Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilər dəyişikliyin əsası və problemlərin həlli yoludur

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Xuzistan və Kerman əyalətindən gəlmiş minlərlə insanla görüşdə 11 isfənd seçkilərinin dəyişikliyə zəmin yaradan çox mühüm və təyinedici bir hadisə olduğunu dedi. O, İslami Şura Məclisinin mövcud problemlərin həlli və ölkənin hərəkət istiqamətinin təyin edilməsindəki əhəmiyyətini vurğulayaraq dedi: “Xalq seçkiləri ən yaxşı şəkildə, yəni güclü və izdihamlı iştirak, cinahların və fərqli baxışların həqiqi rəqabəti çərçivəsində, həqiqi sağlam mühit və tam əmin-amanlıq içərisində keçirməyə hazır olmalıdır”.

Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin mühüm roluna işarə edərək parlament və onun mövqeyindən də danışdı: “Parlament konstitusiya əsasında ölkənin gələcəyinin relslərini düzür. Yeri gəlmişkən, ölkənin problemlərinin həlli üçün uyğun qanunvericiliyə və parlamentin tədbirli iştirakına ehtiyac var”.

O, İslam Respublikasında keçirilən seçkilər prinsipi və məntiqinin əhəmiyyətinə aydınlq gətirərək dedi: “Dövlətin respublika və İslami cəhəti seçkilərdən asılıdır. Belə ki, ölkənin idarəçiliyində respublika, demokratiya və xalqın hakimiyyəti prinsiplərinin gerçəkləşməsində yalnız seçkilərə ehtiyac var”.

İnqilabın Rəhbəri dövlətin islami prinsipinin reallaşmasında seçkilərin oynadığı roldan da danışaraq dedi: “Vəliyyi-fəqih xalqın Xubriqan Məclisinə seçdiyi nümayəndələrin seçimi ilə təyin edilir. Yeri gəlmişkən, parlament nümayəndələri İslam maarifi və qanunlarına əsasən, qanunlar qəbul etməlidirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, seçkilərin olmaması diktatura rejiminin meydana gəlməsinə və ya hərc-mərclik, qarışıqlıq və iğtişaşların yaranmasına səbəb olur. O, bu və ya digər formada xalqı seçkilərdə iştirakdan soyudan insanları tənqid edərək dedi: “Seçkilər xalqın milli hakimiyyətini təmin edə bilən yeganə həqiqi və doğru yoldur”.

Həzrət Ayətullah Xamenei güclü iştirakın möcüzə yaratdığını vurğuladı: “Xalqın kütləvi iştirakı ilə izdihamlı seçkilər keçirilməsi milli vəhdətə səbəb olur. Xalqın meydandakı güclü iştirakı milli qüdrətə, milli qüdrət təhlükəsizliyə səbəb olur, təhlükəsizlik də öz növbəsində elmi inkişafa, iqtisadi çiçəklənməyə, müxtəlif iqtisadi, siyasi, mədəni problmelərin həllinə zəmin yaradır”.

O qeyd etdi ki, seçkilər dəyişikliyə zəmin yaradan bir əsasdır: “Bəziləri dəyişikliyin tərəfdarıdırlar, amma dəyişikliyə zəmin yaradan seçkilərə maraq göstərmirlər”.

İnqilabın Rəhbəri müxtəlif siyasi, iqtisadi və mədəni görüşlərin sahiblərinə dedi: “Əgər öz baxış bucağınıza uyğun dəyişiklik yaratmaq istəyirsinizsə, çarəsi sizinlə eyni görüşdə olan insanları iş başına gətirməkdir. Bu məsələ isə yalnız seçkilər vasitəsilə gerçəkləşir”.

Həzrət Ayətullah Xamenei cəmiyyət tərəfindən dinlənilən hər kəsdən, o cümlədən görkəmli alimlər, universitet və mədrəsələrin müəllimləri, tele-radio kanalları və mətbuatdan insanları seçkilərdə iştiraka çağırtmalarını istədi: “Gənclər və ailələr də söz deyə bildikləri hər kəsi izdihamlı seçki təşkilinə çağırsınlar”.

O bildirdi ki, zəif iştirak problemlərin tam şəkildə ortadan qaldırılmasına gücü çatmayan zəif bir məclisin təşkili ilə nəticələnəcək: “Problemlərin ortadan qaldırılması üçün güclü iştiraka və güclü bir məclis yaradılmasına ehtiyac var”.

İnqilabın Rəhbəri qeyd etdi ki, seçkilərin izdihamlı şəkildə təşkil edilməsinin ikinci faktoru real siyasi rəqabətdir: “Böyük seçkilər yarışında meydan siyasi cinahların, müxtəlif siyasi-iqtisadi-mədəni görüşlərin fəaliyyəti üçün açıq olmalıdır ki, bütün görüşlər bu meydanda fəal ola bilsin”.

O vurğuladı ki, məclisdə yer almaq üçün gənclərin təcrübəli adamlarla rəqabət aparması rəqabətin başqa bir formasıdır: “Yaxşı və güclü məclisdə həm gənc, həm də təcrübəli nümayəndələr olmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəqabət hər kəsin təbliğat apara bilməsi deməkdir. Təbii ki, təbliğat da yalan danışmaq, böhtan atmaq, verdiyi sözə əməl etməmək deyil. Təbliğatın mənası baxış bucaqlarının, fikir və düşüncələrin xalqa əxlaq normaları çərçivəsində dürüst şəkildə çatdırılmasıdır”.

O, xalqın seçkilərdən soyudulmasının yanlış və ölkənin zərərinə bir iş olduğunu dedi: “Bəziləri xalqı seçkilərdən soyutmaq üçün daim ölkənin problemlərini yada salırlar. Halbuki problemlərin həlli yolu seçkilərdir. Problemləri həll etmək üçün seçkilərdə iştirak etmək lazımdır”.

İnqilabın Rəhbəri çıxışının başqa bir hissəsini beynəlxalq və islami əhəmiyyət daşıyan Qəzza probleminə həsr etdi: “Bu hadisə iki cəhətdən bənzərsizdir. Birinci cəhət sionist rejimlə bağlıdır. Belə ki, bu şəkildə qəddarlıq, cinayətkarlıq, qaniçmişlik, uşaq qətli, xəbislik, rəhimsizlik, xəstəxanaların bombalanması, xəstələrin başına bomba yağdırılması hadisəsi hələ görülməmişdi. İkinci cəhət Fələstin xalqı və mübarizlərinə aiddir. Belə bir səbr, müqamiət, düşməni dəli etmək analoqsuzdur”.

O dedi: “Bu xalq su, qida, dərman və yanacaq çatışmazlığı problemi olduğu halda, dağ kimi dayanıb. Xalqın təslim olmaması onu qalib edir. Allah səbr edənlərlədir. Bu gün qələbənin əlamətləri görünür”.

Həzrət Ayətullah Xamenei təchizat və imkanlar baxımından çox yüksək səviyyədə təmin olunmasına baxmayaraq sionist rejimin heç nə edə bilməməsi bu qarşıdurmanın digər mühüm cəhətlərindəndir. Daha sonra o, əsas nüansa toxundu: “Bu hadisədə sionist rejimin məğlubiyyətə uğraması elə ABŞ-ın da məğlubiyyətidir. Bu gün dünyada heç kəs işğalçı rejimlə ABŞ və İngiltərəni bir-birindən ayırmır. Hamı bilir ki, bunlar birdir”.

O qeyd etdi ki, Təhlükəsizlik Şurasının bombardmanın dayandırılması və atəşkəs əldə edilməsi ilə bağlı qəbul etdiyi bir neçə qətnaməyə veto qoyulması, körpə, qadın, yaşlı, xəstə və digər müdafiəsiz insanların başına bomba yağdırması üçün sionist rejimlə əlbir olmaq ABŞ dövlətinin həyasızcasına bir addımıdır: “Fələstin xalqı, haqq və müqavimət cəbhəsinin böyük qələbəsi Qərb və ABŞ-ı biabır etməsi, onların insan hüquqları ilə bağlı bütün yalançı iddialarını ifşa etməsindədir. Belə ki, İsrail ABŞ-ın dəstəyi olmadan bu cinayətləri törətməyə qadir deyildi. Bu gün bədheybət ABŞ və İngiltərənin çirkin siması bütün dünyaya bəlli oldu. Bu hadisədə Ağ Evin zatı aşkara çıxdı, ABŞ və İngiltərənin iç üzü bəlli oldu ”.

O bildirdi ki, dövlətlərin və xalqların vəzifəsi müqavimətə mümkün olan hər bir şəkildə köməklik göstərməkdir: “Müqavimətə kömək etmək hər kəsin vəzifəsidir. Sionist rejimə kömək etmək cinayət və xəyanətdir”.

Həzrət Ayətullah Xamenei bəzi İslam ölkələrinin sionist rejimə cinayətkarcasına yardım göstərməsindən təəssüfləndiyini dedi: “Müsəlman xalqlar bunu unutmayacaqlar”.

O, hətta suyu belə Qəzza əhalasinin üzünə bağlamış sionist rejimə mal, neft və yanacaq göndərilməsinin qarşısının alınmasının İslam ölkələrinin vəzifəsi olduğunu dedi: “Müsəlman xalqlar öz hökumətlərindən sionist cinayətkarlarla olan bütün növ əlaqələrini və ona etdiyi yardımları kəsməsini tələb etməlidirlər. Əgər əlaqələqi həmişəlik kəsmək iqtidarında deyillərsə, ən azı müvəqqəti kəsməklə xəbis, zalım və qəddar rejimə təzyiq göstərsinlər”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu gün dünyanın vicdanı sızıldayır. ABŞ və Avropada xalq küçələrə çıxırlar. Bəzi siyasi simalar, universitetlərin rəhbərləri və alimlər öz hökumətlərinin sionist rejimə verdiyi dəstəyə etirazlarını bildirirlər. Amma bununla belə, bəzi hökumətlər qəddar rejimə olan köməklərini davam etdirirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Allahın köməkliyi ilə, şübhəsiz ki, qələbə haqq cəbhəsi ilədir. Qəsbkar sionist rejimin kökü kəsiləcək. Ümidvarıq siz gənclər də bu qəti gələcəyi öz gözlərinizlə görəcəksiniz”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində qeyd etdi ki, Xuzistan, Kerman və bütün ölkə əhalisinin, xüsusilə gənc nəslin İran xalqının tarixi qürurları və qiymətli mirasından xəbərdar olması zəruridir: “Xuzistan son bir əsrdən çoxdur ki, xalqın yadlar qarşısındakı müqavimətinin ən mühüm mərkəzi və bayraqdarı olmuşdur. Birinci dünya müharibəsindən sonrakı illərdə ingilis hərbçilərinin hücumları qarşısında müqavimət göstərmək, neft sənayesinin milliləşdirilməsi prosesində fəal iştirak bu müqavimətin mühüm yönlərindən olmuşdur”.

O vurğuladı: “Hamısından mühümü isə, bütün ərəb və qeyri-ərəb xalqların, lor, bəxtiyari və digər etniklərin Səddamın hücumuna qarşı müqavimət göstərməsi, onun Xuzistanın ərəbdilli əhalisinin təcavüzkarlara qucaq açacağı ilə bağlı hesablamalarını puça çıxarması əbədi fəxarətlərdəndir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, pak Xuzistan torpağı bütün əyalətlərin ən yaxşı gənclərinin qanının axıdıldığı yerdir: “Xuzistan bütün xalqın İslam, İnqilab və İranın müdafiəsi yolunda göstərdiyi vəhdət və birliyin simvolu, İran xalqının üstün cəhətlərinin məzhəridir”.

O, habelə Kerman əhalisinin mədəni dərinliyə malik şəxsiyyətini yüksək qiymətləndirərək görkəmli şəxsiyyətlərin yetişdirilməsi, etik nəciblik, intellektual sağlamlıq, düzgün iman, İslam hərəkatına qoşulmaq üçün öndə yer almaq bu əyalətin əhalisinə xas olan xüsusiyyətlərdəndir: “Bu xüsusiyyətlər Hacı Qasim kimi böyük bir şəxsiyyətin yetişməsinə zəmin yaratmışdır”.

İnqilabın Rəhbəri Xuzistan və Kerman əhalisinə xas olan xüsusiyyətlərin bu əyalət və bütün ölkə gənclərinin qürur mənbəyi olduğunu dedi: “Mövcud çatışmazlıqlar və geriliklərin ortadan qaldırılması, İranın düzəldilməsi və İslamın dövlət idarəçiliyi potensialının sübuta yetirilməsində bu tarixi və nəsil mirasından istifadə etmək lazımdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /