Son bir neçə gündə Tehran məktəblərindən birinin şagird və məzunlarından bir qrupu Kərbəlaya Ərbəin ziyarətinə yola düşməzdən əvvəl Həzrət Ayətullah Xameneiyə məktub ünvanlayaraq, ondan Ərbəin yürüşündə iştirakın daha bərəkətli olması üçün tövsiyələr verməsini rica etmişdilər (*).
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin cavab məktubunun tam mətni belədir:
Allahın adı ilə
Ziyarətiniz qəbul olsun, əzizlərim. Bu müqəddəs yürüşdə diqqət və təvəssül, Həzrət Seyyidüş-şühədanın mübarizəsi, bu mübarizənin məqsədi, Allah-Taalanın bu böyük fədakarlığa bəxş etdiyi bərəkətlər haqqında dərindən düşünmək fürsətini qaçırmayın. Həmin məqsəd hər bir mömin insanın hədəfi olmalıdır. Allahdan uğur və hidayət istəyin. Bu məqsədə doğru gedən yolda sabitqədəm qalın.
Seyid Əli Xamenei
________________________
* Allahın adı ilə
Salam olsun Qətilul-əbərata (1)
Candan əziz olan mehriban atamız, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə (Allah ömrünü uzun etsin).
Sizi salamlayırıq.
Bildirmək istəyirik ki, Allah-Taalanın lütfü, Əmirəl-möminin və Seyyüdüş-şühədanın köməkliyi ilə övladlarınızdan bir qrupuna Ərbəin ziyarətinə getmək fürsəti nəsib olmuşdur.
Əziz və şəfqətli atamız! Sizdən bu mənəvi səfər və böyük xeyir ərəfəsində ziyarəti daha yaxşı yerinə yetirməyimiz, bu qiymətli yürüşü daha bərəkətli etməyimiz üçün öz şəfqətli tövsiyələriniz və mərhəmətlərinizlə bizi sirab etməyinizi rica edirik.
Heyətimiz, habelə bütün övladlarınız və ardıcıllarınız sizin mübarək varlığınıza duaçıdırlar.
Sizdən dua etməyinizi rica edirik.
Mədəni Təhsil Kompleksinin bir qrup şagird və məzunları
____________________________
(1) İmam Hüseyn (ə)
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir