Ali Məqamlı Rəhbərin informasiya bloku

Talağı vermək kişinin ixtiyarındadır

Sual: Əgər qadın boşanmaq istəsə, əri onu boşamalıdırmı? Çünki həmin kişi ilə yaşamaq o qadını Cəhənnəmə aparır. Əgər qadın boşanmaqda israrlıdırsa, kişi nə etməlidir?
Cavab: Talaq ərin haqqıdır. Amma əgər “lazım əqd”də şərt qoyulsa ki, qadın özünə talaq verməkdə ərin tərəfindən vəkildir, bu şərtin iradı yoxdur.

Sual: Şəriətdə qadının boşanma hüququ vardırmı? Bir hamilə qadın həyat yoldaşından boşanmaq istəyir. Yoldaşı qadının haqlarını saymır, gecələr evə gəlmir. Üzr istəyirəm, gəlirini ancaq zinakar qadınlara xərcləyir. Bununla yanaşı, gələcək uşağın qız olacağını bildiyi zaman ananı günahkar çıxarıb, üsyan edib. Bu halda qadının vəzifəsi nədir? Qadının həyat yoldaşına qarşı sevgisi qalmayıbdır, hətta ona nifrət bəsləyir. Kişi ata-anasının ona verdiyi öyüd-nəsihətə belə qulaq asmır. Zəhmət olmasa, bu məsələni ətraflı izah edərdiniz.
Cavab: Ümumiyyətlə, talaq vermək ərin ixtiyarındadır. Amma əgər ər ilə arvad arasında ixtilaf olsa və ər talaq verməyə razı olmasa, halbuki ailə həyatının davam etməsi çox böyük çətinliklər yaratsa və qadın da bu vəziyyətə dözə bilməsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Bir qadının əri içki içir və narkotik asılılığı vardır. Qadın ona dözmək istəmir və ondan ayrılmaq istəyir, amma əri ona talaq vermir. Qadın özü və ya başqa bir şəxs talağı ərdən icazəsiz oxutdura bilərmi?
Cavab: Hər halda, talaq kişinin ixtiyarındadır və onların arasında şəri talaq icra olunmayanadək onlar ər-arvad sayılırlar. Amma əgər ər ilə əlaqə saxlamaq heç bir vəchlə mümkün deyildirsə, yaxud ər ilə arvad arasında ixtilaf vardır və ər talaq verməyə razı deyildirsə, halbuki ailə həyatının davam etməsi çox böyük çətinliklər yaradır və qadın bu vəziyyətə dözə bilmirsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Əgər qadın uyğun şərtlər daxilində ərindən “xul talaq” istəsə, əri talaq verməkdən imtina edə bilərmi? Yəni ər “xul talağ”a razı olmalıdırmı? Əgər kişi razı olmasa, qadın nə etməlidir? Kimə və hara müraciət edə bilər?
Cavab: Hər bir halda, talaq haqqı kişiyə aiddir. Amma əgər ər ilə arvad arasında ixtilaf olsa və ər talaq verməyə razı olmasa, halbuki ailə həyatının davam etməsi çox böyük çətinliklər yaratsa və qadın da bu vəziyyətə dözə bilməsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Mən ailə quranda ərimin qohumları mənə bir söz demədən və məndən heç nə soruşmadan bizim kəbinimizi kəsdiriblər. Ərimdən üç ildir ki, ayrılmışam. Bizim ailələrimiz arasında düşmənçilik var və mən əsla ona: “Mənə talaq ver” deyə bilmərəm. Bu, qeyri-mümkündür. Mən indi başqa bir kişi ilə münasibətdəyəm və biz günah etmək istəmirik. Biz müvvəqəti və ya daimi izdivac əqdi bağlamaq istəyirik. Günah etməmək üçün nə etməliyik?
Cavab: Əgər siz sonradan belə, izdivaca razılıq vermisinizsə, sizin nikahınız düzgündür. Odur ki, sizin aranızda şəri talaq oxunmayanadək, ər-arvad hesab olunursunuz. Əgər talaq verilməmiş və talaq iddəsi keçməmiş siz başqa bir kişi ilə izdivac etsəniz, bir-birinizə əbədi haram olacaqsınız.

Sual: Əgər qadın ərinin bütün cəhdlərinə baxmayaraq, hicaba keçmirsə, namaz qılmırsa və bu məsələlərdə ərinə itaət etmirsə, ərin vəzifəsi nədir? Hansı hallarda qadını boşamaq kişinin boynunda haqq olaraq qalır?
Cavab: “Yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, kişi bu şəri vəzifəni yerinə yetirməlidir. Talağa gəlincə, burada müxtəlif hallar vardır.

Sual: Ərindən ayrılmış bir qadın əgər ərinə talaq ücün xəbər göndərsə, amma kişidən bir xəbər gəlməsə, qadın nə etməlidir?
Cavab: Əgər ər ilə əlaqə saxlamaq heç bir vəchlə mümkün deyildirsə, yaxud ər ilə arvad arasında ixtilaf vardır və ər talaq verməyə razı deyildirsə, halbuki ailə həyatının davam etməsi çox böyük çətinliklər yaradır və qadın bu vəziyyətə dözə bilmirsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Dindar bir qadının həyat yoldaşı namaz qılmır, haram yeyib-içir və həmçinin ona xəyanət edir. Qadın onu boşaya bilərmi?
Cavab: Talaq kişinin ixtiyarındadır və onların arasında şəri talaq icra olunmayanadək onlar ər-arvad sayılırlar. Amma əgər ər ilə əlaqə saxlamaq heç bir vəchlə mümkün deyildirsə, yaxud ər ilə arvad arasında ixtilaf vardır və ər talaq verməyə razı deyildirsə, halbuki ailə həyatının davam etməsi çox böyük çətinliklər yaradır və qadın bu vəziyyətə dözə bilmirsə, qadın şəri-hakimin bu məsələdə səlahiyyətli nümayəndələrindən birinə müraciət edə bilər. Vəziyyət aydınlaşdırıldıqdan sonra (şəri və qanuni şərtlər daxilində) talaq icra oluna bilər.

Sual: Mən həyat yoldaşımdan ayrılmışam, amma ona talaq verməmişəm. Bunu da qeyd edim ki, zülm etmək, döymək, ac saxlamaq və bu kimi işlər olmayıbdır. Sadəcə mübahisələrimiz olubdur və qızın atası onu öz evində saxlayıb, mənim yanıma qayıtmağa qoymayıbdır. Qadın hansı hallarda özü talaq verə bilər? O, məndən xəbərsiz bunu edə bilərmi? 
Cavab: Ümumiyyətlə, talaq kişinin ixtiyarındadır. Amma əgər ər öz arvadına talaq üçün vəkalət versə, qadın ərin vəkalətliyi ilə “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd edilən şərtlərə riayət edərək özünə talaq verə bilər.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər