Bu gün elmi-teoloji mərkəzlərin elmi heyəti, din alimləri, tələbələri və təbliğatçıları ilə görüşdə din təbliği və dini məqsədlərin dini hövzələrin ən mühüm vəzifələrindən olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri aktual və effektiv təbliğatın lazımi şərtlərinə, yəni hücum mövqeyinə və cihad ruhiyyəsinə malik olmaq üçün dinləyicinin tanınması və beynəlxalq təbliğat səhnəsinin həqiqi dekorasiyasının öyrənilməsinin zəruriliyinə işarə edərək vurğuladı: “Gənc və yeniyetmə nəsil ölkənin gələcək sahibləri və qurucuları kimi yeni vasitələrə və metodlara əsaslanan yaradıcı təbliğat mərkəzi olmalıdır”.
Həzrət Ayətullah Xamenei Məhərrəm ayı ərəfəsində baş tutmuş bu görüşdə ölkənin tədqiqata əsaslanan təbliğat fəaliyyətlərəinə indiki fəaliyyətdən daha çox ehtiyacı olduğunu dedi. O, Qurani-Məcidin təbliğat, onun yönləri və imkanları ilə bağlı ayələrinə istinad edərək dedi: “Allahın dininin xalqın müxtəlif təbəqələri müstəvisində gerçəkləşməsi yalnız düzgün təbliğatdan asılıdır”.
O, elmi-teoloji mərkəzlər və böyük alimlərin həyatındakı qədim ənənənin əhəmiyyətinə işarə edərək əlavə etdi: “İslam Respublikası yaradıldıqdan sonra dini hövələrin vəzifələri arasında təbliğatən prioritetliyi ikiqat artmışdır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, xalqın imanı İslam dövlətinin qanunlarının əsasını təşkil edir: “Dövləti, əsl həqiqətdə, xalqın imanını qorumaq vaciblərin ən vacibidir. Müasir dövrdə təbliğat formaları elm və vasitələrin inkişafına, internet və süni intellektə əsasən, daha çox inkişaf etmişdir. Buna görə də ağıl düşmənlərin təbliğatlarının qantökən qılıncları müqabilində təbliğatı birinci prioritet hesab etməyimizə hökm edir”.
Həzrət Ayətullah Xamenei Qərbdə sərt təbliğat proqramlarının inkişafı ilə yanaşı, xəbərin inadırıcı kimi göstərilməsi metodlarının inkişaf etdirilməsi bu günün gerçəkliklərindəndir: “Qərblilər müxtəlif elmlərdən, o cümlədən psixologiyadan isitfadə edərək yüz faizli yalan xəbərləri auditoriyaların beyninə yeridirlər”.
O xəbərdarlıq etdi: “Əgər biz təbliğat məsələsində növbənöv dəyişikliklərə qarşı süstlük göstərib qəflətə düşsək, mədəni transformasiyaya məruz qalacaq, Qərb kimi tədricən böyük günahların pis hesab edilməməsi probleminə düşəcəyik ki, bunu da düzəltmək asanlıqla mümkün deyil. Belə ki, İmam tez-tez deyirdi ki, əgər İslam İranda sillə yesə, uzun illər təsiri qalacaq”.
İnqilabın Rəhbəri təbliğatın prioritetliyi və ikiqat əhəmiyyəti ilə bağlı açıqlama verdikdən sonra din alimləri, müəllimləri, tələbələri və təbliğatçıları ilə görüşdə etdiyi çıxışın ikinci hissəsində təbliğatın lazımi şərtlərinə aydınlıq gətirdi.
Həzrət Ayətullah Xamenei təbliğatın bütün növlərində auditoriyanı tanımağın tamamilə zəruri olduğunu dedi və xalqın, xüsusilə yeniyetmələr və gənclərin ümumi məlumat səviyyəsinin artırılmasına işarə edərək bildirdi: “Auditoriyanın intellektual səviyyəsinə və dinləyicilərin ehtiyaclarına diqqət yetirmədən edilən təbliğat nəticəsiz olacaq”.
O, atalar və anların övladlarına birbaşa və dolayı şəkildə dedikləri sözlərin, verdikləri təhsilin təsirinin azalmasının gerçək bir bəla olduğunu dedi: “Təəssüflər olsun ki, virtual məkanda müxtəlif səslərin sıxı bazarındakı qarışıqlığı və media vasitələrinin çoxluğu içərisində ənənəvi və ailə maarifinin ötürülməsi bir kənara qoyulub”.
İnqilabın Rəhbəri Quranda xalqın dili deyilərkən dinləyicilərin fikir və düşüncə tərkibinə diqqət yetirilməsinin zəruriliyinin nəzərdə tutulduğunu dedi: “Əgər təbliğatın maddələri və metodu auditoriyanın səviyyəsinə və ehtiyacına uyğun olmasa, təbliğatçı uğur əldə edə bilməyəcək”.
Həzrət Ayətullah Xameneinin təbliğat məsələsində toxunduğu ikinci praktiki cəhətin sırf müdafiə mövqeyindən çəkinmənin və qarşı cəbhənin intellektual əsaslarına hücumun zəruriliyi oldu.
O, bunun üçün virtual və qeyri-vürtual məkanlarda cari fəaliyyətlərin səhnə arxasının öyrənilməsinin zəruri olduğunu dedi: “Diqqətli olmaq lazımdır ki, bu təbliğat, media və virtual məkan fəalı müstəqil hərəkət edir, yoxsa bir çox məsələlərdə olduğu kimi pərdəarxası var”.
İnqilabın Rəhbəri özünü liberal demokrat adlandıran və İslam dövləti qarşısında dayanan cəbhənin yalançı olduğunu dedi. O, müasir tarixin müxtəlif gerçəkliklərinə işarə edərək vurğuladı: “İran xalqının qarşı cəbhəsi azadlığa, azad düşüncəyə və imperialistlərdən asılı olmayan hər növ demokratiyaya qarşıdır. İran xalqı və İslam dövlətinin müqaviməti və bu cəbhə ilə mübarizəsi sivil və beynəlxalq mübarizə cəbhəsidir”.
O qeyd etdi ki, Ukraynanın çarəsiz xalqının vəziyyəti Qərbin müstəmləkəçi və qarətçi maraqlarının davamlılığının əyani bir nümunəsidir: “Ukrayna xalqı qırılmalıdır, çünki Qərbin silah istehsal edən və satan kompaniyalarının maraqları Ukraynadakı müharibənin davamlılığı arxasında gizlənib”.
İnqilabın Rəhbəri qeyd etdi ki, Qərb bu gün həmişəkindən daha çox xəsarət almaqdadır: “İmamın Böyük Şeytan adlandırdığı ABŞ müxtəlif siyasi, xalqlarla mübarizə, Amerikanın öz əhalisi ilə mübarizəsi, irqi ayrıseçkilik, cinsi əxlaq, cinayət və qəddarlıq kimi müxtəlif sahələrdə şeytani xislətlər və şərin məcmusudur”.
Həzrət Ayətullah Xamenei çıxşının bu hissəsini yekunlaşdırarkən müdafiə xarakterli təbliğatın lazımlığı və vacibliyini vurğulasa da, dedi: “Özünü müdafiə ilə məhdudlaşdırmaq olmaz. Dünyadakı gerçəkləri görüb onları düzgün şəkildə çatdırmaqla düşmən cəbhəsinin əsaslarını təbliğat hədəfinə çevirmək lazımdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, cihad ruhiyyəsi effektiv təbliğatın üçüncü şərtidir: “Cihad ruhiyyəsi olmadan səhnəni anlamaqda və ya təbliğat davranışında xəta baş verir. Amma cihad faktoru elmi baxış və faəliyyətlə birlikdə təbliğatın təsirini sığortalayır”.
İnqilabın Rəhbəri ruhanilərin meydanda olmasının tamamilə zəruri olduğunu vurğuladı: “İslam ruhaniləri daim meydanda, ümidvar, aktiv və mücahid olmuşlar”.
O, bütün təbəqələr, o cümlədən fikir, düşüncə və qələm sahibləri, sənət adamlarının intellektual ehtiyacı və qidasına diqqət yetirilməsinin təbliğatın lazımi məsələlərindən olduğunu dedi: “Yeniyetmə və gənc nəslə xüsusi diqqət göstərilməlidir. Çünki ölkənin gələcəyi bu nəsildən asılıdır. Şübhəsiz düşüncə gələcəyi düzəltməlidir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, gənclərin ibadətlərə əməli şəkildə ciddiyyət göstərməsi və günahdan çəkinməsi lazımdır. Məscidlər və heyətlər bu sahədə effektiv rol oynayır.
Həzrət Ayətullah Xamenei məscidlərin abadlaşdırılması və dirçəldilməsinin vacib bir iş olduğunu dedi: “Məscidlər təkcə namaz üçün açılmamalıdır, məscid insanların daim get-gəl etdikləri yer olmalıdır”.
O, özünün kino adamları ilə olan görüşlərindən birinə işarə edərək dedi: “Bəzən biz bəzi siniflərdən çox şey gözləyirik. Halbuki onlar üçün lazım olan maarif və intellektual qida hazırlanmasında səhlənkarlıq etmişik”.
İnqilabın Rəhbərinin bu görüşdə vurğuladığı son məsələ dini təbliğatın kəmiyyət, keyfiyyət və elmi inkişafı üçün dini hövzələrdə böyük bir mərkəz yaradılması zəruriliyi oldu.
O bu mərkəz üçün üç vəzifə qeyd etdi: “Aktual və innovativ təbliğat maddələri istehsal etmək; mütərəqqi və effektiv təbliğat metodları tənzimləmək; sözün həqiqi mənasında effektiv tərbiyə”.
Bu çıxışın əvvəlində respublika dini-teoloji mərkəzlərin müdiri Höccətül-İslam vəl-mülsimin Ərafi dedi: “Təbliğatçılar əxlaqmərkəzlivə xalq mərkəzli fəaliyyətlərdən, modern elm və vasitələrdən istifadə etməklə özlərini cəmiyyət qarşısında vəzifəli bilir, məişət, sosial xəsarətlər, ayrıseçkiliyin qarşısının alınması, hüquqi sağlamlıq, virtual məkanın vəziyyətinin yaxşılaşdırılması sahələrində daim fəal və tələbkar olmuşlar”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir