Ali Məqamlı Rəhbərin informasiya bloku

İzdivac məqsədilə tanışlıq

Sual: Valideynlərinin icazəsi ilə izdivac etmək niyyətində olan naməhrəm oğlan və qız tanış olmaqdan ötrü neçə müddət telefonla və ya görüşüb danışa bilərlər ki, haramlıq olmasın? Ümumiyyətlə, bu məsələdə tanışlıq mərhələləri necə olmalıdır ki, davamlı və Allah bəyənən şəkildə olsun?
Cavab: Hər bir halda, şəri nikah əqdi düzgün qaydada oxunmayanadək oğlan və qız bir-birinə naməhrəmdir. Odur ki, şəriət qanunlarına zidd olan, yaxud hansısa bir fəsadı olan, yaxud da günah etmək qorxusu olan ünsiyyətə icazə verilmir.

Sual: Sosial şəbəkələrdə (dini qrupda) tanış olduğum bir xanımla evlilik məqsədilə yazışa bilərəmmi?
Cavab: Müxtəlif surətlər mövcuddur. Ümumiyyətlə, əgər naməhrəmlə hansısa bir ünsiyyət və söhbət cinsi ləzzət almaq məqsədilə olarsa, yaxud bir fəsadı olarsa, yaxud günah etmək qorxusu mövcud olarsa, yaxud da şəriət qanunları çərçivəsindən kənar olarsa, belə ünsiyyətə icazə verilmir. Hər bir müsəlman kişi və qadın şəriətin qayda-qanunlarına dəqiqliklə əməl etməli və reybə (günah qorxusu) ilə yanaşı olan, yaxud fitnə-fəsada səbəb olan hər bir əməl və davranışdan ciddi şəkildə çəkinməlidir.

Sual: Mənimlə izdivac etməyi düşünən oğlan məni hicabsız görmək istəyir. Amma bizim hələ ki, kəbinimiz yoxdur. Belə olan halda, mən hicab bağlamazdan əvvəlki vaxtların fotoşəkilini (yəni köhnə fotoşəklimi) ona göndərə bilərəmmi?
Cavab: Qız ilə izdivac etmək niyyətində olan oğlan qızın üzünə, əllərinə, saçına və başqa gözəlliklərinə şəhvani ləzzət məqsədi olmadan baxa bilər, baxmayaraq ki, belə hisslər qeyri-ixtiyari olaraq yarana bilər. Amma bu şərtlə ki, əvvəlcədən onun barəsində heç bir məlumatı olmayıbdır, həmçinin ona rədd cavabı veriləcəyini bilmir.

Sual: Nişanlı olan, lakin kəbini olmayan oğlan hicablı nişanlısını bir dəfə hicabsız görə bilərmi?
Cavab: Qız ilə izdivac etmək niyyətində olan oğlan qızın üzünə, əllərinə, saçına və başqa gözəlliklərinə şəhvani ləzzət məqsədi olmadan baxa bilər, baxmayaraq ki, belə hisslər qeyri-ixtiyari olaraq yarana bilər. Amma bu şərtlə ki, əvvəlcədən onun barəsində heç bir məlumatı olmayıbdır, həmçinin ona rədd cavabı veriləcəyini bilmir.

Sual: Mən bir qızla səkkiz aydır ki, danışıram; fikrimiz ciddidir, nişanlanıb sonra ailə qurmaq niyyətimiz var. Biz bir-birimizə çox uyğun insanlarıq. Bu münasibətimizi ailələrimiz də bilirlər. Mən sadəcə bir məsələdə tərəddüddəyəm. Mən qızı hicablı görüb bəyənmişəm, indi tam əmin olmağım və qəlbimin rahat olması üçün qızı hicabsız görmək istəyirəm (yəni onu gələcək həyat yoldaşım kimi görürəm deyə, onun hicabsız şəklini görmək istəyirəm). Qızın hicabsız şəklini görməyimə şəriət icazə verirmi?
Cavab: İzdivac məqsədi olduqda, oğlan bir neçə şərt daxilində qızın əlinə, saçlarına və başqa gözəlliklərinə baxa bilər:
1- Şəhvani ləzzət məqsədilə baxmamalıdır, baxmayaraq ki, qadına baxdığı zaman onda belə hisslərin qeyri-ixtiyari olaraq yaranacağını bilir.
2- Qadına baxmaq, elçidə müəyyən məlumatların artmasına səbəb olacaqdır. (Əlbəttə, əgər bir dəfə baxmaq kifayət edərsə, təkrar baxmağa icazə verilmir.)
3- Hal-hazırda izdivac üçün bir əngəl olmamalıdır, məsələn, qadın başqasının kəbinində olmamalıdır.
4- İzdivac üçün razılıq əldə olunacağı ehtimal edilməlidir. Odur ki, əgər elçiliyin baş tutmayacağı məlum olarsa, qadına baxmaq olmaz.

Sual: Qohum evliliyinin hökmü nədir? İddia olunur ki, əmiqızı, xalaqızı və s. ilə evləndikdə, əksər hallarda doğulan uşaq xəstə olur. 
Cavab: Qohum evliliyinin şəri baxımdan öz-özlüyündə maneəsi yoxdur.

Sual: Mən gənc bir oğlanam. Nə vaxt ailə qurmaq istəsəm, istixarə edən bir tanışım qızın və onun anasının adı ilə Qurana baxır və o qızla izdivac etməyimin uyğun olmadığını deyir. Deyir ki, əgər evlənsəniz, evlilik qısa müddətli olacaqdır. Belə istixarə düzgündürmü, yoxsa bu, istixarə deyildir?
Cavab: Ümumiyyətlə, istixarə şəri baxımdan halal və icazəli olan işlərdə tərəddüddə qaldıqda edilir. Bu tərəddüd isə həmin işin yerinə yetirilib-yetirilməməsi və ya hansı şəkildə yerinə yetirilməsi baxımından ola bilər. Odur ki, insan xeyir bir iş barəsində tərəddüddə olmadıqda, istixarə etmək lazım deyildir.
Bunu da qeyd edək ki, istixarə insanın və ya işin gələcəyindən xəbərdar olmaqdan ötrü edilmir.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər