Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranla Oman arasındakı əlaqələrin inkişafı hər iki ölkənin xeyrinədir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Omanın sultanı cənab Heysəm ibn Tariq Ali Səid və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Omanın əlaqələrinin qədim, köklü və yaxşı olduğunu dedi: “Biz iki ölkənin bütün sahələrdəki əlaqələrinin inkişafının hər iki tərəfin xeyrinə olduğuna inanırıq”.

O, İran və Oman tərəflərinin müzakirələrinə işarə edərək dedi: “Mühüm olan budur ki, bu müzakirələrdən hiss olunan nəticələr əldə edildikdə ciddi şəkildə izlənməli və sonda əlaqələr inkişaf etməlidir”.

İslam İnqilabının Rəhbəri sionist rejimin regiondakı varlığının təhlükəsi məsələsinə işarə edərək vurğuladı: “Sionist rejim və onun havadarlarının siyasəti regionda təfriqə salmaq, sabitliyin olmamamsı məsələsinə köklənmişdir. Buna görə bütün  region dövlətləri qeyd olunan məsləyə ciddi yanaşmalıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Omanla İran arasındakı əməkdaşlığın artması əhəmiyyətlidir. Çünki iki ölkə Hörmüz boğazında çox mühüm su yolunda ortaqdır”.

İslam İnqilabının Rəhbəri Oman sultanının Misirin İran İslam Respublikası ilə əlaqələrin başladılmasına meyilli olması ilə bağlı açıqlamalarına işarə edərək dedi: “Biz bu mövqeyi yaxşı qarşılayırıq və bu məsələdə problemimiz yoxdur”.

Həzrət Ayətullah Xamenei Oman sultanının İranla Ərəbsitanın əlaqələrinin yenidən başlamasından məmnunluq duymasına işarə edərək dedi: “Bunlar cənab Rəisi hökumətinin qonşular və region dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətindəki yaxşı siyasətinin nəticəsidir”.

O, açıqlamalarının sonunda qeyd etdi ki, hökumətlərin əlaqələrinin inkişafı ilə İslam ümmətinin öz şövkət və əzəmətini artıracağından, İslam ölkələrinin imkan və potensiallarının birləşdirilməsinin müsəlman xalqları, dövlətləri və hökumətlərinin xeyrinə olduğuna ümidvardır.

Ölkə başçısı Höccətül-İslam vəl-müslimin cənab Rəsinin də iştirak etdiyi bu görüşdə Omanın sutlanı cənab Heysəm ibn Tariq Ali Səid İslam İnqilabının Rəhbəri ilə görüşdən çox məmnun qaldığını bildirərək Omanın siyasətinin qonşularla, xüsusilə İran İslam Respublikası ilə əlaqələrin inkişaf etdirilməsindən yana olduğunu dedi: “Tehran danışıqlarında müxtəlif əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparıldı və fikir mübadiləsi oldu. Ümidvarıq ki, bu danışıqlar davam etdirilərsə, iki ölkə arasındakı əlaqələr əvvəlkindən daha çox inkişaf edəcək və onun əməli nəticələrini hər iki tərəf görəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /