Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həcc dünyaya mənəvi və əxlaqi həyat bəxş edən bir ayindir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük Həcc Konqresi münasibətilə ünvanladığı müraciətdə vurğuladı ki, Həcc ayini insanları yüksəlişə nail etmək, bəşəriyyətin mənəvi və əxlaqi yüksəlişinə zəmin yaratmaq üçün bütün dünyaya bir çağırışdır: “Həccin ümumbəşəri təsirə malik olmasının lazımi şərti İslam ümmətinin bu vacib əməlin vəhdət və mənəviyyat prinsiplərinə əsaslanan həyatbəxş müraciətini bilməsi və dərk etməsidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam ümmətinin vəhdəti deyildikdə dialoq, elmi və əməli əlaqələr, istiqamətlərin yaxınlaşması və sinergetikliyi, İslam ölkələrinin iqtisadi əməkdaşlığı və bağlılığı: “Bu vəhdətin başqa bir yönü İslam məzhəblərinin alimlərinin xoşgörü, tolerantlıq və insaf prinsipləri əsasında dialoqu, müsəlman ölkələrinin elit insanlarının sıxı əlaqələrindən ibarətdir”.

Həzrət Ayətullah Xamenei vəhdət məsələsi ilə bağlı bir nüansı da qeyd etdi ki, İslam ümmətinin özünün layiqli yerini tapması və birinci dünya müharibəsindən sonrakı siyasi və ərazi mühəndisliyinin acı təcrübəsini yaşamamaq üçün İslam ölkələrinin siyasi və mədəni liderləri bir-birləri ilə qarşılıqlı təmas halında özlərini qarşıdan gələn yeni dünya sisteminin şərtlərinə hazır etməlidirlər.

O qeyd etdi ki, Həccin ümumbəşəri çağırışının digər təsiredici prinsipi olan mənəviyyat deyilərkən dini əxlaqın yüksəldilməsi, qərblilərin dindən kənar əxlaq ofsunu ilə mübarizə nəzərdə tutulur: “ABŞ və digər imperialist qütblər müsəlman ölkələrin qarşılıqlı anlaşmasına, bu ölkələrin gənc nəslinin dindarlığına qarşı olduğu üçün İslam ümmətinin vəhdət və mənəviyyatı keçmiş vaxtlarla müqayisədə bu gün daha böyük düşmənçiliyə məruz qalıb. Bütün müsəlman xalqları və dövlətlərinin vəzifəsi bu mənfur planla mübarizə aparmaqdır”.

İslam İnqilabının Rəhbəri İslam ümmətinin əzəmətli Həcc konqresi münasibətilə ünvanladığı müraciətinin sonunda müşriklərə nifrət ruhiyyəsinin gücləndirilməsinə və onu həyatın ayrı-ayrı sahələrinə yaymağı, dərinləşdirməyi tövsiyə etdi.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd Aləmlərin Rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Onun əzəmətli elçisi olan Muhəmmədə, onun pak Əhli-beytinə və seçkin səhabələrinə

Həccin İbrahimdən gələn sədası və onun ümumbəşəri çağırışı bir daha tarixin qəlbindən qoparaq bütün dünya yayıldı, zikr edən müntəzir qəlbləri riqqətə gətirdi. Dəvət edənin səsi bütün bəşəriyyətə ünvanlanmışdır: “و اَذِّن فِی النّاسِ بِالحَجّ” (1), Kəbə mübarək ev sahibi və bütün insanların bələdçisidir: “ اِنَّ اَوَّلَ بَیتٍ وُضِعَ لِلنّاسِ لَلَّذی بِبَکَّةَ مُبارَکاً وَ هُدیً لِلعالَمین” (2)”.

Kəbə mərkəzi bir nöqtə və müsəlmanların hər tək-təkinin əsas diqqət mərkəzi, Həcc ayini də İslam dünyasının bir-birindən fərqli coğrafiyalarının kiçik bir nümunəsi kimi insan cəmiyyətinin yüksəlişinə xidmət edə, bütün insanların sağlamlığını və təhlükəsizliyini təmin edə bilər. Həcc bütün bəşəriyyətə mənəvi, ruhi və əxlaqi yüksəliş bəxş edə bilər. Bu, bəşəriyyətin bugünkü ehtiyacıdır. Həcc imperializm və sionizmin bəşəriyyəti bu gün və sabah əxlaqi tənəzzülə uğratmağı hədəfə alan bütün proqramlarını iflasa uğrada bilər.

Bu ümumbəşəri təsir üçün lazım olan şərt budur ki, müsəlmanlar Həccin həyatbəxş çağırışına əvvəlcə özləri qulaq verib bütün səylərini onu gerçəkləşdirmək üçün səfərbər etsinlət. Vəhdət və mənəviyyat İslam dünyasının maddi və mənəvi yüksəlişini, onun bütün dünyaya işıq saçmasını təmin edə bilər.

Vəhdət deyilərkən intellektual və elmi əlaqə, qəlblərin, düşüncələrin və orientasiyaların yaxınlaşması, elmi və praktiki sinergetiklik, İslam ölkələrinin iqtisadi bağlılığı, müsəlman dövlətlərinin etimad və əməkdaşlığı, ortaq düşmənlərə qarşı bir-birinə yardım göstərilməsi nəzərdə tutulur.

Vəhdətin deyilərkən düşmənin planının İslam firqələrini, İslam dünyasının ayrı-ayrı xalqlarını, millətlərini, etniklərini, dil və mədəniyyətlərini qarşı-qarşıya qoya bilməməsi nəzərdə tutulur. Vəhdət, yəni müsəlman xalqlar bir-birlərini düşmənin fitnəkar tanıtımı ilə yox, əlaqə, gediş-gəliş və danışıqlar vasitəsilə tanımalı, bir-birlərinin imkan və potensiallarından xəbərdar olmalı, bundan istifadə etmək üçün proqram hazırlamalıdırlar. Vəhdət, yəni İslam dünyasının alimləri və universitetləri əl-ələ verməli, İslam məzhəblərinin alimləri bir-birlərinə xoşgörü, tolerant və insafla baxmalı, bir-birlərini dinləməli, hər bir ölkə və məzhəbin elit insanları özlərinin ortaq cəhətlərlə tanış etməli, onları birgəyaşayışa və qardaşlığa təşviq emtəlidirlər.

Vəhdət, yəni İslam ölkəsinin siyasi və mədəni liderləri bir-biri ilə əlaqə saxlayaraq özlərini qarşıdan gələn dünya sisteminin şərtlərinə hazır etməli, İslam ümmətinin fürsət və təhdidlərlə dolu olna yeni dünya təcrübəsindəki layiqli yerini öz əlləri və iradələri ilə təyin etməli, birinci dünya müharibəsindən sonra Qərbi-Asiyanın qərb dövlətləri tərəfindən hazırlanmış siyasi və ərazi mühəndisliyinin acı təcrübəsi təkrar edilməməlidir.

Mənəviyyat deyilərkən dini əxlaqın yüksəldilməsi nəzərdə tutulur. Uzun müddət qərbin düşüncə qaynaqları tərəfindən təbliğ edilən dindən kənar əxlaq ofsunu Qərbdə əxlaqın qarşısıalınmaz tənəzzülə uğraması ilə nəticələndi. Bütün dünya buna şahiddir. Mənəviyyat və əxlaqı Həcc ibadətlərindən, ehramdakı sadə həyat tərzindən, uydurma imtiyazların inkar edilməsindən – “وَ اَطعِمُوا البائِسَ الفَقیر” (3), “لا رَفَث وَ لا فُسوقَ وَ لا جِدال” (4) bütün ümmətin tövhidin əhatəsində fırlanmasından, şeytanın daşa basılması, müşriklərə nifrət şüarından öyrənmək lazımdır.

Həcdə olan qardaş və bacılar! Bu misilsiz vacib əməlin sirləri və rəmzləri haqqında dərin düşünmək fürsətindən istifadə edərək onu ömrünüzə azuqə edin. Günümüzdə vəhdət və mənəviyyat imperializm və sionizmin düşmənçiliyinə və pozucu fəaliyyətinə daha çox məruz qalır. ABŞ və imperializmin digər hegemon qütbləri müsəlmanların vəhdətinə, müsəlman xalqların, ölkələrin və dövlətlərin qarşılıqlı anlaşmasına, bu xalqların gənc nəsdlinin dindarlığına kəskin şəkildə qarşıdırlar; bacardıqları qədər onunla mübarizə aparırlar. Hamımızın, bütün xalqların və dövlətlərimizin vəzifəsi ABŞ və sionizmin bu mənfur planı qarşısında müqavimət göstərməkdir.

Elm və qüdrət sahibi olan Allahdan yardım istəyin. Özünüzdə müşriklərə nifrət ruhiyyəsini gücləndirin. Onu yaşadığınız yerdə yayıb dərinləşdirməyi özünüzə vəzifə bilin.

Allah-taaladan siz iranlı və qeyri-iranlı hacıların həclərinin qəbul olunmasını, hamınızın uğur qazanmasını diləyir, hamınız üçün Həzrət Bəqiyyətullahın (Ruhmuz ona fəda olsun) qəbul olmuş duasını arzulayıram.

Allahın salam və rəhməti üzərinizə olsun!
06 Zilhiccə 1444
25 iyun 2023

(1) “Həcc” surəsinin 27-ci ayəsinin bir hissəsi: “İnsanları həccə çağır”.

(2) “Ali-İmran” surəsi, 96-cı ayə: “İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir”.

(3) “Həcc” surəsinin 28-ci ayəsinin bir hissəsi: “...məzlum yoxsullara da yedirdin”.

(4) “Bəqərə” surəsinin, 197-ci ayəsinin bir hissəsi: “...həcdə (qadınla) yaxınlıq, günah və mübahisə (icazəsi) yoxdur”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /