Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hərbi Dəniz Qüvvələri ölkənin və dövlətin böyük potensialıdır

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün günorta ordunun baş komandanı və İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə HDQ-nin böyük imkanlarının olduğunu, xüsusilə iqtisadiyyatın dənizmərkəzli siyasətlərinin icrası istiqamətində bu qüvvələrin böyük imkanlara malik olduğunu qeyd edərək ölkənin və dövlətin iqtidarını, cəmiyyətdə ümid və ruh yüksəkliyini artırmaq məqsədilə yeni imkanların kəşf edilməsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Rəhbəri 07 azər HDQ günü münasibətilə təşkil edilmiş bu görüşdə 07 azər tarixinin unudulmaz tarixi bir gün olduğunu dedi: “Bu gün HDQ-nin fədakarlığı günü kimi qeyd edilməlidir”.

Həzrət Ayətullah Xamenei inqilabın ilk günlərindən HDQ-nin nailiyyətlərinin böyük və inanılmaz olduğunu vurğuladı: “İnqilabın ilk illərində HDQ-nin ölkə sularının hüdudlarını aşması təsəvvürolunmaz idi. Amma bu gün HDQ böyük bir iqtidar və qətiyyətlə dünyanın ətrafına 3600 dövrə vuraraq başıucalıqla ölkəyə geri döndü”.

O əlavə etdi: “Təsəvvürə gəlməzdi ki, bir gün HDQ Xəzər dənizində olacaq. Amma bu gün Xəzər dənizinin sahillərində destroyer düzəldilib oradaca da suya buraxılır”.

İslam İnqilabının Rəhbəri HDQ-nin imkanlarından istifadə etməklə döyüş hazırlıqları və imkanlarının əvvəlkindən daha çox artırıldığını vurğuladı: “HDQ-nin gənclərin arasında ümid və əhval ruhiyyənin artmasına səbəb olan imkanlarından biri inkişaf və tərəqqi yolçularının bu qüvvələrin zavodları və imknalarını ziyarət edə bilməsinə şərait yaratmaqdır”.

Həzrət Ayətullah Xamenei dedi: “HDQ-nin əhatəli bir strateji gücə çevrilməsi üçün çalışmaq lazımdır”.

Görüşdə HDQ-nin komandanı admiral İrani bu qüvvələrin imkanları və fəaliyyətləri haqqında məlumat verdikdən sonra dənizmərkəzli inkişaf siyasətlərinin təbliğinə görə təşəkkürünü bildirərək HDQ-nin bu siyasətlərin icrasına kömək etmək üçün hazır olduğunu vurğuladı.

HDQ-nin komandanı qeyd etdi ki, dəniz sularında nüfuz dairəsini artırmaq, habelə elm və texnologiyaya əsaslanma bu qüvvənin dövlətin güc indekslərinin güclənirilməsi istiqamətində yürütdüyü iki əsas siyasətdir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /