Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Parlamentə başıuca girdiniz, başıuca da çıxın

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər on birinci məclisin sədri və deputatlarla görüşdə bu məclisi ümumilikdə inqilabçı, gənc, dinamik, ölkədə mövcud olan problemləri ortadan qaldırmaq üçün yaxşı qərarlar qəbul etmiş bir məclis hesab etdiyini bildirərək, şəraitin və cinah mülahizələrin təsirinə düşməmək kimi qanunverici zərurətlərə aydınlıq gətirdi: “Parlamentin son ilində yeddinci inkişaf proqramının araşdırılması və təsdiqi, ilin şüarı, yəni inflyasiyanın idarə edilməsi və istehsalın artırılması məqsədinin həyata keçirilməsi üçün lazım olan qanunların qəbul edilməsi, yarımçıq qalmış layihələrin araşdırılması kimi böyük işləri dayanmadan çalışaraq sona çatdırın”.

Həzrət Ayətullah Xamenei 03 xordad Xürrəmşəhrin azad edilməsinin ildönümünə həsr edilmiş çıxışının əvvəlində böyük İran xalqını bu möcüzəni xatırladan qəhrəmanlıq münasibətilə təbrik etdi: “Bu böyük fəthdən daha mühüm olan təşəbbüslər, hərbi akademiyalarda tədris edilə biləcək döyüş planları, adi insan gücünün fövqündə olan fədakarlıqlar və rəşadətlər, məqamları ali olan şəhidlər, baş vermiş hadisələr və digər həqiqətlər bu nadir əməliyyatların gerçəkləridir. Sözügedən gerçəklərin unudulması və ya əhəmiyyətdən salınmasına imkan vermək olmaz”.

Parlamentin əzəməti və mövqeyini yüksək şəkildə qiymətləndirən Ali Rəhbər parlamentin qanunverici statusunun onun nəzarət statusunda çox yüksək və mühüm olduğunu dedi. O, sabitlik yaratmaqı, fərdin, cəmiyyətin və ölkənin gələcəyini proqnozlaşdırmaq imkanına malik qanunların həyati zərurətinə, məsul şəxslərin proqramlaşdırma imkanına şərait yaradılması məsələlərinə toxunaraq dedi: “Qanunvericilik digər qüvvələrin hərəkət xəttini müəyyən edən relslər, daha dəqiq desək, yol çəkməkdir”.

Dövlətin ümumi siyasətləri ilə qanunvericilik arasındakı əlaqə məsələsi İnqilabın Rəhbərinin aydınlıq gətirdiyi digər mühüm məsələ oldu: “Bütün idarəetmə metod və tərzlərində işlək ola biləcək ümumi siyasətlər istiqaməti müəyyən edir. Qanunvericilik müəyyən edilmiş bu istiqamətlərdə hərəkət edilə biləcək yollar təyin edir”.

Həzrət Ayətullah Xamenei bütün növ qanunvericilik formalarında ümumi siyasətlərə tam şəkildə diqqət yetirilməsinin zəruri olduğunu dedi: “Qanunvericiliyin də qanunvericiliyin ümumi siyasətlərində elan edilmiş metod və prinsipləri var. Amma təəssüflər olsun ki, bir neçə ildən sonra bu, hələ də parlamentdə qanun şəklini almamışdır”.

O, qanunvericiliyin ümumi siyasətlərini əsas tutaraq yozula bilməmək, şəffaflıq, ümumi mütəxəssis işinə inam və etimadın qanunun zəruri xüsusiyyətlərindən olduğunu dedi: “Yaxşı qanun icra edilə bilən olmalıdır. Əks təqdirdə, arzuya və icra edilməyən məqsədlərə bənzəyəcəkdir”.

Həzrət Ayətullah Xameneinin qanunların sabitliyi, davamlı şəkildə dəyişdirilməsinin yolverilməzliyi, qanunların qüsursuzluğu və şəffaflığı, onların bir-biri ilə ziddiyyət təşkil etməməsi məsələlərinə də toxunaraq dedi: “Olmamalılar kontekstində qanunların bir-birinin üzərinə qalaqlanmasının qarışını almaq da mühüm məsələdir. Çünki hər hansı məsələ ilə bağlı qəbul edilmiş qanunlar çox olarsa, vəzifə müəyyən etmək olmaz. Dəfələrlə qeyd etmişik ki, qanunpozan qanunvericilər bu boşluqlardan sui-istifadələr edirlər”.

O qeyd etdi ki, qanunvericilikdə hər hansı fərd və ya qurumun maraqlarının nəzərə alınması qanunvericiliyin digər bəlalarındandır: “Parlamentdə layihə müzakirə edilməlidir. Çünki hökumət layihələr təqdim edərkən onların icra edilmə ikanını da nəzərdə tutur”.

İnqilabın Rəhbərinin millət vəkillərinə tamamilə qadağan etdiyi məsələlərdən biri düşmənlərin və ya təbliğat vasitələrinin yaratdıqları mühitin təsirinə düşməklə bağlı oldu: “Cinah mülahizələri və qruplaşmalar da qanunların araşdırılması və təsdiqində qətiyyən rol oynamamlıdır”.

O əlavə etdi: “Əlbəttə, yanaşma fərqliliyi səbəbindən parlamentlərdə qruplaşmalar həmişə olmuşdur. Amma bunun ikiqütblülü şəkil almasına, haq və məsələhət olanın yerinə qanunvericiliyə təsir göstərməsinə imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamanei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Qanunu yazarkan sağlam və pak olun, Allahın razılığını və yardımını qazanmaq üçün yazın. Əgər belə olsa, mütləq bərəkət tapar”.

İnqilabın Rəhbəri çıxışının ikinci hissəsini on birinci məclisin xüsusiyyətləri və fəaliyyətlərinə həsr etdi: “3 ildən sonra bu məclisi ümumilikdə inqilabçı, gənc və dinamik hesab edirik. Əlbəttə, bu baxış ümumidir və parlamentdə mövcudluğu mümkün olan istisnalar nəzərdə tutulmur”.

O bildirdi ki, ölkədə mövcud olan problemlərin öyrənilməsi və onların həlli üçün qanun qəbul etmək on birinci məclisə xas olan xüsusiyyətlərdəndir: “Qanunların əsas hissəsi korrupsiyanın, ayrıseçkiliyin, monopoliyanın ortadan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması məqsədilə qətiyyət və şəffaf şəkildə qəbul edilmişdir”.

Həzrət Ayətullah Xamenei indiki parlamentin bəzi qərarlarının strateji olduğunu dedi: “Sankasiyaların ləğv edilməsi məqsədi daşıyan strateji fəaliyyət qanunu ölkəni nüvə məsələsindəki qərarsızlıqdan və “heç nə bilmirəm” vəziyyətindən çxaran mühüm və əsaslı bir qərar oldu. Onun icra nəticələrini, hətta beynəlxalq səviyyədə də görürük”.

O, ailə və cəmiyyətin gəncliyinin dəstəklənməsi qanununun çox mühüm bir qanun olduğunu dedi: “Elm təməlli istehsal sıçrayışı qanunu da parlamentin strateji qanunlarındandır”.

İnqilabın Rəhbəri bildirdi ki, sadə həyat tərzi, zadəgan davranışlardan və insanlara yuxarıdan aşağı baxmaq kimi xüsusiyyətlərdən qorunmaq parlamentin nümayəndələrinin çoxuna xas olan cəhətdir: “Əlbəttə, bu sahədə də istisnalar var”.

Həzrət Ayətullah Xamenei onlara oturmaq, durmaq və təvazökarlıq göstərmək kimi xüsusiyyətləri əldən verməməyi israrla tövsiyə etdi: “Əlbəttə, bu məsələ gerçəkləşməyəcək vədlərin verilməsi ilə tamamilə ziddiyyət təşkil edir”.

O, parlamentin sonuncu ilinin həssas bir il olduğunu dedi: “Ölkənin problemlərindən biri parlamentlərin son ili məsələsidir. Deputatlar xalqın seçimləri və baxışlarının mərkəzində olurlar. Amma siz bu ilin isfənd ayındakı seçkilərində seçilib seçilməyəcəyinizi nəzərə almadan iş görün. Çünki qalıcı olan Allahın razılığını qazanmaq üçün görülən işdir”.

İnqilabın Rəhbəri çıxışının sonunda parlament nümayəndələrinə bir neçə mühüm tövsiyə ünvanladı.

O, birinci tövsiyəsini verərkən parlamentin digər qüvvələrlə, xüsusilə hökumətlə olan əlaqələrində iki növ – konstruktiv və destruktiv - davranışın olduğuna işarə edərək dedi: “Destruktiv baxışda tərəflər bir-birlərinə rəqib gözündə baxır, bir-birinin kürəyini yerə vurmaq haqqında düşünür. Bu baxış – istər hökumət tərəfindən olsun, istərsə də parlament – təhlükəli və problemlidir”.

O, ölkədə işlərin dolaşığa düşməsinə səbəb olan bu cür dağıdıcı baxışın təsirlərinə işarə edərək dedi: “Keçmişdə parlament sədrlərindən biri şikayətlənib deyirdi ki, hökumət parlamentin tərkibini özünün nəzərdə tutduğu tərkib hesab etmədiyi üçün parlamentə layihə vermir. Əlbəttə, belə olan hallarda çıxış yolu layihələrin hazırlanması və təsdiqinin parlamentin öz tərəfindən həyata keçirilməsidir. Ya da hökumətə hər hansı qanun təqdim edildikdə, onların nizamnamələri hazırlanmır və qanun icra edilmir. Destruktiv baxışda parlament də soruşmaq, xəbərdarlıq etmək, izah tələb etmək kimi nəzarət vasitələrindən istifadə edərkən ifrata yol verir. Məsələn, etimad rəyinin üzərindən heç üç ay keçməmiş nazirdən izah tələb edilir. Bunlar rəqib baxışından qaynaqlanan problemlərdir”.

Həzrət Ayətullah Xamenei doğru və düzgün baxışın konstruktiv baxış olduğunu, dövlətin vahid bir parça olduğunu və bir-birini tamamladığını dedi: “Parlament və hökumətin bir-birinə baxışı əməkdaşlıq və qarşılıqlı əlaqə prinsipinə əsaslanmalıdır. Əlbəttə, bu xatırlatmları hökumət və məhkəmə orqanına da edirəm. Amma hökumət icra məsuliyyəti daşıyır, işlərin çoxluğunu nəzərə alaraq ona qarşı tələblər və təvəqqelərdə hökuməti nəzərə almaq lazımdır”.

O vurğuladı ki, hökumət və parlamentin əlaqələrini pozmaqdan çəkinmək lazımdır: “Parlament hökumətlə əməkdaşlıq edərkən bəzən bəzi fərdlər mətbuatda və virtual məkanda parlamentin hökumətin təsir dairəsinə keçdiyini və öz müstəqilliyini itirdiyini deyirlər. Amma qərəz və ya məsləhətlə bağlı məlumatsızlıq üzündən deyilmiş bu sözlərdən çəkinmək lazımdır.”.

Ali Rəhbər deputatlara verdiyi növbəti tövsiyəsində qeyd etdi ki, parlamentə təqdim edilmiş nazirlərə qarşı bəzən həddən ziyadə ciddilik göstərilməsindən çəkinmək lazımdır: “Səlahiyyətlərin müəyyən edilməsində yetərli həddə, rasional və məntiqi şəkildə ciddiyyət göstərin. Amma bu ciddilik nazirliyin uzun müddət nazirsiz qalmasına səbəb olacaq həddə olmamalıdır. Bu gün də bir neçə nazirlik nazirsizdir və nazirlər parlamentə təqdim ediləcək”.

İnqilabın Rəhbərinin deputatlara verdiyi digər tövsiyə təqva və dürüstlüyün azadlıq və şəffaflıqla müşayiət olunması zərurəti ilə bağlı oldu: “Məsul şəxslərə, informasiya və hökumət qurumlarına xəbər verməklə həll oluna bilən məsələlərin açılıb-ağardılmasına çıxarılmasına lüzum yoxdur. Aşkara çıxarılmazı lazım olan məqamlarda da təqva və dürüstlüyə riayət edilməlidir”.

Həzrət Ayətullah Xamenei buraya  mühüm bir nüans da əlavə etdi: “Bəzən elə olur ki, bəziləri hər hansı nazirə sillə vurmaq istəyirlər, amma əməldə parlamentə sillə vururlar. Halbuki fərdlərin abrını aparmaq, onların dini və inqilabçı şəxsiyyətinə toxunmaq yolverilməzdir. Əlbəttə, bu tövsiyə xalqa da aiddir. Sadəcə, biz məmurlar hündür tribunalarda əyləşdiyimiz və hamı da bizim səsimizi eşitdiyi üçün bu mülahizələrə daha çox riayət etməliyik”.

O, on birinci parlamentin son ilinə işarə edərək deputatlara belə bir tövsiyə ünvanladı: “Vəzifə istəyinin danışığınıza və faəliyyətinizə təsir göstərməsinə imkan verməyin. Filan sözün və ya filan işin xalqın rəğbətinə və səs ehtimalının artmasına səbəb olması fikrini beyninizdən tamamilə silib atın. Bu, mühüm və lazımi cihadlardandır”.

İnqilabın Rəhbəri son tövsiyəsində son ildə parlamentin yeddinci proqram, ilin şüarının izlənməsi, yarımçıq qalmış layihələrin başa çatdırılması, boşluqların ortadan qaldırılması və sair kimi böyük işlərini yekunşlaşdırmağı tövsiyə etdi: “Parlamentə başıuca girdiniz, inşallah oradan başıuca da çıxarsınız”.

Bu görüşün əvvəlində çıxış edən İslam Şurası Məclisinin sədri on birinci məclisin fəaliyyəti ilə bağlı hesabat verərkən qanunvericilikdə prioritetlərin təsnifatı üçün yol xəritəsinin yaradılmasının bu parlamentin ən mühüm fərqləndirici üstünlüklərindən olduğunu dedi.

Cənab Qalibaf bank sistemində islahatalar aparmaq üçün iqtisadi qanunların təkmilləşdirilməsi paketi, vergi, mənzil, avtomobil, sığorta, şəffaflıq, kənd təsərrüfatı və istehsal sahələri ilə bağlı qanunların qəbul edilməsi, müəllimlərin dərəcə bölgüsü ilə bağlı qanun, ailə və cəmiyyətin gəncliyinə dəstək qanunu, seçkilər qanununun islahı layihəsi, qadınların təhlükəsizliyinin yaxşılaşdırılması layihəsinin ümumi prinsiplərinin təsdiqi, virtual məkanın tənzimləndirilməsi proqramı, hicab və iffət layihələri kimi iki təcili qərarın qəbul edilməsinin on birinci məclisin araşdırdığı və ya qanunverici gündəliyinə daxil edilmiş məsələlərdən oldğunu dedi.

Parlamentin sədri bildirdi ki, nəzarət platformalarının imkanlarının yaxşılaşdırılmasında təşəbbüskarlıq parlamentin bu mərhələsinin başqa bir üstün cəhətidir: “Bu mərhələdə meydan, qərargah nəzarəti və əhalinin konkret problemlərinin həllinə nəzarət vasitələrinin də dəstəyi ilə sual, izah tələb etmək, araşdırma və tədqiqat kimi nəzarət vasitələrindən istifadə edilmişdir”.

Diplomatiya sahəsində aktiv fəaliyyət, xarici təhdidlərlə hüquqi mübarizə, ağıllı büdcə sisteminin yaradılması ilə büdcə strukturunda islahat aparılmasına çalışmaq, dövlət şirkətlərinə ciddi nəzarət məsələləri də parlament sədrinin toxunduğu məsələlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /