Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimi indi passiv mövqedədir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Fələstin İslami Cihad Təşkilatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İslami Cihadı son mübarizədəki qələbəsinə görə təbrik etdikdən sonra sionist rejimin hazırki vəziyyətinin yetmiş ilə bundan əvvəlkindən fərqləndiyini dedi: “Sionist rejimi bu gün passivlik və əksül-əməl mövqeyindədir. Bu şərait muqavimət qruplarının və Fələstin İslami Cihadın yolu düzgün tanıdıqlarını və bu yolda tədbirlə irəlilədiklərini göstərir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, böyük məqsədlər və böyük işlərdə canı təhlükəyə atmadan məqsədlərə yetişmək mümkün olmayacaq: “Bu gün Allahın lütfü ilə Fələstin müqavimət qrupları və İslami Cihadın qüdrət və etibarı artmaqdadır. Sionist rejiminin son 5 günlük müharibədəki məğlubiyyəti bunu göstərir”.

Həzrət Ayətullah Xamenei dedi: “Fələstin İslami Cihad Hərəkatı sonuncu Qəzza müharibəsində sınaqdan yaxşı keçdi. Yetmiş il bundan əvvəlki vaxtla müqayisədə bu gün sionist rejimi üçün şərait dəyişib. Sionist rejiminin başçılarının bu rejimin səksən illiyini görməyəcəklərinə görə narahat olmağa haqları var”.

O vurğuladı ki, İslami Cihad və digər fələstinli müqavimət qrupları sionist rejimi ilə mübarizənin əsl açarını tapıblar: “Qərb sahilindəki müqavimət qruplarının artmaqda olan iqtidarı sionist düşməni diz çökdürməyin əsl açarıdır. Bu xətt davam etdirilməlidir”.

İslam İnqilabının Rəhbəri mübariz fələstinli qrupların həm siyası arenada, həm də meydanda vəhdət nümayiş etdirmələrini yüklsək qiymətləndirərək bunun çox mühüm məsələ olduğunu dedi və İran İslam Respublikasının Fələstin xalqına və mübariz qruplara olan dəstəklərinin davam etdiyini bildirdi.

Bu görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad ən-Nəxalə İslam Respublikasına Fələstin xalqı və onun mübariz qruplarına verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirərək işğala məruz qalmış Fələstində baş verən dəyişikliklər, xüsusilə sionist rejiminin 5 günlük Qəzza müharibəsindəki məğlubiyyəti, Qərb sahilindəki şərait və bu regiondakı mübariz qrupların üstünlüyü haqqında məlumat verərək dedi: “İslami Cihad Qəzza müharibəsindən başıuca çıxdı. Tezliklə son qələbənin və əziz Qüdsün azadlığınn şahidi olacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /