Ali Məqamlı Rəhbərin informasiya bloku

Fatimiyyə günləri

Sual: “Fatimiyyə günləri” hansı günlərdir? Daha mötəbər sayılan iki rəvayətdə qeyd edilən iki şəhadət günü arasındakı iyirmi günün hamısında əza saxlamaq lazımdırmı? Bu iyirmi gündə toy etmək və şadyanalıq məclisləri qurmağın hökmü nədir?
Cavab: Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü bir rəvayətə görə 13 cəmadiul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadius-sanidir. “Fatimiyyə günləri” Xanımın (s.ə) şəhadət günü və ona yaxın olan günlərdir. Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) qəmli günlərində şadyanalıq məclisləri qurmaq bəyənilmir. Əgər məclis elə bir şəkildə olsa ki, ürfə görə, yəni camaatın baxışında Məsumlara (ə) qarşı hörmətsizlik sayılsa, bu işdən uzaq olmaq lazımdır.

Sual: “Fatimiyyə günləri”ndə toy və nişan etmək, ad günü keçirmək, yeni evə köçmək və s. bu kimi işləri görmək olarmı?
Cavab: Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü bir rəvayətə görə 13 cəmadiul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadius-sanidir. “Fatimiyyə günləri” Xanımın (s.ə) şəhadət günü və ona yaxın olan günlərdir. Bu günlərdə Xanıma (s.ə) əza saxlamaq hörmət əlamətidir. Amma bu günlərdə izdivac əqdi oxutdurmağın və ya yeni evə köçməyin maneəsi yoxdur.

Sual: Xanım Fatimə Zəhranın (s.ə) birinci üç günlük əza məclisi bitdikdən sonra ikinci əza məclisi başlayanadək ortada olan günlərdə şənlik etmək olarmı?
Cavab: Ümumiyyətlə, “Fatimiyyə (s.ə) günləri” Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü və ona yaxın olan günlərdir. Xanımın (s.ə) şəhadət günü bir rəvayətə görə 13 cəmadiul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadius-sanidir. Möminlər Əhli-beytin (ə) hüzn günlərinin hörmətini saxlamalıdırlar.

Sual: Dediniz ki, “Fatimiyyə günləri” Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü, yəni bir rəvayətə görə 13 cəmadiul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadius-sani və ona yaxın olan günlərdir. Möminlər də Əhli-beytin (ə) hüzn günlərinin hörmətini saxlamalıdırlar. Sualım budur ki, birinci və ikinci şəhadət gününə yaxın olan hüzn günləri neçə gündür?
Cavab: Bu, ürf (yəni insanın yaşadığı cəmiyyətin nəzəri) əsasında müəyyən edilir və insanın özü bunu müəyyən etməlidir.

Sual: Xanım Fatimənin (ə) ikinci rəvayətə görə şəhadət günündə və ona yaxın olan günlərdə toy etməyin iradı vardırmı?
Cavab: Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü bir rəvayətə görə 13 cəmadul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadus-sanidir. “Fatimiyyə (s.ə) günləri” isə Xanımın (s.ə) şəhadət günü və ona yaxın olan günlərdir. Yaxşı olar ki, bu günlərdə Xanımın (ə) hörməti qorunsun.

Sual: “Fatimiyyə günləri”ndə ad günü münasibətilə qohum-tanışın bir evə yığışıb süfrə açmasının hökmü nədir?
Cavab: “Fatimiyyə günləri” Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü (yəni bir rəvayətə görə 13 cəmadul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadus-sani) və ona yaxın olan günlərdir. Yaxşı olar ki, bu günlərdə Xanımın (s.ə) hörməti qorunsun. Ümumiyyətlə, əgər Əhli-beytin (ə) hüzn günlərində şadyanalıq məclisləri qurmaq onlara qarşı hörmətsizlik hesab olunarsa, buna icazə verilmir.

Sual: Əgər bir şəxs “Fatimiyyə günləri”ndə, məhərrəm və səfər aylarında və yaxud başqa Məsumların (ə) şəhadət günlərində qara paltar geyinərsə, namazı bu qara paltarda qılmasının məkruhluğu vardırmı?
Cavab: Namazda qara paltar geyinmək məkruhdur. Namazdan qeyri hallarda isə qara paltar geyinməyin məkruhluğu sübuta yetməyibdir. Amma Əhli-beytin (ə) əza məclislərində “İlahi nişanələri uca tutmaq” və kədəri ifadə etmək məqsədilə qara paltar geyinməyin savabı vardır.

Sual: “Fatimiyyə günləri”ndə qara köynək geyinmək müstəhəbdirmi? Həmin günlərdə qara köynəklə namaz qılmaq məkruh sayılırmı?
Cavab: “Fatimiyyə günləri” Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günü (yəni bir rəvayətə görə 13 cəmadiul-əvvəl, başqa bir rəvayətə görə 3 cəmadius-sani) və ona yaxın olan günlərdir. Əhli-beytin (ə) hüzn günlərində qəm-qüssə və kədər əlaməti olaraq, həmçinin “İlahi nişanələr”i uca tutmaq məqsədilə qara paltar geyinməyin savabı vardır.
Ümumiyyətlə, namazdan qeyri hallarda qara paltar geyinməyin məkruhluğu şəriətdə sübut olunmayıb.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər