İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq İraqın baş naziri cənab Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İraq hökuməti və xalqına Qəzza əhalisinə dəstək hərəkatında tutduğu güclü və yaxşı mövqeyə görə təşəkkürünü bildirərək Qəzza əhalisinə qarşı həyata keçirilən qırğınları dayandırmaq üçün İslam dünyasının ABŞ və sionist rejimə qarşı siyasi təzyiqlərini artımasının zəruri olduğunu vurğuladı: “İraq dövləti regionun mühüm dövlətlərindən biri kimi bu sahədə xüsusi rol ifa edə, ərəb və İslam dünyasında yeni bir xətt yarada bilər”.
O, Qəzzanın ürəkləri riqqətə gətirən vəziyyətinə, törədilən bu cinayətlərin və qəddarlıqların bütün azad insanların qəlblərini yaraladığına işarə edərək dedi: “Sionist rejimin hücuma keçdiyi ilk günlərdən bütün faktlar amerikalıların bu müharibənin idarəçəliyinə birbaşa müdaxilə etdiyini götərir. Müharibə davam etdikcə sionist rejimin cinayətlərinin istiqamətləndirilməsində ABŞ-ın birbaşa rolunun olduğunu göstərən dəlillər daha da artaraq güclənir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər ABŞ-ın siyasi və silah yardımları olmasaydı, sionist rejim bu hərəkəti davam etdimrək iqtidarında olmayacaqdı”.
Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar, həqiqətən, Qəzzada törədilən cinayətlərdə sionistlərin cinayətlərinə ortaqdırlar”.
O vurğuladı: “Qəzzada törədilən bütün qətlamlara baxmayaraq, sionist rejim hələ də hadisənin məğlub tərəfidir. Çünki itirdiyi adını geri qaytara bilməyib, gələcəkdə də buna nail ola bilməyəcək”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Qəzzadakı bombardmanları dayandırmaq üçün ABŞ və sionist rejimə qarşı siyasi təzyiqlərin artırılması zəruridir: “İran İslam Respublikası və İraq birlikdə bu istiqamətdə aparıcı və effektiv rolu oynaya bilər”.
Həzrət Ayətullah Xamenei habelə İran və İraqın iqtisadi və təhlükəszilik sahələrindəki ikitərəfli əməkdaşlıqlarından da danışdı: “Allaha həmd olsun ki, işlər gedir. Amma sazişlərin ilk motivasiya ilə davam etdirilməsinə, yavaşlamanın olmamasına çalışmaq laızmdır”.
O, çıxışının sonunda İraq xalqı, İraq hökuməti və baş nazirə Ərbəin günlərində göstərdikləri qonaqpərvərliyə, ziyarətçilərə və onların təhlükəsizliyinin təmin edilməsində göstərdikləri fəaliyyətlərə görə səmimi qəlbdən təşəkkür etdi.
Dövlət başçısı Höccətül-İslam vəl-müslimin Rəisinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Muhəmməd Şiya əl-Sudani İslam İnqilabının Rəhbəri ilə görüşdən çox şad olduğunu bildirərək “Əl-Əqsa tufanı”nın dünyanın bütün azad insanlarını sevindirən qəhrəmancasına bir əməliyyat olduğunu dedi: “Bu sevinclə yanaşı, Qəzzada azsaylı xalqa qarşı kütləvi intiqam fonunda törədilən vəhşicəsinə qətllər hamımızı hədsiz dərəcədə kədərləndirdi”.
İraqın baş naziri dedi: “İraq hökuməti, İraq xalqı və ölkədaxili siyasi cərəyanlar Qəzza hadisəsində bu regionun məzlum xalqına verilən dəstəkdə ilk sırada yer alıb. İraq hökuməti Qəzzada törədilən cinayətləri dayandırmaq üçün genişmiqyaslı siyasi addımlar atır”.
Cənab əl-Sudani beynəlxalq təşkilatlar və insan hüquqları iddiaçılarının bu cinayətlər qarşısında susmasını tənqid edərək vurğuladı: “Biz ilk növbədə bombardmanların dayandırılmasına çalışırıq. İkinci mərhələdə Qəzza əhalisinə qida və dərman yardımları göndəririk. İran İslam Respublikasının prezidenti ilə müzakirələrimizdə bu məsələ ilə bağlı lazım olan razılığa gəlmişik”.
İraqın baş naziri habelə ölkəsinin İranla olan əlaqələrinin genişləndirilməsinin və əldə edilən sazişlərin həyata keçirilməsi istiqamətində ciddi iradənin olmasının zəruriliyini vurğuladı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir