei İngiltərənin müdaxiləsi ilə Məhəmmədrzanın hakimiyyət başına gətirilməsi məsələsinə, qaçmış şahı 1332-ci ildə yenidən hakimiyyət başına gətirmək məqsədilə ABŞ və İnqiltərənin birgə təşkil etdikləri çevrilişə işarə edərək dedi: “Diktatuta rejimi yadların köməyi ilə hakimiyyət başına gəldi, biabırçı həyatına davam etdi, ona edilən köməklər qarşısında İranın təkcə neftini deyil, xalqın izzətini, dinini və şərəfini də yadlara satdı. Amma indi də bəziləri o cinayətkar rejimi təmizə çıxarmağa çalışırlar”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında imperialist və istismarçı cəbhəsinin İranla bağlı strategiyasına aydınlıq gətirərək dedi: “Sionist rejim İmamın xalqı meydana gətirmək, fəaliyyət və mübarizə bayrağını xalqa həvalə etmək strategiyasının tam əks tərəfində dayanaraq İran xalqını səhnədən çıxarmaq üçün makrosiyasət həyata keçirməyə çalışır, son dərəcə rəzilliklə müxtəlif üsullara əl ataraq bu siyasəti davam etdirir”.

O bildirdi ki, xalqın ayrı-ayrı hadisələrdəki iştirakının əhəmiyyətini azaltmağa çalışmaq düşmənin xalqı səhnədən çıxarmaq üçün həyata keçirdiyi fəndlərdən biridir: “Ərbəin yürüşünü məsxərə etmək, İranın və regionun böyük generalına hörmət göstərilməsi ilə bağlı tərəddüd yaratmaq, xalqın “Nimeyi-şəban” kimi dini bayramlarda izdihamlı iştirakı ilə bağlı tərəddüd yaratmaq düşmənin xalqı meydandan çıxarmaq üçün həyata keçirdiyi strateji siyasət nümunələrindəndir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Bu düşmənçiliyin səbəbi budur ki, onlar İran xalqının inkişafı və izzətinin, regionda bir güc sahibi kimi nəzərə alınmasının, bütün regionda dövlət, yəni müqavimət qüvvələri üçün misilsiz strateji dərinlik yaradılması, çevrilişdən tutmuş məcburi müharibə və təhlükəsizlik planlarına qədər bütün məkrli planlardakı məğlubiyyətin səbəbinin İran xalqının səhnədəki varlığı olduğunu başa düşüblər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, hər hansı səbəbədən xalqın səhnədəki iştirakına mane olduğu hər yerdə düşmən sevinmişdir. İqtisadi sahələrin çox hissəsi belədir”.

Xalqı səhnədən çıxarmaq üçün istifadə edilən fəndlərdən biri əcnəbi media vasitələrinin xalqda, xüsusilə gənclərdə gələcəyə ümidsizlik və məyusluq yaratmaqdır: “Mənfi səhətləri böyüktmək, şişirtmək siyasi fəaliyyətlərdə və seçkilərdə iştirakın heç bir faydasının olmadığını təbliğ etmək, iqtisadi çatışmazlıqları və çətinlikləri qabartmaq onların təbliğat metodlarındandır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Şübhəsiz ki, iqtisadi problemimiz var, müxtəlif zəfiliklərimiz olub və davam edir. Əgər diqqət göstərilsə, tədqiqat aparılsa, bu zəifliklərin çoxunun xalqın iştirakının olmamasından qaynaqlandığı, xalqın iştirakının olduğu yerlərdə zəfiliklərin az olduğu görünər”.

O qeyd etdi ki, ABŞ, sionist rejim və digər dövlətlərə qarşı qorxu yaratmaq xalqın meydandan kənarlaşdırılmasında istifadə edilən başqa bir fənddir: “Əgər İran xalqı filan gücdən qorxacaqdısa, İslam Respublikası olmazdı. Yeri gəlmişkən, regionda hegemonluq iddiası edən qüvvələrin çoxu İran xalqından qorxur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqı səhnədən kənarlaşdırmaq üçün istifadə edilən digər vasitə xalqda iştirak, şücaət, güc və qüdrət amillərinə qarşı inamsızlıq yaratmaqdır: “Güc və qüdrət bəxş edən amillərin başında dini iman və dindarlıq dayanır. Düşmənin fəaliyyətləri və təbliğatları bu amilləri zəiflətmək məqsədilə həyata keçirilir”.

O əlavə etdi: “Hicab və bu qəbildən olan hadisələrə sözügedən aspektdən baxmaq və iş görmək lazımdır. Məsələ təkcə bir qrupun hicab mövzusundan xəbərsiz olmasından ibarət deyil. Əslində, az bir qrup etiraz məqsədilə bu işləri görür”.

İnqilabın Rəhbəri bildirdi ki, məsələləri dostcasına fikir aytrılığı kontekstindən çıxacaq, qarşı tərəfin hətta yaxşı sözünün də pis qəbul edilməsi ilə nəticələnəcək bir şəkildə təlqin edərək ixtilaf və ikiqütblülük yaratmaq xalqı meydandan çıxarma fəndlərindən biridir: “Bu planlarla mübarizə yolu xalqın siyasi və iqtisadi məsələrdə, seçkilərdə, hətta təhlükəsizlik sahəsindəki işatirakıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Təhlükəsizlik sahəsində xalq düşmənin agentlərini müəyyən edərək təhlükəsizlik orqanlarına kömək edə bilər. Belə ki, bu vaxta qədər bir çox təhlükəsizlik problemləri xalqın köməyi ilə ortadan qaldırılıb. Orqanlar Kerman hadisəsinə bənzər hadisələrin qarşısını vaxtında alıblar. Qarşısı alınmış planlar, demək olar ki, baş verənlərdən onlarla dəfə çoxdur”.

O qeyd etdi ki, ölkənin düzgün şəkildə idarə edilməsinin mühüm sütunu və İnqilabın qarşıya qoyulan məqsədlərə yetişməsinin qəti şərti kimi xalqın iştirakını geniş miqyasda təmin etmək bir növ haqqı qarşılıqlı tövsiyə etmək, hər bir tribuna və mənbər sahibinin vəzifəsidir: “Din alimi, müraciət mənbəyi, ruhani, universitet müəllimi, incəsənət adamı, müdir, siyasi məsul, tele-radio rəhbərliyinin xalqı meydanlara və müqavimətə cəlb etmək vəzifəsi daşıyır. Təbii ki, hökumət rəhbərlərinin vəzifəsi daha ağırdır. Çünki xalq hazırdır, sadəcə, onun iştirakı üçün şərait yaradılmalıdır”.

İnqilabın Rəhbəri vurğuladı ki, Sərdar Süleymaninin şəhadətinin dördüncü ildönümü münasibətilə böyük xalq izdihamının bir araya gəlməsi, 22 bəhmən, Qüds günü yürüşləri və 9 dey hadisəsinin ildönümü kimi Allah günlərində bir yerə toplaşmaq xalqın meydanda iştiraka hazır olduğunu göstərən aşkar əlamətlərdir: “Xalq şanlı sərdarın şəhadətinin ildönümü münasibətilə uzaq-uzaq şəhərlərdən Kermana ziyarətə gəlmişdi. O faciəli hadisənin baş verməsinə baxmayaraq, həmin günün sabahı xalq eyni qətiyyət, coşqu, güc və sevgi ilə aksiyasını davam etdirdi. Bu o deməkdir ki, xalq hazırdır. Biz məsullar onların iştirakına şərait yaratmalıyıq”.

O, kədərli Kerman hadisəsi ilə bağlı bunları dedi: “Bu faciə sözün həqiqi mənasında bizi matəmə qərq etdi. Onu-bunu ittiham etməkdə israrlı deyilik. Amma həqiqi səbəbkarları, pərdə arxasında olan subyektləri müəyyən edib məhv etməkdə israrlıyıq. İnşallah, işlə ciddi şəkildə məşğul olan aidiyyəti qurumlar bu cinayətin iştirakçısı və pərdə arxasında əli olan hər kəsə layiq olduğu cəzanı verəcəklər”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Qəzza məsələsinə toxunaraq ayıq insanların bu məsələ ilə bağlı proqnozlarının tədricən gerçəkləşdiyini dedi: “Bu meydanın qalibinin Fələstin müqaviməti olduğu proqnozlaşdırılır. Məğlub tərəf xəbis və mənfur sionist rejim olacaq. Bu gün bu proqnoz gerçəkləşməkdədir”.

O qeyd etdi ki, sinositlərin üç ayda törətdikləri cinayətlər və uşaq qətlləri tarixin unudulmaz bir hadisəsidir: “Hətta bu rejim məhv olub yer üzündən silindikdən sonra bu cinayətlər unudulmayacaq. Tarixdə yazılacaq ki, bu regionda bir qrup hakimiyyət başına gəldi, bir neçə həftə ərzində minlərlə uşaq qətlə yetirdi, amma Fələstin xalqının səbri, dözümü və müqaviməti onları geri oturmağa məcbur etdi”.

İnqilabın Rəhbəri sionist rejimin 100 gün cinayət törətdikdən sonra məğlubiyyətə uğradığını və məqsədinə çata bilmədiyini göstərən əlamətlərdən danışarkən dedi: “Onlar demişdilər ki, HƏMAS-ı və müqavimət cəbhəsini məhv edəcək, Qəzza əhalisini köçürəcəyik, amma bacarmadılar. Bu gün müqavimət həyatdadır, hazır dayanıb və əhval-ruhiyyəsi də yerindədir. Halbuki sinost rejim usanıb, məyus və peşmandır. Alnına cinayətkar damğası vurulub”.

Ali Rəhbər bu birliyin bir ibrət olduğunu dedi: “Bu ibrət göstərir ki, zülm, zorakılıq, imperializm və qəsbkarlığa qarşı müqavimət xətti davam etdirilməli, müqavimət cəbhəsi hazırlığını, ayıq-sayıqlığını qoruyub saxlamalı, düşmənin hiyləsini diqqətdən qaçırmamalı, Allahın köməkliyi ilə harada imkan tapdı, düşmənə zərbə endirməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “İnşallah bir gün gələcək ki, İran xalqı və müsəlman xalqlar səbrin, müqavimətin və Allaha təvəkkülün düşmənlər və dünyanın şeytanları üzərində qələbə çaldığını öz gözləri ilə görəcəklər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /