Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqavimət cəbhəsini diriltmək şəhid Süleymaninin ən böyük xidmətidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra şəhid Sərdar Süleymaninin ailə üzvləri ilə görüşdə bu şəhidin adı, xatirəsi və xüsusiyyətlərinin əvvəlkindən daha geniş miqyasda yayılmasının onun ixlasından qaynaqlandığını dedi: “Bu böyük şəhidin ən böyük rolu və xidməti regionda müqavimət cəbhəsini diriltmək oldu”.

İslam İnqilabının Rəhbəri şəhid Süleymaninin dördüncü ildönümünə təsadüf edən bu görüşdə vurğuladı ki, Qəzzada üç ay davam gətirən müqavimətin səbəbi müqavimət cəbhəsinin olmasıdır: “Şəhid Süleymani müqavimət cəbhəsini diriltmək üçün çox çalışdı və bu işi ixlası, tədbirli fəaliyyəti, ağılı və əxlaqı sayəsində irəli apardı”.

Həzrət Ayətullah Xamenei SEPAH-ın Qüds korpusunun komandanı general Qaaniyə göstərdiyi fəaliyyətlərə görə təşəkkürünü bildirərək dedi: “Müqavimət cəbhəsinin gücləndirilməsi xətti davam etdirilməlidir”.

SEPAH-ın baş komandanı və Qüds Korpusunun komandanının iştirak etdiyi bu görüşdə xanım Zeynəb Süleymani şəhid Süleymaninin mənəvi keyfiyyətləri, xarakter və xüsusiyyətlərinin gənc nəsilə ötürülməsi istiqamətində həyata keçirilmiş və keçirilməkdə olan mədəni fəaliyyətlər barəsində qısa məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /