İslam İnqilabının Ali Rəhbəri bu gün səhər qədirbilən vəfalı insanların İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümünə həsr edilmiş mərasimdəki əzəmətli izdihamı qarşısında çıxış edərək mərhum İmamın İran tarixinin liderlərindən olduğunu dedi. O, İmamın ölkə, İslam ümməti və beynəlxalq səviyyəsində yaratdığı 3 böyük dəyişikliyə aydınlıq gətirərək dedi: “İmamın iman və ümidi bu böyük tarixi dəyişikliyi yaradan proqram təminatçısı idi. İranı, ölkənin milli maraqlarını, iqtisadi vəziyyətinin yaxşılaşmasını və milli izzətini istəyən hər bir şəxs, hər bir təşkilat və cərəyan bütün səylərini xalqın və cəmiyyətin imanı və ümidini gücləndirmək üçün səfərbər etməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İmam son yüzilliklərin silahlı cəhalətlər əsrindəki ilahi missiyaların yüksəklərə qaldırılmış bayrağı olmuşdur. O bildirdi ki, bütün məsul şəxslər, xalq, xüsusilə gənclər bu əzəmətli şəxsiyyətin ayrı-ayrı yönlərini tanımalıdırlar: “İmam təkcə müasir dövrün yox, İran tarixinin liderlərindəndir. Heç kəs, heç bir cərəyan onu tarixin yaddaşından silə və ya onun uzun və qalıcı təsirini təhrif edə bilməyəcək. Çünki günəşi bulud arxasında gizlətmək olmaz”.
O, İmamın dini biliklər, iman, təqva, şəxiyyətin möhkəmliyi, güc, iradə, Allah üçün qiyam etmək, inqilabçı siyasət, bəşəri nizamda dəyişiklik yaradılması müstəvisindəki şəxsiyyətinin heyrətamiz yönlərinə işarə edərək bildirdi: “Bu yönlərin hamısı bir yerdə İran tarixinin liderlərinin heç birində cəm olmamışdır. Bu səbəbdən də bizim yeganə imamımız yaşayacaq və öz parlaq simasını aydın səslə hər kəsə tanıtdıracaq”.
İnqilabın Rəhbəri İmamın İran, İslam ümməti və dünya müstəvisində yaratdığı analoqsuz dəyişikliklərinə aydınlıq gətirərkən dedi: “İmamın yaratdığı İslam İnqilabı və xalqın əli ilə onun qələbə çalması şahənşahlıq siyasi strukturunu demokratiyaya, kukla və xar hökuməti milli izzətə əsaslanan müstəqil bir sistemə, dinə zidd olan bir rejimi İslam sisteminə, istibdadı azadlığa, şəxsiyyətsizliyi milli kimliyə çevirdi, yadların əlinə göz dikmiş bir milləti bütün mövcud və gələcək problemlərini ortadan qaldıracaq möcüzəli “Biz bacararıq” qüvvəsi ilə təchiz etdi”.
Həzrət Ayətullah Xamenei İmamın İslam ümməti səviyyəsində yaratdığı dəyişikliyin yönlərindən danışarkən islami oyanışın yaradılması, İslam ümmətində nisbi hərəkətlilik və hazırlıq, Fələstin probleminin İslam dünyasının birinci dərəcəli mövzusuna çevrilməsi məsələlərinə işarə edərək vurğuladı: “İmam Fələstin xalqının taqətdən düşmüş bədəninə ruh üfürdü. Bu gün “Beynəlxalq Qüds” günü təkcə İranda deyil, qeyri-müsəlman ölkələrin paytaxtında da məzlum fələstinlilərə dəstək səhnəsinə çevrilmişdir”.
Materializm qarşısında passivlikdən xilas olmaq, xalqların diqqətini mənəviyyata yönəltmək İmamın dünya səviyyəsində yaratdığı dəyişikliyin əsas istiqamətlərindən olmuşdur. İnqilabın Rəhbəri bu cəhətə işarə edərək vurğuladı: “O əzəmətli şəxsiyyət dünyada mənəvi rəngi diriltdi. İmperialistlərin siyasi və media mərkəzlərinin mənəvi məsələlərə kəskin hücumları və materilizmi yayamaq üçün göstərdikləri rüsvayçı səylər bu dəyişikliyə qarşı reaksiyadır”.
İnqilabın Rəhbərinin İmam Xomeyninin pak hərəminə toplaşmış saysız insan izdihamı qarşısındakı çıxışı tarixi dəyişikliklər prosesində böyük İmama kömək edən sərt və yumşaqa proqram təminatı amillərinin təhlili ilə davam etdi.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, vərəqlər və kasetlər İmamın mesajlarını və çıxışlarını xalqa çatdırmaq üçün istifadə edilən yeganə yumşaq proqram təminatları idi: “İmama o möcüzə yaradan fəaliyyətləri həyata keçirmək qüdrəti bəxş edən iman və ümid proqramları idi”.
O, Şəhid Mütəhhərinin Parisdə İmam Xomeyni ilə görüşdükdən sonra dediyi sözlərə işarə edərək əlavə etdi: “Özü iman dağı olan Mütəhhəri İmamda dörd imanın şahidi olduğunu deyirdi: məqsədə, yola, xalqa və hamısından üstün olan Allaha iman”.
İnqilabın Rəhbəri bildirdi ki, İmamın Allah düşmənləri ilə mübarizə yolunda Allaha imanı - Allahın vədlərinə iman və etimad idi. İnqilabın Rəhbəri müxtəlif Quran ayələrinə istinad edərək əlavə etdi: “Allah vəd verib ki, hər kim Ona yardım etsə, Onun yardımından faydalanacaq. Vəd verib ki, möminlərin addımlarını sabit və möhkəm edəcək, özlərini qoruyacaq, xalqın haqqını və xeyrinə olan hər nə varsa, əbədi edəcək, batili su üzərindəki köpük kimi yox edəcək”.
O qeyd etdi ki, İmamın iman gətirdiyi İslamla kapitalizm və məlumatsız ziyalıların eklektik İslamı arasında böyük bir məsafə var: “İmamın qəti ictihad və düzgün idrakla müşayiət olunan kitab və sünnə İslamına imanı var idi. O, İslamdan xəbəri olmayan iddiaçı ziyalıların çıxardığı nəticələri qətiyyətlə rədd edirdi. O, səthi qənaətləri ilə İslamın dövlət, siyasi və sosial hökmlərini rədd edən, məsuliyyətsizliyi yayan mürtəce şəxslərin İslamına da qarşı idi”.
İnqilabın Rəhbəri İmamın imanının xalqa iman yönünə işarə edərək dedi: “İmam Allahın ayələrini dərindən dərk edirdi. Onda xalqın maraqları və fəaliyyətlərinə, o cümlədən onların rəylərinə dərin etimad və inam var idi. Bəzi narahatlıqlara qarşı: “Mən xalqı sizdən daha yaxşı və daha çox tanıyıram”, - deyə cavab verirdi”.
O qeyd etdi ki, xaqlın İmamın yoluna olan sədaqəti, şəhidlərin ailələrinin səbri və imanı, gənclərin mübarizələri, din, dini və inqilabi məsələlərə hörmət nümayişində xalqın yaratdığı böyük izdihamlar İmamın xalqın düzgün və dərindən tanıdığını göstərir: “Hökumətin adlandırılmasında respublika sözündən isitfadə edilməsi, yəni İslam Respublikası ifadəsi böyük İmamın xalqa olan etimad və inamından qaynaqlanırdı”.
Həzrət Ayətullah Xamenei İmam Xomeyninin respublika ilə bağlı dərin təfəkkürüni ifadə edən bir nümunəni qeyd etdi: “İmam (r.ə) ömrünün sonlarında birinci prezidentə səs vermədiyini, amma xalqa etimad etdiyi üçün həmin prezidenti təsdiq etdiyi açıqladı”.
İnqilabın Rəhbəri İmamın dəyişiklik yaradan bir neçə onillik fəaliyyətindəki proqram təminatının ikinci amili olan ümid məsələsinə aydınlıq gətirərək dedi: “Ümid əzəmətli İmamın hərəkətinin mühərriki və daimi ünsürü idi. Belə ki, 20-ci ildə Allaha görə qiyamdan danışdı, 40-cı ildə əməli şəkildə qiyam meydanına atıldı, 60-cı ildə qorxulu hərbi-təhlükəsizlik və siyasi qasırğaların içərisində qaşlarını çatmadı”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İmamın daimi ümidi və məyusluqdan daim uzaq olması o həmişəyaşar şəxsiyyətin imanından qaynaqlanırdı: “İmam özü buyurduğu kimi, heç vaxt ümidsizliyə qapılmadı. O inanırdı ki, xalq bir şeyi istədikdə mütləq gerçəkləşəcək”.
O, parlaq imanla həqiqi ümidin bir-birinə qarşılıqlı təsirinə işarə edərək əlavə etdi: “Ümid hərəkətlə birdir və tənbəlliklə düz gəlmir. Mənzil başına çatmaq istəyən, amma hərəkətsiz qalan və oturmağı seçən şəxslər hədislərdə məzəmmət edilmişdir”.
İnqilabın Rəhbəri iman və ümidin yönlərini sadaladıqdan sonra xalqı, xüsusilə ölkənin gözəl ruhiyyəli və çalışqan gənclərini uzun yolun qət edilməsi və qarşıda duran böyük işlərin həyata keçirilməsində böyük İmamın dərslərinə əməl etməyə çağırdı: “Şübhəsiz ki, onun bizə verdiyi ən mühüm dərs və tövsiyə onun yolunu davam etdirmək, mirasını qorumaq, ölkə, ümmət və beynəlxalaq səviyyədə yaratdığı dəyişikliyi izləməkdir”.
O, İmamın yolu və hədəfinin izlənməsi üçün lazım olan vasitələrin və tələblərin əvvəlki 40 ilin metodlarından fərqləndiyini vurğulayaraq əlavə etdi: “Cəbhələşmələr əvəz olmayıb, bu gün də dünən olduğu kimi, imperializm cəbhəsi, sionistlərin cəbhəsi, təcavüzkar hegemonların cəbhəsi İran xalqının qarşısında mövqe alıb”.
Həzrət Ayətullah Xamenei dedi: “Bu günün cəbhələşməsi ilə dünənin cəbhələşməsinin fərqi ondadır ki, İran xalqı güclü, onlar isə zəifdirlər”.
İnqilabın Rəhbəri bu cəbhələşmənin unudulmasının xalqın qarşısında təhlükəli bir dərə olduğunu qeyd edərək vurğuladı ki, qeyd edilən cəbhələşməni unutduğumuz zaman zərbə aldıq: “Böyük İmamın dəyişikliklərinin qatı, qəzəbli, kinli cinayətkar və təcavüzkar düşmənləri var. İran xalqı onlara qarşı mübarizə aparmaq üçün İmamın həmin proqram təminatı olan iman və ümidlə təchiz edilməlidir”.
Həzrət Ayətullah Xamenei xalqa, xüsusilə gənclərə, elit şəxslərə, inqilabçı mərkəzlərə və siyasi təşkilatlara səslənərək dedi: “İranı sevən, milli maraqları, iqtisadi vəziyyətin yaxşılaşmasını, iqtisadi və məişət problemlərinin düzəlməsini istəyən şəxslər İranın yeni dünya sistemində izzətli mövqe tutmasını istəyirlər. Ölkədə iman və ümidin yayılması və diri qalmasına çalışmaq lazımdır”.
O bildirdi ki, bəzi adamların səhv düşüncəsindən fərqli olaraq imperializm və sionizmin İran xalqı ilə düşmənçilikləri mövqe geriləmələri ilə azalmayacaq və ortadan qalxmayacaq: “Ayır-ayrı məqamlarda bizim geri çəkilməyimiz onların irəliləməsinə və daha çox təcavüzə yol verməsinə səbəb oldu. Çünki onların əsas məqsədi İranı İnqilabdan əvvəlki, yəni asılılıq və şəxsiyyətsizlik dövrünə qaytarmaqdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu bir neçə onillikdəki bəzi hökumətlərin dövründə bəzi fərdlər geri çəkilmənin və imtiyaz verilməsinin tərəfdarı idi. Amma hmin hökumtələrin birində qarşısından geri çəkildiyimiz dövlət prezidentimizə xüsusi bir cəza təyin edib, onu qiyabi məhkəməyə çəkdi. Təəssüflər olsun ki, başqa bir hökumətin dövründə amerikalılara köməklik göstərildiyi halda, onlar İranı şərin mənbəyi adlandırdılar”.
O qeyd etdi ki, düşmənlərin əsl təlaşı xalqın imanını zəiflətmək, qəlblərdəki ümid şöləsini söndürməkdir: “Milli mənafeyin, izzət və müstəqilliyin qorunması iman və ümidin qorunmasından asılıdır. Bu bir neçə onillikdə imperializmin inadkar qurumları, onların siyasi, təhlükəsizlik və maliyyə orqanları iman və ümidi zəiflətmək üçün bacardıqlarını etdilər. Bəzi məqamlarda nailiyyət də əldə etdilər. Amma əksər məqamlarda Allahın köməkliyi ilə İran xaqlı tərəfindən məğlubiyyətə uğradılar”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənlərin səylərinin bu günə qədər olan zəncirinin son halqası keçən ilin payız iğtişaşları oldu. O bu iğtişaşları təşkil edən komponentlərə aydınlıq gətirərək dedi: “Bu iğtişaşların baş planı qərb dövlətlərinin düşüncə otaqlarında hazırlandı. Amma icrası Qərbin təhlükəsizlik xidmətlərinin iri həcimli maliyyə, silah və mediya dəstəyi, vətənə arxa çevirmiş muzdurların və xain ünsürlərin, İrana qarşı düşmən siyasəti yürüdən amillərin nökərçiliyi ilə həyata keçirildi. Ölkə daxilində bu hərəkatın tərkib hissəsi bir qrup qərəzli, çoxlu sayda məlumatsız, emosional və məsələlərə səthi baxan insanlardan, bir qrup əxlaqsız və rəzil ünsürlərdən ibarət idi”.
İnqilabın Rəhbəri bu iğtişaşlarda qərblilərin xarici media vasitələri ilə əl bombasının hazırlanmasını açıq şəkildə öyrətməsi, separadçı şüarların yayılması, silahlı hərəkətlər, bəzi qərb dövlətlərinin yüksək çinli siyasətçilərinin üzdə iranlı olan muzdurlarla xatirə şəkilləri çəkdirməsi, tələbələrin, polislərin və bəsicilərin düşmən piyadalarının əli ilə işgəncəyə məruz qoyulması və şəhid edilməsi kimi bəzi düşməncəsinə addımları sadalayaraq dedi: “Onlar İslam Respublikasının işini bitirdiklərini, İran xalqını öz məqsədlərinə tabe edəcəklərini düşünürdülər, amma axmaqlar yenə də səhv etdilər və yenə də İran xalqını tanımadılar”.
O vurğuladı ki, xalqın İranı istəməyən bədxahların çağırışlarına etinasızlıq göstərilməsindəki ayıqlığı, gənclərin universitetlər və küçələrdəki məsuliyyətli fəaliyyətləri, o cümlədən bəsici tələbələrin və bəsici siniflərin öz vəzifələrini bilməsi düşmənin arzusunun ürəyində qalmasına səbəb oldu: “Düşmənin planı puça çıxdı. Amma hər kəs xəbərdar oldu ki, düşmənin hiyləsini unutmaq olmaz”.
Həzrət Ayətullah Xamenei qarşı cəbhənin gəncləri ümidsizləşdirmək üçün istifadə etdikləri üsullara aydınlıq gətirərkən dedi: “Onlar məişət, inflyasiya və bahalıq problemlərini qabartmaqla iranlı gənclərdə ümidsizlik yaratmağa çalışırlar. Halbuki bu problemlərin hamısı həll edilə biləndir. Allahın köməkliyi ilə ortadan qalxacaq. İkincisi, problemləri görmək onların ortadan qaldırması üçün yollar tapılması marağının yaranmasına, onları həll etmək üçün səy göstərən insanlara köməklik göstərilməsinə səbəb olmalıdır. Üçüncüsü, problemlərlə yanaşı, ölkədə çoxlu sayda ümid verən fenomenlər mövcuddur. Bədxahlar bu fenomenlərin görülməsini istəmirlər”.
O bildirdi ki, elm və texnologiya sahələrində ölkənin əldə etdiyi nailiyyətlər, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yük daşınması, işçi qüvvəsinin yetişdirilməsi sahələrində inkişaf etməkdə olan infrastrukturlar, ölkənin uzaq və məhrum regionlarında abadlıq işlərinin aparılması, beynəlxalq siyasət, milli şərəf, hərbi və müdafiə sahəsində inkişaf parlaq gələcək müjdəsi və ümid verən həqiqətlərdəndir: “Düşmən bu həqiqətləri unutdurmağa, iranlı gənclərin onlardan xəbər tutmamasına çalışır”.
İnqilabın Rəhbəri ümid və ümidvarlığı zədələdikləri, başqalarını gerçəklərdən xəbərdar olmamaqda ittiham etdikləri üçün bəzi fərdləri tənqid etdi: “Onlar deyirlər ki, sizin gerçəklərdən xəbəriniz yoxdur. Halbuki onların nəzərdə tutduqları gerçəklər hamının xəbərdar olduğu və narahatlıq keçirdiyi iqtisadi və məişət problemləridir”.
İnqilabın Rəhbəri qeyd etdi ki, bəzi fərdlərin sosial sferalarda dinə və inqilaba bağlı olmayan bəzi şəxslərin olduğunu tez-tez vurğulaması qəlblərdəki ümidi öldürmək üçün həyata keçirilən başqa bir üsuldur: “Bu, təkcə günümüzə xas olan bir məsələ deyil. Hətta mömin gənclərdən ibarət cəbhələrin olduğu 60-cı illərdə də Tehranda və digər iri şəhərlərdə məsuliyyətsiz və laqeyd, hətta ölkəni məsxərəyə qoyan fərdlər var idi. Döyüşçülərin bioqrafiyası və böyük şəhərlərə qayıdış vaxtı onların ürəyinin sıxılması bu səbəbdən idi”.
Həzrət Ayətullah Xamenei dedi: “Bu gün də İslama, İnqilaba, hətta iranlı məsuliyyətinə bağlı olmayan adamlar var. Amma bunlar İran xalqı deyil. Peyğəmbərin şəhəri olan Mədinədə də Quranın münafiq, şayiə, qorxu və şübhə yayan adlandırdığı adamlar var idi”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin məscidləri və heyətlərində minlərlə müqavimət ocaqlarının inkişaf etməsi, onlarda hərəm və təhlükəsizliyin müdafisində duran gənclərin yetişməsi, bəsirətli və mətanətli tələbələrin, izah və açıqlama cihadının zəhmətkeş fəallarının, mömincəsinə yardım göstərən qrupların mövcudluğu, saysız-hesabsız çaşdırıcı vasitələrin olmasına baxmayaraq, millətin və gənclərin iftixar dolu hərəkətlərində ümid yaradan cəhətlərdəndir: “Mədrəsə və universitetlərdəki fəallar, xalqın diqqət mərkəzində olan sosial mövqeyə malik insanlar gənclərdə məsul şəxslərə, ölkənin siyasi və iqtisadi fəaliyyətinə qarşı, habelə sıravi insanlar arasında bir-birinə qarşı bədbinlik yaratmağa çalışan bədxahların hiylələrini puça çıxarmaq və şübhələri ortadan qaldırmaqla xalqın ümid və imanının gücləndirilməsinə çalışmalıdırlar”.
İnqilabın Rəhbəri vurğuladı ki, xalqda seçkilərlə bağlı bədbinlik yaratmaq düşmənin məyusluq yaradan hiylələrindəndir: “Gələcəkdə seçkilər haqqında danışacağam. Amma bu ilin seçkiləri çox mühümdür. Seçkilərə 9 ay qalmasına baxmayaraq, artıq düşmən onu pozmaq üçün indidən topxanasını işə salıb”.
Bu tədbirin əvvəlində İmam Rahilin (r.ə) müqəddəs ziyarətgahının rəhbəri Höccətül-İslam vəl-müslimin Seyid Həsən Xomeyni öz çıxışı zamanı qeyd etdi ki, İslam İnqilabı dünyanın ən çox xalqa əsaslanan İnqilabıdır. İslam Respublikası isə İmamın ən böyük mirasıdır. O bildirdi ki, seçkilər vasitəsilə xalqın hər tək-tək fərdinə əsaslanmaq, İslamın hədəflərinin dinamik fiqh xətti üzrə gerçəkləşdirilməsi, milli şərəfin siyasi müstəqillik çərçivəsində təmin edilməsi dövlətin ən mühüm xüsusiyyətlərindəndir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir