İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində bu qüvvələrin təhlükəsizlik, izzət və milli kimlik qalası olduğunu vurğulayaraq fələstinli gənclərin son qəhrəmanlığı sayəsində sionist rejimin bərpası mümkün olmayan məğlubiyyətə uğradığını dedi: “Bu dağıdıcı tufanı yaradan amil qondarma qəsbkar rejimin Fələstin xalqına qarşı dayanmadan zülm etməsi, cinayətlər törətməsi və yırtıcı hərəkətlər etməsi olmuşdur. Bu rejim yalanları və yaratdığı məzlum görüntüsü ilə Qəzzaya etdiyi hücumu və Qəzza əhalisinə qarşı törətdiyi kütləvi qırğınlardakı yırtıcı və div xislətli simasını gizlədə, boşboğazlıqları ilə fələstinli gənclərin şücaətini və onların intellektual layihəsini qeyri-fəlstinlilərin boynuna ata bilməyəcək”.
Həzrət Ayətullah Xamenei son günlər Fələstndə baş verən analoqu olmayan hadisələrə işarə edərək ölkə rəhbərliyinin bu siyasi – hərbi hadisədən əvvəl tutduğu mövqeyin düzgün və yaxşı olduğunu vurğulayaraq sionist rejimin bu hadisədəki məğlubiyyətinin bütün dünya tərəfindən etiraf edildiyini dedi: “Bu məğlubiyyət hərbi və kəşfiyyat aspektlərindən bərpası mümkün olmayan bir məğlubiyyət, dağıdıcı bir zəlzələdir. Qərblilərin bütün yardımlarına baxmayaraq, Qəsbkar rejimin bu hadisənin onun hökumət strukturlarına vurduğu dərin zərbələrin izlərini silə biləcəyi zəif ehtimaldır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, 15 mehr şənbə günündən, yəni fələstinli gənclərin şücaətlə qəhrəmanlıq göstərdikləri o gündən sonra sionist rejim artıq əvvəlki rejim deyil: “Bu böyük bəlanın səbəbi sionistlərin öz əməlləridir. Çünki yırtıcı və vəhşi davranışlarınızda həddi aşdığınız zaman “Tufan”ı gözləməlisiniz”.
O qeyd etdi, fələstinli mücahidlərin şücaətli və fədakarcasına fəaliyyətləri işğalçıların uzun illər törətdikləri və son aylarda daha da artırdıqları cinayətlərə cavabdır: “Son hadisənin təqsirkarı məzlum Fələstin xalqına qarşı heç bir yırtıcı davranışı əsirgəməyən qəsbkar rejimə rəhbərlik edən indiki hökumətdir”.
Həzrət Ayətullah Xamenei işğalçı rejimin cinayətkar və çirkin xislətinə işarə edərək dedi: “Heç bir müsəlman xalq yeni tarixdə sionist rejim qədər həyasız və qəddar düşmənlə qarşılaşmamış, Fələstin xalqı qədər təzyiq, mühasirə və çıxılmazlığa məruz qalmamışdır. Yeri gəlmişkən ABŞ və İngiltərə heç bir zülmkar hökuməti qondarma hökumət qədər himayə etməmişdir”.
O, fələstinli kişi, qadın, uşaq və qocaların qətlə yetirilməsinin, Məscidül-Əqsaya qarşı hörmətsizlik edilməsinin, namaz qılanların təpiklə vurulmasının, silahlı qəsəbə sakinlərinin Fələstin xalqının üzərinə salınmasının sionist rejimin cinayətlərindən olduğunu bildirərək belə bir sual ünvanladı: “Neçə minillik tarixi olan qeyrətli Fələstin xalqının bu qədər zülm və cinayətlərin qarşısında “Tufan” yaratmaqdan başqa bir çıxış yolu var idimi?”
Həzrət Ayətullah Xamenei xəbis rejimin özünü məzlum göstərmək üçün göstərdiyi səylərə və bu məsələni dünya ictimaiyyətinə təlqin etmək üçün dünya imperializminin media vasitələrinin göstərdikləri köməklərə işarə edərək dedi: “Özünü belə məzlum göstərmək yüz faiz reallığın əksi və yalandır. Heç kəs bu div xislət yırtıcıdan məzlum siması yarada bilməz”.
İnqilabın Rəhbəri qeyd etdi ki, sionist rejimin özünü məzlum göstərməkdə məqsədi bu rejimin Qəzzaya etdiyi cari hücumlardakı cinayətlərini, bu regionun məzlum əhalisinə qarşı törətdiyi kütləvi qırğını yozmaqdır: “Qondarma rejim və onun himayədarlarının hesablaması səhvdir. Sionist rejim və onu himayə edən ölkələrin rəhbərləri və qərar qəbul edən başları bilsin ki, bu işlər onların başına daha böyük bəla gətirəcək. Fələstin xalqı möhkəm qətiyyətlə bu cinayətlərə qarşılıq verəcək və onların çirkin üzünə daha ağır zərbə endirəcək”.
O, sionist rejim və onun himayədarlarının son hadisələrdə qeyri-fəlsətinlilərin, o cümlədən İranın əlinin olması ilə bağlı bəzi boşboğazlıqlarına işarə edərək dedi: “Əlbəttə, biz fələstinli gənclərin, tədbirli və zəkalı layihəçilərin alnından və biləklərindən öpürük. Amma bu boşboğazlıqlar və hesablamlar səhvdir. Fələstinlilərin son zərbəsinin qeyri-fələstinlilərdən qaynaqlandığını deyənlər böyük Fələstin xalqını ya tanımayıblar, ya da onu zəif hesab ediblər”.
İnqilabın Rəhbəri İslam dünyasının sionistlərin cinayətlərinə qarşı reaksiya verməsinin zəruri olduğuna işarə edərək dedi: “Əlbəttə, bütün İslam dünyası Fəlsətin xalqına dəstək verməyə borcludur. Amma bu qəhrəmanlıq Fələstinin fədakar gəncləri, fəalları və ağıllı layihəçilərinin işidir. İnşallah bu şücaət və qəhrəmanlıq fələstinlilərin xilası yolunda atılmış böyük bir addım olacaq”.
Ali Baş Komandan Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində etdiyi çıxışın əvvəlində Silahlı Qüvvələrdə xidmət etməyin böyük iftixar, əziz İranın idarəçiliyində ən həyati bir fəaliyyət olduğunu dedi.
O bildirdi ki, Silahlı Qüvvələr milli təhlükəsizlik, milli qürur və milli kimliyin polad qalasıdır: “Milli təhlükəsizlik ölkənin inkişafında rol oynayan bütün mühüm proqramların infrastrukturudur. Belə ki, əgər təhlükəsizlik olmasa, heç nə olmaz”.
İnqilabın Rəhbəri bildirdi ki, hər hansı ölkənin müdafiə qüdrətindən məhrum olmasının, özünün milli təhlükəsizliyini təmin edə bilməməsinin onun yadlardan asılı vəziyyətə düşməsinə və ölkənin milli şərəfinin girov götürülməsinə səbəb olur: “Allahın lütfü ilə Silahlı Qüvvələrimiz müxtəlif meydanlardan başıuca çıxdı. Bunlar Silahlı Qüvvələrin qabaran köksündəki qızıl medallardır”.
Ali Baş Komandan səkkiz illik məcburi müharibənin, sözün həqiqi mənasında, dünya müharibəsi olduğunu dedi: “Silahlı Qüvvələr o çətin imtahanda ölkənin hər qarış torpağını, müqəddəs və əziz İslam dövlətini müdafiə etdi, təcavüzkar Səddamı müdafiə etmək məqsədilə Şərq və Qərbin imperialistlərinin əl-ələ verərək qurduqları planı alt-üst etdi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İŞİD fitnəsi Silahlı Qüvvələrin bu günə qədər davam edən sonuncu sınaq meydanıdır: “ABŞ regiondakı sabitliyi pozmaq məqsədilə cinayətkarcasına fitnəyə əl ataraq İŞİD-i yaratdı. Bu planın son məqsədi İran İslam Respublikası idi. Amma İslam Respublikasının Silahlı Qüvəvləri bir neçə digər ölkənin silahlı qüvvələri ilə birlikdə bu fitnəni iflasa uğratdı”.
Ali Baş Komandan hərbi akademiyaların ayıq, məlumatlı, şücaətli, səmərəli insan qüvvəsinin yetişdiyi, elm və təhsilin gücləndiyi, dindarlıq ruhiyyəsi və əxlaqın yüksəliş tapdığı qiymətli mərkəzlər olduğunu vurğulayaraq təhsil mühitinin tənzimlənməsinə, bu iniversitetlərə qəbul olamaq üçün tələb edilən savad səviyyəsinə əhəmiyyət verilməsinin mühüm olduğunu dedi.
Həzrət Ayətullah Xamenei İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil edilmiş bu mərasimin əvvəlində adsız şəhidlərin məzarlarını ziyarət etdi, ruhlarına fatihə oxuyaraq yüksək dərəcələri qarşısında ehtiram nümayiş etdirdi.
O, sonra meydanda düzülmüş birləşmələrə baxış keçirdi.
Silahlı Qüvvələrin baş qərargah rəisi briqada generalı Məhəmməd Baqiri hər kəsi fələstinli mübarizlərin “Tufanul-Əqsa” əməliyyatı münasibətilə təbrik etdikdən sonra mənəvi yüksəlişin, siyasi ayıqlığın, müdafiə və döyüş bacarığı və hazırlığının artırılması, özgüvənin gücləndirilməsi, kəşfiyyatçıların inkişaf etdirilməsi, inqilabçı ayıqlığının artırılmasının dövlətin Silahlı Qüvvələrinin fəaliyyətlərindən olduğunu vurğuladı. O, hərbi akademiyaların keçən ilki təhsil ili ilə bağlı hesabat verərək onların cari ildəki proqramını açıqladı.
Mərasimdə çıxış edən İmam Əli (ə) adına Hərbi Akademiyanın komandanı ikinci dərəcəli briqada generalı Əli Məhdəvi, İmam Həsən (ə) adına Hərbi və Polis Akademiyasının komandanı ikinci dərəcəli briqada generalı Pərviz Ahi, İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı briqada generalı Nöman Qulami bu akademiyaların təhsil proqramları ilə bağlı hesabat verdilər.
Silahlı Qüvvələrin müdavimlərinin İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil etdikləri birgə buraxılış tədbirində müdavimlər marş oxudular.
Bu tədbirdə meydanda düzülmüş birləşmələr Ali Baş Komandanın önündən təntənəli keçid etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir