HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniə və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
HƏMAS-ın siyasi bürsonun rəhbəri bu görüşdə Qəzzada cərəyan edən son hadisələr, sionist rejimin Qəzzada törətdiyi cinayətlər, habelə Qərb sahilində baş verən dəyişikliklər haqqında məlumat verdi.
İslam İnqilabının Rəhbəri Qəzza əhalisinin göstərdiyi səbr və dözümü yüksək qiymətləndirərək sionist rejimin ABŞ və bəzi Qərb dövlətlərinin birbaşa dəstəyi ilə törətdiyi cinayətlərdən təəssüf hissi keçirdiyini dedi. O, sionist işğalçılara qarşı mübarizədə İran İslam Respublikasının Fələstin Müqavimət Qüvvələrinə verdiyi dəstək siyasətinin daimi olduğunu vurğuladı.
Həzrət Ayətullah Xamenei İslam ökələri və beynəlxalq təşkilatların ciddi hərəkətə keçməsi, habelə İslam dövlətlərinin Qəzza əhlisinə hərtərəfli əməli dəstək verməsinin zəruriliyini vurğuladı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir