İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə Qurani-Məcidə qarşı edilən hörmətsizliklə bağlı verdiyi bəyanatda bunun acı, məkrli və təhlükəli bir hadisə olduğunu dedi: “Bu cinayətə yol vermiş adamın ən ağır şəkildə cəzalandırılması bütün İslam alimlərinin yekdil rəyidir. İsveç dövləti cinayətkarı İslam ölkələrinin məhkəmə orqanlarına təhvil verməlidir”.
İslam İnqilabının Rəhbərinin bəyanatının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İsveçdə Qurani-Məcidə qarşı edilmiş hörmətsizlik acı, mərkli və təhlükəli bir hadisədir. Bu cinayəti törətmiş adamın ən ağır şəkildə cəzalandırılması bütün İslam alimlərinin yekdil rəyidir. İsveç dövləti bilməlidir ki, cinayətkara arxa durmaqla İslam dünyası qarşısında silahlanmış, müsəlman xalqların və onların hökumətlərinin çoxunun nifrət və düşmənçiliyini özünə cəlb etmişdir.
Cinayətkarı İslam ölkələrinin məhkəmə orqanlarına təhvil vermək bu dövlətin vəzifəsidir. Səhnə arxasındakı hiyləgərlər də bilməlidirlər ki, bu cür hiylələr və onu həyata keçirənlər gündən günə artmaqda olan bu işıqlanmanın qarşısını ala bilməyəcək qədər cılızdırlar. Allah öz işində qalibdir.
Seyid Əli Xamenei
31 tir 1402
22 iyul 2023
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir