Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ və Qərbin hegemonluğuna qarşı beynəlxalq kualisiya yaradılmalıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Kuba Respublikasının prezidenti cənab Migel Diaz Kanel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə hər iki ölkənin zəngin siyasi-iqtisadi imkanlara malik olduğunu vurğuladı: “ABŞ və eyni mövqedə olan Qərb dövlətlərinin hegemonluğuna qarşı beynəlxalq kualisiya və birlik yaradılmasında bu imkanlardan istifadə edilməlidir”.

O əlavə etdi: “İqtisadi əməkdaşlıqlara əsaslanan bu kualisiya Fələstin məsələsi kimi qlobal əhəmiyyətli məsələlərdə ortaq və effektiv mövqe ola bilər”.

İslam İnqilabının Rəhbəri Fələstin məsələləri ilə bağlı bunları dedi: “Fələstin məsələsi yalnız son günlər Qəzzada baş verən hadisələr və bombardmanlardan ibarət deyil. Belə ki, Fələstin əhalisi keçən 75 il ərzində daim müxtəlif işgəncələrə və qırğınlara məruz qalmışdır. Amma bu gün Qəzzada baş verən faciə bütün dünya əhalisinin əsl həqiqətdən xəbərdar ola biləcəyi qədər böyüyüb, onu gizlətmək mümkün deyil”.

Həzrət Ayətullah Xamenei Kuba Respublikasının prezidentinin qlobal məsələlər, xüsusilə Fələstin məsələsi ilə bağlı mövqeyinin İslam Respublikasının mövqeyi ilə eyni olduğunu vurğulayaraq iki ölkənin beynəlxalq assambleyalardakı əməkdaşlıqlarından danışdı: “İki ölkənin ayrı-ayrı sahələrdəki, o cümlədən elmi sahədəki əlaqələri əvvəlkindən də güclü olmalıdır. Cənab Rəisi hökumətinin iş və fəaliyyət hökuməti olduğunu nəzərə alsaq, anlaşmalar və sazişlərin daha da irəliləyərək icra və əməl mərhələsinə keçəcəyinə ümidvarıq”.

O, 22 il bundan əvvəl Kubanın mərhum prezidenti Fidel Kastro ilə olan görüşünə işarə edərək dedi: “Kuba inqilabı və cənab Kastronun şəxsiyyəti İslam İnqilabının qələbəsindən əvvəl İranın inqilabçıları üçün daim xüsusi cazibəyə malik olmuşdur. Bunun səbəbi inqilabçı mövqeyinə sədaqətdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İnqilabçı sədaqəti, inqilabçı dayanıqlığı və inqilabçı ciddilliyi Kuba inqilabı ilə İran İslam İnqilabının ortaq cəhətləridir”.

Ölkə başçısı Höccətül-İslam vəl-müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə Kubanın prezidenti cənab Migel Diaz Kanel İslam İnqilabının Rəhbəri ilə görüşdən məmnun olduğunu ifadə edərək onun fikir və mövqeyinin Kuba dövlətinin mövqe və narahatlığı ilə eyni səciyyəyə malik olduğunu dedi: “İranla Kubanın əlaqələri İslam İnqilabının qələbəsindən sonra düzgün istiqamətdə olmuşdur. Tehran danışıqlarını bu əlaqələri, xüsusilə iqtisadi və ticari əlaqələrini dərinləşdirməyə köklədik”.

Kubanın prezidenti vurğuladı ki, iki ölkə müxtəlif sahələrdə, xüsusilə ABŞ və müttəfiqlərinin müdaxilələri və sanksiyaları ilə mübarizədə bir-birini təkmilləşdirə bilər: “İran və Kuba beynəlxalq əməkdaşlıqlar sahəsindəki əlaqələrini daha da artıra və Fələstin məsələsi kimi qlobal əhəmiyyətli məsələlərdə effektiv rol oynaya bilərlər”.

Cənab Migel Diaz Kanel Fələstin və Qəzza hadisələri ilə bağlı dedi: “Bu gün Qəzzada baş verənlər qəbuledilməz bir soyqırımdır. Beynəlxalq təşkilatlar 2/3-si uşaqlar və qadınlar olan on minlərlə insanın qətlinə göz yumur. Təəccüblüsü budur ki, Ukrayna və Rusiya müharibəsindən, sivil insanların ölümündən daim şikayətlənən adamlar bu gün Qəzzada on minlərlə insanın qətlinə susur. Bu, dünyanın vəziyyətinin çox pis olduğunu göstərir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /