İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədovla görüşdə İran və Türkmənistanın ohum və çoxlu sayda ortaq mədəni cəhətlərə malik ölkələr odluğunu dedi: “Bu ortaq mədəni cəhətlər müxtəlif sahələrdə, xüsusilə enerji və yol sahəsindəki əlaqələrin əvvəlkindən daha çox inkişaf etdirilməsi üçün mühüm bir zəmindir”.
İslam İnqilabının Rəhbəri Ətrək və Ceyhun çayları arasında iki ölkənin yüzlərlə alim və görkəmli şəxsiyyətinin olmasına, habelə Türkmənistanın görkəmli şairi Məhtimqulu Fəraqinin məqbərəsinin İranda yerləşməsinə işarə edərək dedi: “Bu mədəni zəminləri az hesab etmək olmaz”.
Həzrət Ayətullah Xamenei Türkmənistan Xalq Məsləhət Şurasının sədrinin mədəni və dini məsələlərə xüsusilə diqqət yetirməsini, mədəni mərkəzlərin və məscidlərin inkişafına əhəmiyyət verməsini yüksək qiymətləndirərək vurğuladı: “Ticarət sahəsində, xüsusilə yol, su, elektrik və qaz sahələrində əməkdaşlıqların inkişafı üçün daha böyük imkanlar var. İran İslam Respublikası bu sahələrdə əməkdaşlıq etməyə hazırdır”.
O, Türkmənistan Xalq Məsləhət Şurasının sədrinin İran və Türkmənistan sərhədlərinin yaxınlığından Xəzər dənizinə qədər uzanan bir avtomagistral xəttinin çəkilməsində iranlı mütəxəssislərin iştirakı ilə bağlı istəyinə işarə edərək dedi: “İranın Yolar Nazirliyinin bu magistralı çəkmək imkanı var. Yeri gəlmişkən, dünya iqtisadiyyatında quru və dəmiryolu əlaqələrinin mühüm mövqe tutduğunu nəzərə alsaq, biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsində qərarlıyıq. Bu nəqliyyat dəhlizi Türkmənistan və onunla qonşu olan ölkələri Oman dənizinə birləşdirə bilər”.
Əlaqələrin inkişafının hər iki ölkənin xeyrinə olduğunu deyən İslam İnqilabının Rəhbəri əlaqələrin gələcəyi ilə bağlı nikbinliyini ifadə etdi: “İran İslam Respulikası ilə Türkmənistanın əməkdaşlığının əvvəlkindən daha çox olması iki ölkənin dəyişməkdə olan dünyadakı mövqeyinin yüksəlişinə zəmin yaradır”.
Dövlət Məsləhət Şurasının sədri Ayətullah Amuli Laricaninin də iştirak etdiyi bu görüşdə Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədov İslam İnqilabının Rəhbəri ilə görüşdən məmnun olduğunu dedi: “Mən keçən illər ərzində, özüm prezident olduğum dövrdə İrana etdiyim səfərlər çərçivəsində həmişə zat alinizin görüşləri və tövsiyələrindən istifadə etmiş və həmin tövsiyələr əsasında mühüm işlər həyata keçirilmişdir. Bu görüşdə də Türkmənistanda böyük layihələrin həyata keçirilməsi ilə bağlı tövsiyələrinizdən faydalanmaq istəyirəm”.
O özünün ölkə rəhbərliyi ilə olan müzakirələrinə işarə edərək dedi: “Bu müzakirələrdə əməkdaşlıqların inkişaf etdirilməsi, xüsusilə yol tikintisi, su, elektrik və qaz sənayesi sahələrində iranlı mütəxəssislərin imkanlarında iştirak edilməsi istiqamətində yaxşı razılıqlar əldə edildi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir