Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yalvarıcı diplomatiyadan çəkinmək, müdrikcəsinə əlaqələr qurmaq lazımdır

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının səfirləri ilə görüşdə uğurlu xarici siyasətin prinsip və parametrlərinə aydınlıq gətirərək yalvarıcı diplomatiyadan çəkinmə mənasını ifadə edən “izzət”, hesablanmış və müdrikcəsinə əlaqələr və fəaliyyətlər məzmununu ifadə edən “hikmət”, çətin maneələri dəf etmək və yola davam etmək üçün uyğunlaşma mənasını ifadə edən “məsləhət” anlayışının dövlətin diplomatik fəaliyyətinin üç əsas açar prinsipi olduğunu dedi.

O, əziz İranın gələcək dünya nizamında layiqli bir mövqe qazanması üçün ölkənin diplomatiya sahəsinin məsul şəxslərini tədrici dəyişiklikləri və beynəlxalq sistemə təsir göstərən hadisələri davamlı şəkildə izləməyə çağırdı.

Yaxşı xarici siyasət və səmərəli diplomatik korpusun ölkənin uğurlu şəkildə idarə edilməsində əsas sütun rolunu oynadığını deyən Həzrət Ayətullah Xamenei xarici siyasətdə lazım olan altı parametrə aydınlıq gətirdi: “Bu parametrlərə əməl etmək uğurlu xarici siyasətin göstəricisidir. Əgər bu parametrlər müşahidə edilməsə, deməli, ya xarici siyasət nəzəriyyəsində, ya da diplomatik fəaliyyətlərdə problem var”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, uğurlu xarici siyasətin birinci prinsipi ayrı-ayrı məsələlərdə ölkənin yanaşmaları və tutduğu mövqelərin məntiqinin qaneedici olmasıdır.

O, uğurlu və qürurverici xarici siyasətə aydınlıq gətirərkən bildirdi ki, dünyanın müxtəlif siyasi-iqtisadi hadisə və cərəyanlarında effektiv və istiqamətləndirici iştirak, təhdidedici anti-İran siyasətlərin və qərarların azaldılması və ləğv edilməsi, təhlükəli mərkəzlərin zəiflədilməsi, İranla birlikdə olan dövlətlərin və qrupların gücləndirilməsi, regional və beynəlxalq qərarlar və tədbirlərdəki gizli layihələrin müəyyən edilməsi gücü digər beş prinsipdir.

Həzrət Ayətullah Xamenei izzət, hikmət və məsləhət sözlərinin xarici siyasət kontekstindəki mənasına aydınlıq gətirərkən dedi: “İzzətin mənası həm söz, həm məzmun baxımından digər dövlətlərin söz və qərarlarına göz dikməkdən çəkinməkdir”.

O bildirdi ki, xarici siyasətdə prinsiplərə əsaslanmamaq izzətli olmaqla ziddir və tərəddüdə səbəb olur: “Bütün qlobal məsələlərdə həm sözdə, həm əməldə, həm də digərlərinin fəaliyyətlərinə reaksiyalarımızda izzətli davranır və prinsiplərə əsasən hərəkət edirik”.

İnqilabın Rəhbəri qeyd etdi ki, hikmətin həqiqi mənası müdrik, düşünülmüş və hesablanmış davranış və danışıqdır: “Xarici siyasətdə hər bir hərəkət rasional və düşünülmüş olmalıdır. Ayrı-ayrı zamanlarda verilmiş qəfil və hesablanmamış qərarlar və atılmış addımlar ölkəyə zərbə vurmuşdur”.

O qeyd etdi ki, qarşı tərəflərin yersiz etimadsızlığı hikmət anlayışının başqa bir üzüdür: “Əlbəttə, siyasət aləmində hər sözü yalan saymaq olmaz. Çünki doğru və qəbul edilə bilən sözlər var, amma bütün sözlərə də etimad etmək olmaz”.

İnqilabın Rəhbərinin aydınlıq gətirdiyi digər mühüm açar söz “məsləhət” anlayışı oldu. Məsləhət sözünün mənası yola davam etmək üçün möhkəm maneələri bir kənara tullamaq və lazım gəldiyində elastikləşməkdir.

O dedi: “Prinsiplərin qorunması məsləhətin qeyd edilən mənası ilə ziddiyyət təşkil etmir. Bir neçə il bundan əvvəl qəhrəmancasına yumşaqlıq ifadəsi ortaya atıldı. Xaricdə və bəzən də daxildə bu söz yanlış yozuldu. Çünki məsləhətin mənası çətin maneələrin yanından ötüb keçmək üçün yol tapmaq və məqəsədə çatmaq üçün yola davam etmək deməkdir”.

Həzrət Ayətullah Xamenei XİN-nin məsul şəxsləri və ölkəmizin səfirləri ilə keçirdiyi görüş zaman etdiyi çıxışın davamında xüsusilə səfirlərin qarşılıqlı əlaqələr kontkestindəki yaxşı, yerində və düşünülmüş təşəbbüslərinin mühüm və zəruri olduğunu dedi.

İnqilabın Rəhbərinin toxunduğu başqa bir məsələ XİN-dəki işçi qüvvəsinin keyfiyyəti və kəmiyyəti, səmərəli və etimad edilə biləcək kadrların cəlb edilməsi ilə bağlı oldu: “XİN İnqilabın və İslam Respublikasının siyasi və fikri prinsiplərinə dərindən və qəlbən inanan, yüksək motivasiya, güclü iradə, yadların intellektual və təbliğat qasırğalarına qarşı dirəniş və fəallıq göstərən, əyilməyən kadrlar cəlb edilməlidir”.

Həzrət Ayətullah Xamenei XİN-nin gənc kadrların cəlb edilməsi ilə bağlı proqramından məmnun qaldığını qeyd edərək vurğuladı: “Kadrların motivasiyası, imanı və iradəsinin diqqətdə saxlanması XİN-nin mühüm vəzifəsidir”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən İranın xaricdəki nümayəndələrinin xalqın nümayəndələri olduqlarını, onların davranışlarının İran xalqının kimliyini və mahiyyətini göstərdiyini dedi: “İranlı diplomat iman, əziz İrana qarşı sevgi, əzmkarlıq, iradə, hərəkətlilik və işgüzarlığın simvolu olmalıdır. Onun davranışları və danışıqları İran xalqına hörmət qazandırmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində İranın ayrı-ayrı ölkələrlə olan uzun, bəzən mühüm və təsir dairəsi yüksək olan sərhədlərinə işarə edərək hazırki hökumətin qonşularla kommunikativ siyasətinin çox mühüm və düzgün olduğunu dedi: “Yad əllər İranla qonşuları arasında problem yaratmaqda fəaldır. Onların bu siyasətinin gerçəkləşməsinə icazə verməməlisiniz”.

O bildirdi ki, hətta uzaqda da olsa belə, İslam dövlətləri, habelə eyni mövqedə və yoldaş olan ölkələrlə əlaqələrin olması çox mühümdür: “Bu gün bəzi proseslərdə və beynəlxalq siyasətin əsas xətlərində dünyanın bəzi böyük və mühüm ölkələrinin İranla eyni mövqedə və yoldaş olması analoqu olmayan bir hadisədir. Bu fürsəti qənimət bilib onlarla əlaqələri gücləndirməliyik”.

İnqilabın Rəhbəri səfirlərin dünyanın mövcud nizamındakı dəyişiklik mövzusundakı iclası və dünya ədəbiyyatında bu mövzunun çox tez-tez təkrar edilməsi məsələsinə işarə edərək dedi: “Dünyanın mövcud sistemindəki dəyişiklik ehtimal edilən, amma öncədən proqnozlaşdırılmamış hadisələrdən təsirlənən, enişli-yoxuşlu və uzunmüddətli bir prosesdir”.

O qeyd etdi ki, İranın yeni nizamda uyğun yer tutması üçün qlobal dəyişiklikləri izləmək, qiymətləndirmək, hadisələrin istiqamətini, yönünü və pərdə araxasını dəqiq öyrənmək lazımdır: “Bu izləmə və qiymətləndirmə əsasında əməli təkliflər müəyyən edilməlidir. Bu sahədə səfirlər, xüsusilə aparıcı ölkələrdə olan nümayəndəliklərin rəhbərləri mühüm rol oynayır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda bir daha xarici siyasətin əhəmiyyətini, ölkənin idarəçiliyi və yaxşılaşmasında onun mühüm rola malik olduğunu vurğuladı: “Ölkənin hazırki vəziyyətinin təhlilində iqtisadi və mədəni amillərə diqqət yetirilsə də, xarici siyasət amili diqqətdən qaçırılır. Halbuki yaxşı və uğurlu xarici siyasət ölkənin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Xarici siyasətdə problem və yanlışlıq ölkənin ümumi vəziyyətində problem yaranmasına səbəb olur. Bunun nümunələri az olmayıb”.

Bu görüşün əvvəlində çıxış edən xarici işlər naziri on üçüncü hökumətin xarici siyasət orqanının dəyişiklik yaratmaq üçün göstərdiyi fəaliyyətlər, proqramlar və prioritetlərlə bağlı hesabat verdi.

Cənab Əmir Abdallahiyan bildirdi ki, xarici siyasətdə balans yaratmaq məqsədilə BHFP-nin birtərəfli sitasətindən çıxmaq, iqtisadi diplomatiyaya üstünlük vermək, qeyri-neft ixracatının və ölkənin spesifik tranzit imkanının artırılması, qonşular və İslam ölkələrinin prioritetliyi ilə Asiyaya xüsusi diqqət göstərilməsi, müqavimət xəttinə dəstək, Avrasiya İqtisadi İttifaqı, BRİKS, Şanxaq kimi faydalı regional birliklərdə fəal iştirak, eyni zamanda sanksiyaların neytrallaşdırılması strategiyasının həyata keçirilməsi və sanksiyaların ortadan qaldırılması ilə bağlı müzakirələr aparılması on üçüncü hökumətin XİN-nin ən mühüm strategiyalarındandır.

Xarici işlər naziri habelə keçən 20 ay ərzində dövlət başçısının 11 xarici səfərinə və digər ölkələrin başçılarının İrana tdikləri 14 səfərə işarə edərək Çin, Rusiya və Türkiyə ilə hərtərəfli və uzunmüddətli anlaşma memorandumların imzalanmasının İran İslam Respublikasının qarşılıqlı əlaqələrinin, habelə ölkənin ticari mübadilələrinin artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən olduğunu dedi.

Cənab Əmir Abdullahiyan 5 milyondan artıq iranlının ölkə xaricində yaşadığına işarə edərək bildirdi ki, on üçüncü hökumətin bu həmvətənlərə xidmətlər təklif edilməsinə xüsusi əhəmiyyət verməsi XİN-nin digər fəaliyyətlərindəndir.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /